“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ölkədə kriminogen durum yaradanlar - Nurlan Babayev əməllərini necə gizlədir?

Tarix 09.09.25, 13:37

Font ölçüsü : - / +
bitmap-img6


20-yə yaxın vətəndaşa qarşı dələduzluq edən Nurlan Babayev hüquq mühafizə orqanlarını sifarişçilikdə ittiham edi.

Abşeron rayon Məmmədli kəndində Babayev Nurlan Tapdıq oğlu adlı şəxs bir qrup vətəndaşa qarşı dələduzluq edib. Sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatda bildirilir ki, Nurlan Babayev Məmmədli kəndində vətəndaşlara satdığı torpaqları əlavə olaraq saxta etibarnamə ilə başqa şəxslərədə satıb. Bununla bağlı müxtəlif televiziya və media orqanlarında şikayətlər səsləndirilib.

Şikayətçilər qeyd edirlər ki, Nurlan Babayev onlara torpağı notarial qaydada sənədlə satıb. Hazırda vətəndaşların əllərində Nurlan Babayevin notarial qaydada onlara torpaq satması barədə sənədlər mövcuddur. 

Haqqında 178.3.3, 178.2.2, 178.2.4 maddələri ilə 9 cinayət işi açılan və vətəndaşların əmlakını ələ keçirməkdə təqsirləndirilən Nurlan Babayev Suraxanı  rayon məhkəməsinin qərarı ev dustağlığına buraxılıb.

Qeyd edək ki, Nurlan Babayevin əməllərindən zərər çəkən vətəndaşların sayı 20-yə yaxındır.

Hazırda Nurlan Babayev müxtəlif Tik-Tok səhifələri vasitəsi ilə ondan şikayət edən şəxslər barəsində şər-böhtan dolu videolar yaydırır. Dələduzluq edən Nurlan Babayev qarşı tərəf haqqında müxtəlif videolar, şikayətlər yaydırmaqla onları susdurmaqla həbsdən qurtulmaq istəyir. 

bitmap-img6

Bildirək ki, Nurlan Babayev Tik-Tok səhifələrində yaydığı şikayətdə prokuroluq və polis sistemini sifarişçilikdə, qanusuz hərəkətlərdə ittiham edir. Belə ki, Nurlan Babayev yaydığı videoda açıq şəkildə deyir ki, 11.03.2025-ci ildə Cəfərova Şəbnəm və Ağsu rayon sakini Sərdarın sifarişi ilə Bərdə rayon Polis İdarəsi məni qanunsuz, əsassız, sübutsuz olaraq həbs edib. 

Azərbaycanda kriminal avtoritetlər var?

Bundan başqa Nurlan Babayev digər videolarında Şəbnəm Cəfərovanın onun üstünə kriminal avtoritetləri gətirdiyini iddia edir. Nurlan Babayev yaddan çıxarır ki, dünyada sabit ölkələr siyahısında Azərbaycan ilk beşlikdə yer alır. Ölkəmizdə hec bir kriminogen durum olmadığı halda bu şəxs Azərbaycanda kriminal ünsürlərin fəaliyyət göstərdiyini iddia edir. Nurlan Babayev kriminal avtoritet məsələsini gündəmə gətirməklə, ölkəmizdə daxili sabitiyin qarantı olan huquq muhahfizə orqanlarının fəaliyyətinə kölgə salır. 


Azərbaycan müəllimini rüsvay etmək

Nuran Babayev Tik-Tok səhifələrində yaydırdığı videolarda Məmmədli kənd məktəbinin ingilis dili müəlliməsi Şəbnəm Cəfərova haqqında əndazəyə sığmayan ifadələr, sözlər işlədir. Şəbnəm Cəfərovanı müğənnilik etməkdə suçlayan Nurlan Babayev, onunla 5 il ailəli olduğu vaxtlarda evdə çəkdiyi müxtəlif video və fotoları sosial şəbəkələrdə yaymaqla Azərbaycan qadınını, müəllimini nüfuzdan salır. 

Azərbaycanda məhkəmə, prokuroluq və polis sifarişlə iş görür? 

Saxta sifarişli çıxışları ilə özünü doğru çıxartmağa çalışan Nurlan Babayev həm də məhkəmə, prokurorluq və polis sistemini açıq şəkildə sifarişçilikdə ittiham edir. Çıxışlarında sifarişlə tutulduğunu dəfələrlə vurğulayan Nurlan Babayev hüquq- mühafizə orqanlarını bir növ şantaj edir. 
Video-çıxışlarında özü haqqında aldadılan bir vətəndaş “obraz”ı yaradan Nurlan Babayev əslində 20-yə yaxın vətəndaşa qarşı dələduzluq edib. Bu belə olmasaydı ona qarşı müxtəlif dələduzluq maddələri ilə cinayət işi açılmazdı. 


Görünür dələduzluğu peşə seçən Nurlan Babayev ondan şikayət edənləri, məhkəmə sistemimizi, prokuroluq orqanlarımızı və polisimizi sifarişçilikdə, ədalətsizlikdə suçlamaqla özünə haqq qazandırmağa çalışır. Ancaq unudur ki, dövlətimizin aidiyyatı orqanları Nurlan Babayevin dələduzluqlarını sona qədər araşdırıb, lazımı tədbir görəcək. Və Nurlan Babayev 20 vətəndaşa qarşı etdiyi əməllərin cəzasını dəmir barmaqlıqlar arasında çəkəcək.
 
Məsələ ilə bağlı Nurlan Babeyvdən münasibət öyrənmək cəhdlərimiz alınmadı.

Nurlan Babayevin münasibəti  dərc etməyə hazırıq.







Xəbərin oxunma sayı : 739




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap