“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İnvestisiya şirkətinin direktoru: “ABŞ Rusiyanı süni defolta məcbur edir”

Tarix 25.05.22, 18:48

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Maliyyə Nazirliyinin ümumi lisenziyanın müddətini uzatmaqdan imtina etməsi Rusiyanın süni defolta məcbur edilməsi deməkdir. Bu barədə TASS-a Amerikanın “Navigator Principal Investors” investisiya şirkətinin direktoru Kayl Şostak məlumat verib.

“ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin Qərbdə dondurulmuş valyuta ehtiyatlarından Rusiyanın suveren istiqrazları üzrə faiz ödənişləri etmək üçün lisenziyanı yeniləməmək qərarı faktiki olaraq bu öhdəlikləri defolt kateqoriyasına keçirəcək. Bu situasiyanı süni defolta məcbur etməkdən başqa bir şey adlandırmaq olmaz”, - deyə Şostak qeyd edib.

Onun sözlərinə görə, hazırda Rusiyanın xarici borcunu ödəmək üçün kifayət qədər vəsaiti var. Eyni zamanda xarici valyutada vəsait köçürmək mümkün olmadıqda, Rusiya Maliyyə Nazirliyi istəyən hər kəsə rubl hesabı açmaq təklif edə bilər.

O əlavə edib ki, süni defolt ölkə daxilində vəziyyətə ciddi təsir göstərməyəcək. Bundan başqa, Rusiya kapital bazarlarından çıxarılıb, ona görə də ölkə xarici borc götürməyəcək.

Mayın 24-də ABŞ Xəzinədarlığı Rusiyaya xarici borcunu bağlamaq üçün ödənişlər etməyə icazə verən lisenziyanı ləğv edib.

Mənbə: Gazeta.ru



Xəbərin oxunma sayı : 490




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap