“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Anası açıq beyin əməliyyatından sonra iflic oldu - Həkimləri günahkar bilir

Tarix 19.02.26, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


3 ay əvvəl beyin əməliyyatı keçirən 56 yaşlı qadın iflic olub. Cərrahiyyə əməliyyatı Respublika Neyrocərrahiyyə Xəstəxanasında həyata keçirilib. 

İflic olan Xalidə Yaradovanın oğlu Elməddin Yaradov iddia edir ki, xəstəxanada pasiyentə göstərilən etinasız münasibət nəticəsində qadının vəziyyətti daha da ağırlaşıb. O, deyir ki, əməliyyatı Xəstəxananın həkim-neyrocərrahı Elşən Hüseynzadə icra edib.

"Xəzər" TV-nin əməkdaşları Elməddin Yaradovun iddialarına aydınlıq gətirmək üçün saatlar Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimovu gözləyib. O, xəstəxanada olsa da, kameradan yayınıb. Xəstəxanın direktoru Fərhad Həsənovla da görüşmək cəhdi baş tutmayıb.

Əməliyyatı icra edən həkim-neyrocərrah Elşən Hüseynzadə işdə olmadığından onunla telefon əlaqəsi saxlanılıb. O, ailənin iddiaları ilə razılaşmadığını bildirib.

Elşən Hüseynzadə qeyd edib ki, əməliyyatdan sonra bədənində problem olmayan pasiyentlərdə yaralar çapıqlaşır, Xalidə Yaradovada isə tam əksidir. Tibbi xidmət vaxtlı-vaxtında göstərilməsinə başmayaraq, şəkər xəstəliyi ona tam sağalmağa, yaraların qapanmasına imkan vermir.

Xəstənin dərman təminatı məsələsinə gəlincə, Elşən Hüseynzadə əməliyyat da daxil olmaqla, bütün bunların İcbari Tibbi Sığorta hesabına həyata keçirildiyini qeyd edib.





Xəbərin oxunma sayı : 160




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap