“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İsmayıllı şəhəri belə olacaq - Yeni Baş planı hazırlanır

Tarix 07.12.24, 17:26

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı şəhərini müasirləşdirmək və dayanıqlı inkişafını sürətləndirmək məqsədilə yeni Baş planı hazırlanır.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev özünün rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Komitə sədri İsmayıllıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla keçirdiyi görüşdə yeni Baş plan layihəsinin detallarını müzakirə edib.

Plana uyğun olaraq küçə-yol şəbəkəsinin yenilənməsi, memarlıq simasının və müasir şəhər mühitinin formalaşdırılması ilə əlaqədar həyata keçiriləcək layihələrin mərhələləri dəqiqləşdirilib.

Səfər çərçivəsində həmçinin İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan sakinləri qəbul edən Anar Quliyev vətəndaşların əsasən torpaq münasibətləri, tikintiyə icazələrin alınması və obyektlərin istismara verilməsi ilə bağlı suallarını cavablandırıb. Bu proseslərdə şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Komitə tərəfindən yaradılan elektron icazə sistemi haqqında ətraflı məlumat verib. (Qaynarinfo)



Xəbərin oxunma sayı : 766




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap