| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Çoxuşaqlı ailələri sevindirəcək TƏKLİF
Tarix 17.02.25, 9:23 |
|
Azərbaycanda çoxuşaqlı ailə anlayışının beşdən üçə endirilməsi təklif edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyeva hazırda təklif üzərində iş getdiyini bildirib. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.
Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli beşdən üçə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.
Statistik məlumata əsasən, Azərbaycanda uşaqlı ailələrin sayı 1 347 534-dür. Şəhər yerlərində 725 615, kənd yerlərində 621 919 uşaqlı ailə yaşayır. Onlardan 422 989 ailə biruşaqlıdır. Ölkədəki 557 814 iki uşaqlı ailənin 295 884-ü şəhər, 261 930-u kənd yerlərində məskunlaşıb. Üçuşaqlı ailələrin ümumi sayı 256 261-ə bərabərdir. Dörduşaqlı ailələrin ümumi sayı isə 71 151-dir. Ümumi sayı 23 150 olan beşuşaqlı ailələrin 11 313-ü şəhərdə, 11 837-si kənd yerlərində yaşayır. Altıuşaqlı ailələrin sayı 9 332-dir. Ölkədə yeddi və daha çox uşağı olan 6 837 ailə mövcuddur.
Hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinət verilir və bu müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.
Maraqlıdır, görəsən, hökumət çoxuşaqlı ailə anlayışında dəyişikliyə gedəcəkmi? Demoqrafik proseslər baxımından dövlətin buna ehtiyacı varmı? Bu qərar ölkədə doğum səviyyəsini artıra bilərmi?
AzFakt.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
"Çoxuşaqlı ailə trend deyil"
Sosioloq Üzeyir Şəfiyev bildirir ki, Azərbaycan yaxın gələcəkdə çoxuşaqlı ailələrin stimullaşdırılması yönündə konkret addımlar atacaq: "Bunu şərtləndirən bir sıra səbəblər mövcuddur. Həm təbii artım getdikcə aşağı düşür, həm də keyfiyyətli və gənc əhaliyə həmişə ehtiyacı var. Nəzərə alaq ki, təbii artım tempinin aşağı düşməsi orta və uzaq perspektivdə səfərbərlik, əmək bazarı ilə bağlı problemlər yarada bilər. Eyni zamanda, təbii artımın aşağı düşməsi ilə mexaniki artım artır. Yəni, bu, ölkəyə miqrant axınını sürətləndirə bilər. Bunun qarşısını almağın yeganə yolu ailə planlaması və demoqrafik siyasəti təşviq etməkdir. Nəticədə miqrant axını olmayacaq, əhali təbii şəkildə çoxalacaq. Onsuz da Azərbaycanda beşuşaqlı ailələrin sayı 1-2 ildən sonra daha da aşağı düşəcək. Çünki artıq Azərbaycan cəmiyyətində düşüncə tərzi dəyişib, çoxuşaqlı ailə trend deyil. İnsanlar düşünürlər ki, bir və ya iki uşağa sahib olub, onları daha keyfiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər və digər imkanlarla təmin etsinlər. Əsas meyar budur".
Təbii artımda ləngimə
Ekspert vurğulayır ki, Azərbaycanda təbii artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur: "Təsadüfü deyil ki, 2023-cü ildə Azərbaycanda təbii artım əvvəlki ilə nisbətən 15 faiz aşağı düşüb. Bu tendensiya 2024-cü ildə də davam edib. Ona görə, çoxuşaqlı ailə anlayışının beşdən üç uşağa endirilməsi təklifi təqdirəlayiq haldır. Bu həm təbii artıma təkan verə bilər, həm də gənclər arasında ailə qurmağa marağı artırar. Eyni zamanda, ailələrin sosial rifahını, dayanıqlığını möhkəmləndirə və gənc əhalinin sayının artmasında dəstək kimi faydalı ola bilər".
300-350 milyon manat kifayətdir
İqtisadçı-ekspert Fuad İbrahimli bildirir ki, istənilən ölkədə təbii artım zəifləyən zaman demoqrafik nöqteyi-nəzərdən stimullaşdırma mexanizmi işə düşür: "Ailəyə olan münasibətlər baxımından məsələyə yanaşırıqsa, bizdə təbii artım siyasəti var və həmişə də olacaq. Bu baxımdan bizdə ailələrin stimullaşdırılmasına yanaşma demoqrafik nöqteyi-nəzərdən deyil, sosial cəhətdən olmalıdır. Yəni, çoxuşaqlı ailələr "uşaq pulu" ilə təmin edilməlidirlər. Çünki vətəndaşların gəlir və xərc mənbələri arasında böyük uçurum var. Bunu aradan qaldırmaq üçün müxtəlif yollar seçilməlidir. Ya istehlak səbətini tənzimləməliyik ki, reallığı əks etdirsin, ya da çoxuşaqlı ailələrə "uşaq pulu" verməliyik. Bu mənada yeni qanunvericilikdə çoxuşaqlı ailə anlayışının üçə endirilməsi müsbət haldır. İndiki şəraitdə buna ehtiyac var".
İqtisadçı sözügedən təşəbbüsün dəstəkləməsi üçün hökumətin kifayət qədər maliyyə resurslarına malik olduğu qənaətindədir: "Bu mexanizmin icrası maliyyə dayanıqlığı nöqteyi-nəzərdən Azərbaycan iqtisadiyyatı üçün heç bir problem yaratmır. Məsələnin yubanmasına səbəb büdcədə həmin istiqamət üzrə konkret vəsaitin ayrılmamasıdır".
Onun sözlərinə görə, büdcədən bu istiqamətə ildə təxminən 300-350 milyon manat vəsaitin ayrılması kifayətdir. Əgər sosial dəstək bütün kateqoriyadan olan uşaqları əhatə edərsə, bu məbləğ 550 milyon manat civarında ola bilər.
"Dəyişiklik hazırda 3 uşağı olan ailələrə də şamil edilə bilər"
Sosioloq, fəlsəfə doktoru Mail Yaqubun fikrincə, bu istiqamətdə qanunvericiliyə yenidən baxılması günün tələbidir: "Vaxt itirmədən bununla bağlı qanun qəbul olunmalı və dərhal icrasına başlanmalıdır. Hətta biz bu məsələdə xeyli gecikmişik. Çünki mövcud demoqrafik vəziyyətə uyğun aparılan hesablamalara görə, indiki gedişlə 2100-cü ildə Azərbaycan əhalisinin sayı səkkiz milyona düşəcək".
Onun sözlərinə görə, son illər dünyada gedən mənfi tendensiyalar Azərbaycanda da müşahidə edilir: "İlk növbədə, gənclərin ailə qurmağa və uşaq sahibi olmağa meyilləri azalıb. Uşaq dünyaya gətirməyi planlayan ailələr isə əksər hallarda bir uşaqla kifayətlənirlər. Bu da əhali sayının azalmasına səbəb olur. Bunun acı nəticələrini anlamaq fərdlərin deyil, dövlətin üzərinə düşür. Çünki qlobal problemləri ölkədə fərdlər başa düşə bilməz. Bunu dövlət düşünməli və vəziyyətə müdaxilə etməlidir. Əgər dövlət bu istiqamətdə addımlar atmağı hədəfləyirsə, alqışlanmalıdır".
Ekspert hesab edir ki, sözügedən qərar qəbul olunarsa, hazırda üç uşağı olan ailələrə də şamil edilməlidir: "Amma qanunun əsas təşəbbüskarları yəqin ki, bu dəyişikliyin qərar veriləndən sonrakı dövrü əhatə etməsi təklifini irəli sürəcəklər. Bununla yanaşı, ölkədə çoxuşaqlı ailələrin sayının azlığı nəzərə alınaraq dəyişikliyin hazırda üç uşağı olan ailələrə də şamil olunması gözləniləndir".
Xəbərin oxunma sayı : 691
Sosial
Xəbərlər
-
Bu telefon nömrələrinin qiyməti dodaq uçuqladır - FOTOLAR
-
Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
-
Nazir 20 ilin prorektorunu işdən çıxardı - Yerinə professoru təyin etdi
-
Azərbaycanda güclü yağış yağacaq - XƏBƏRDARLIQ
-
Qaxda 7 kq narkotik aşkarlandı - 2 nəfər həbs edildi
-
Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal”la bağlı şok məlumatlar
-
Sumqayıtda məktəbdə 21 şagird zəhərləndi - TƏFƏRRÜAT
-
Nazir FHN-də strukturu dəyişdi - 7 idarə şöbəyə çevrildi
-
“Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq” - Prezident
-
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Fotolar
-
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - FOTO
-
Tanınmış rəqqas qalmaqallı görüntülərdən danışdı: “Pula görə etdi“
-
Müasir ideoloji işlər aparılmalıdır - İlham Əliyev
-
ABŞ-ın İranla müharibə hazırlığı: Bu ölkələrə əlavə Patriot-lar yerləşdirildi
-
Bakıda restoran sakinlərin narazılığına səbəb olub - VİDEO
-
Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin - Prezident
-
Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?
-
Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?
-
Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi - İlham Əliyev
-
Nazir müavininin kürəkəni də həbs olundu - Fond istintaqında YENİ
-
Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır - Hikmət Hacıyev
-
Tanınmış rəqqas Nicat Azadlı maşında xanımını döydü - VİDEO
-
Demokratlar aralıq seçkilərdə qalib gəlsələr, mənə impiçment elan edəcəklər - Tramp
-
YAP-ın VIII Qurultayı keçirilir - İlham Əliyev çıxış edir
-
Azərbaycan nefti 5 faizə yaxın bahalaşdı - Yeni qiymət
-
Monqolustandan gətirilən quzu əti bahalaşdı - VİDEO
-
İran xalqı mətanəti və cəsarəti ilə bütün dünyanı heyran edib - Putin
-
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO
-
“Qızıl Saray”da istehlaka yararsız ətlər aşkarlandı - FOTOLAR
-
Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
-
“Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı (VİDEO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
5 milyon manatlıq onlayn kazino: 6 nəfər saxlanıldı (VİDEO)
-
Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
-
Azərbaycanda güclü külək olacaq - Bu tarixlərdə
-
Ombudsman aparatında yoxlama - 12 min manat maaş məsələsi gündəmdə
-
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi - QƏRAR
-
“YouTube”da AzTV-nin izləyici kütləsi artıb, ATV-ninki azalıb - TV-lərin reytinq göstəriciləri
-
Bakıda məmurun evinə oğurluğa girdilər, elə bir şey apardılar ki...- TƏFƏRRÜAT
-
Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - TƏFƏRRÜAT
-
Sabah Azərbaycanda leysan yağacaq - XƏBƏRDARLIQ
-
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi: Sənədsiz obyektlər və cavabsız suallar
-
Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
-
Ağdərədə yeni yarımstansiyanın tikintisinə başlanılır - 3,9 milyon ayrıldı
-
Sakinlər və tikinti şirkəti arasında qiymət mübahisəsi - VİDEO
-
“Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döydü - Polisə müraciət olundu
-
Azərbaycanda ezamiyyət qaydası dəyişdi - Yeni qərar
-
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
-
Söküntüyə razı olmayan ev sahibini nə gözləyir? - Vəkildən açıqlama
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - Prokurorluq araşdırmaya başladı
-
Azərbaycan media və kommunikasiyanın inkişafına xüsusi diqqət ayırır - İlham Əliyev
-
Milyonlarla manat ödəniş edildi, amma...- “Qala Sığorta”da nə baş verir?
-
Prezident İlham Əliyev Çin liderinə məktub göndərdi - MƏTN
-
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
-
Xəbərdarlıq olunmadan işdən çıxarıldılar - TƏFƏRRÜAT
-
“McDonald’s” qiymətləri süni şəkildə şişirdir? - ARAŞDIRMA
-
Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanladı -Hikmət Hacıyev oxuyub
-
İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”
-
Onlayn kreditlərdə yeni dövr: Vətəndaşlar blok qoya biləcək
-
Mikroavtobusla sərnişindaşıma: Təhlükəsizlik necə təmin olunur?
-
Türkiyədə maliyyə şirkətləri ilə bağlı istintaq: Üç şübhəli üçün həbs tələb edildi
-
Sabiq məmur övladlarının milyonluq sərvəti üzə çıxdı: araşdırma başlayır?
-
Pakistan Əfqanıstana aviazərbələr endirib - 9 nəfər ölüb
-
Rubio İran nümayəndə heyətindən Nyu-Yorku tərk etməyi tələb edib - “Axios“
-
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - VİDEO
-
NATO-dan Rusiyaya sərt mesaj: “Nüvə ritorikasını qınayırıq”
-
Prezidentin geri qaytardığı qanunlar - Səbəblər bunlar olub...
-
Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ
-
Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları
-
SEPAH amerikalılara açıq məktub ünvanladı: “Hökuməti dəyişin”
-
Zinəddin Zidanın maaşı açıqlandı - Fantastik məbləğ
-
“UĞUR 777“ estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
-
Rusiyadan Azərbaycana nağd pul gətirilməsi ilə bağlı qadağa - Putin sərəncam imzaladı
-
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn olundu - FOTO
-
Azərbaycanda zob xəstəliyi niyə artır? – Professor səbəbləri açıqladı
-
Qubad İbadoğlu haqda qərar dəyişdi - Almaniyaya getdi
-
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi - Nələr müzakirə olunub?
-
Əli Həsənovun qızı Dubayda mağaza açdı - FOTOLAR
-
Təzə qozun kilosu 6 manatdan başlayır: Alıcılar narazıdır
-
Bu yollarda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
4 milyonluq brilyant qaşları ölkəyə qanunsuz keçirmək istədi - Foto
-
Bakının bu əraziləri “qızıl zona”ya çevrilir: qiymətlər kəskin bahalaşacaq
-
İlham Əliyev FIFA prezidentini qəbul etdi - FOTOLAR
-
Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI
-
Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - VİDEO
-
Hava kəskin dəyişir - Güclü külək, leysan...
-
Şagirdinin anasından 65 min alıb qaytarmadı - Həbs edildi
-
Aralarında yaranan pul borcu faciə ilə bitdi - TƏFƏRRÜAT
-
Bu qurumda departament və şöbə rəhbərləri təyin edildi - FOTO
-
Putin fərman imzalayıb - Rusiya ordusunun şəxsi heyəti artırılır
-
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar
-
İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı
-
Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI
-
İtaliya millisi səfərdə Türkiyəyə böyük hesabla qalib gəldi - VİDEO
-
Bakıda hansı küçələr bütünlüklə piyadaların istifadəsinə veriləcək? - VİDEO
-
Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir
-
Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi
-
“Planet Kids“də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi
-
Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsi - Nələr oldu?
-
Tezliklə Ərəb dənizi də “düşmən qüvvələri“ndən təmizlənəcək - Müctəba Xamenei
-
Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq - RƏSMİ
-
“Biz artıq top-komanda deyilik” - Şvaynştayger millini topa tutdu
-
Şuşa rayonunda mina partlayışı baş verib - Bakı sakini yaralandı
-
Prezident üç rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
-
Uzunmüddətli inkişaf strategiyası
-
Xatunun yolunu bağlayan kimdir? - “Mənə dedilər ki...“
-
“Süni intellekt milyardlarla insanın ölümünə səbəb ola bilər” - Bill Qeyts
-
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri - Açıqlandı
-
Azərbaycanın yeni investisiya modeli – Yaşıl enerji
-
Ermənistanda benzininin qiyməti rekord səviyyəyə çatdı - TASS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pakistanda azərbaycanlı qadına təcavüz edildi - TƏFƏRRÜAT
-
Madyarın toxunulmazlığı ləğv edildi - Oğurluqda ittiham olunur
-
Azərbaycan xurmanı hansı ölkələrə və neçəyə satıb? - Siyahı
TOP 10
ARXİV






