Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“WhatsApp“dan yenilik: “Telegram“da olan oxşar funksiya istifadəyə verilir

Tarix 19.02.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


"WhatsApp" mesencerində hesabların qorunması üçün yeni təhlükəsizlik mexanizmi yaradılacaq. Tətbiqin "Android" üçün nəzərdə tutulmuş 2.26.7.8 nömrəli beta versiyasında hesaba giriş üçün xüsusi parol (PIN-kod) quraşdırma funksiyası aşkar edilib.

Bu barədə "WABetaInfo" portalı xəbər yayıb.

Yeni üsul istifadəçilərə tətbiqin parametrlərində fərdi parol təyin etmək imkanı verəcək. Parolun uzunluğu 6-dan 20 simvola qədər olmalı, tərkibində isə ən azı bir hərf və bir rəqəm yer almalıdır. Sistem seçilmiş kombinasiyanın nə dərəcədə etibarlı olduğunu istifadəçiyə göstərəcək. Parolu istənilən vaxt dəyişdirmək və ya ləğv etmək mümkün olacaq, funksiyadan istifadə isə könüllü xarakter daşıyacaq.

Təhlükəsizlik sistemi belə çalışacaq: Giriş zamanı standart altırəqəmli təsdiq kodu daxil edildikdən sonra "WhatsApp" əlavə olaraq hesab parolunu tələb edəcək. Əgər ikimərhələli autentifikasiya (2FA) aktivdirsə, istifadəçi ardıcıl olaraq həm 2FA kodunu, həm də yeni parolu daxil etməli olacaq. Bu sxem sayəsində təsdiq kodu ələ keçirilsə belə, hesabın oğurlanması demək olar ki, qeyri-mümkün olacaq.

Hazırda sınaq mərhələsində olan bu funksiyanın yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacağı planlaşdırılır. Qeyd edək ki, "Telegram" mesencerində oxşar funksiya artıq uzun müddətdir ki, istifadə olunur.



Xəbərin oxunma sayı : 904




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap