| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“MŞ-nin İdarə Heyətində Əli Həsənovun vaxtından qalma tör-töküntülər var“ - Müsahibə
Tarix 21.10.22, 14:47 |
|
Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı Bakupost.az -a müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir:
- Elçin müəllim, bir neçə gün bundan əvvəl 65 yaşınızı tamamladınız. Bura qədər ömrü necə yaşamısınız?

- Soruşsalar ki, həyatını bir də belə yaşayardınmı, cavabım bu olardı ki, bəli, elə bu cür də yaşayardım. Ola bilsin, müəyyən xırda incəliklər var ki, onlar başqa formada baş verə bilərdi. Amma yaşadığım həyat peşədən, ətraf mühitə münasibətdən asılı olmayaraq, ümumi mənada məni qane edib. Bir də mənim üçün əsas olan bilirsiniz, nədir? İnsanların gözünə dik baxa bilmək. Kimlərisə görəndə gözlərimi qaçırmıramsa, yaxud gizlənmək istəmirəmsə, bu, mənim üçün böyük şeydir.
- Özünüzə nəyi sığışdırmamısınız?
- Heç kimin qarşısında gözükölgəli deyiləm. Bu o deməkdir ki, mən çox şeyi özümə sığışdıra bilməmişəm.
- 65 illik ömrünüzün neçə ili jurnalistika fəaliyyətinin payına düşüb?
- 34 ili. 1988-ci ildən mətbuatdayam. 90-cı ildə “Ayna-Zerkalo”nu yaratdıq. Hərbi vəziyyətləri, rusların ikiqat-üçqat senzurasını görmüşük. Xüsusi buraxılışlarla qəzetimizi buraxmışıq. Çətin dövrlər idi, amma yaşada bilirdik qəzeti. Çünki gələcəyə ümidimiz çox idi.
- Amma qəzet əmin-amanlıq dövründə dayandı.
- Təəssüf ki, işləməyə imkan olmadı və qəzet dayandı. Gözümün qabağına keçdiyimiz çətin dövrlər gəlir. Həmin ağır dövrlərdən qalib çıxdıq, amma əmin-amanlıq dövründə qəzetimiz yoxdur.
- Elçin Şıxlının jurnalistikada “qızıl qaydaları” nədir?
- Faktlara əsaslanan məlumatları yazmaq, təhqirə yol verməmək. Nəinki mənim ümumilikdə jurnalistikanın “qızıl qaydaları” bunlardır. Bir məmurun rüşvətxor olduğunu faktımız olmadan yaza bilmərik.
Mənim etik qaydalarım var. Məsələn, qəzetdə heç kimə “alçaq” yaza bilmərəm. Kiməsə “alçaq” demək istəyirəmsə, zəng vurub özünə deyərəm. Müəllif yazıda kimisə təhqir edir, o adam da gedib məhkəməyə verir, bu zaman da deyirik, söz azadlığımızı əlimizdən alırlar, səsimizi kəsirlər.
- Son illər Azərbaycanda söyüş mediası formalaşıb. Tənqidlə təhqir arasındakı qırmızı xətt itib sanki.
- Mən onları media saymıram. Fikrini söyüşlə, təhqirlə ifadə etmək azad söz deyil, tərbiyəsizlikdir. Onların dediklərinin mütləq əksəriyyəti əsassız, boş şeylər olur. “Ayna-Zerkalo” qəzeti hər zaman tənqidi mövqedə olub. Amma hər şeyin də qaydasını bilmişik. Hələ redaksiya işləyəndə çox şeylər baş verib, amma heç vaxt açıb-ağartmamışam. Çox adamlar hay-küy salmağı xoşlayır, ay bizə təzyiq oldu, bizi sıxırlar və s. Amma mən bu şeylərlə diqqət çəkməkdən qaçmışam.

- Əməkdaşlarınızın yazılarına hansı hallarda düzəliş etmisiz. Yaxud da olubmu ki, çox sərt olanda o yazını verməkdə tərəddüd keçirmisiz?
- Mənimlə çalışan uşaqların əksəriyyəti çox yetkin, sözünü deyə bilən, yazan jurnalistlər olub. Bir çox məqamlarda mən onlardan sadəcə olaraq, soruşmuşam: Biz siyasətlə məşğul oluruq, yoxsa jurnalistik? Biz qəzetin çıxmağını istəyirik, yoxsa bağlanmağını?
Bu günə kimi çalışdığım heç bir jurnalistin yazısına əsaslı müdaxilə etməmişəm. Məsləhət vermişəm ki, gəlin, bu sözü belə yox, bir az başqa cür deyək. Beyni çalışan adamlara onsuz da fikrin əsas məğzi aydın olacaq.
- Müasir dövr jurnalistikasında sizin üçün nələr qəbulolunmazdır?
- Qərbdən gələn “xalq mediası”, “vətəndaş jurnalistikası” anlayışnı qəbul etmirəm. Təbii ki, hər bir insanın informasiya toplamaq, onu yaymaq hüququ var və bizim konstitutsiyamızda da bununla bağlı maddə salınıb. Amma sosial media vasitəsilə yayılan informasiyalarla kifayətlənmək və artıq bunu jurnalistika hesab etmək yanlışdır. Sosial mediada yayılan informasiya bizə material verir. Amma mən jurnalist olaraq onu tez yoxlayıb, araşdırmalıyam. Buna müəyyən vaxt gedir. Amma bizim işimiz əslində budur. Sosial media elədir ki, harda nə gördü yayır, amma araşdırmağa həvəs göstərmir. Bu, artıq qeybətdir. Əvvəllər bu tip dedi-qodular məhəllələrdə olurdu, indi isə müasirləşərək sosial platformalara daşınıb. Bilirsiz, oxucu həqiqəti ənənəvi mediada tapmayanda alternativ mənbələrə üz tutur. Bu mənbə də əsasən, sosial platformalar olur. Bunun bir səbəbkarı da bizim dövlət strukturlarımızda olan informasiya daşıyıcılarıdır. Həmin strukturlarda, hökumətdə işləyənlər belə düşünürlər ki, mütləq media strukturları ilə işləməlisən. Əslində isə onlar informasiya ilə işləməlidir. Jurnalit zəng vuranda anında məlumatı olduğu kimi ötürməli və səbəblərini də izah etməlidirlər. Bizdə əksinədir. Bir hadisə baş verir və dövlət strukturları başlayırlar həmin hadisəni gizlətməyə. Beləliklə də mülahizələr, təxminlər üzərindən yaranan dedi-qodular cəmiyyətə informasiya kimisızır. Dezinformasiyanın qarşısını almağa hesablanan bu addım əslində ona yol açmış olur.
- Bəlkə də çox verilən bir sual olacaq. Bir çox ölkələrdə hələ də yüksək tirajla çıxan qəzetlər var. Sizə elə gəlmirmi, Azərbaycanda qəzetlər onlayn mediaya sürətlə uduzdu?
- Mən əslində qəzetçiyəm. Qəzetlər platformadır. Sosial media da müasir dövrün platformasıdır. Ola bilsin, sabah tamam başqa bir platforma çıxacaq. Qəzet təbii ki, çeviklikdə, informasiyanın ötürülməsində onlayn və sosial mediaya uduzur. Bu ona görə belə sürətlə baş verdi ki, bizdə qəzetlər kontentini dəyişmədi. Qəzet sadəcə olaraq, kontentini dəyişməli, transformasiya etməlidir. Baş verən hadisəni, xəbəri qəzet yoza bilməli, analitika daha çox olmalıdır. Bu, tək qəzetlərdə deyil, elə saytlarda da belədir. Ümumilikdə ənənəvi mediada kontent yoxdur. Qəzetlər, saytlar çoxdur, amma içində heç nə yoxdur.
- Jurnalistikamız niyə bu vəziyyətə düşdü? Sizcə, bunun günahını harada və kimdə axtarmalıyıq?
- Cəmiyyətimizdə. Mediamız bu gündədir, çünki cəmiyyətimiz belədir. Jurnalistika, media öz-özünə bu şəkli ala bilmir. Bizim ətraf mühitimiz, cəmiyyətimiz necədirsə, biz də eləyik.
- Yenə babal qaldı cəmiyyətin boynunda. Bəs ziyalıların bu cəmiyyəti formalaşdırmaq kimi bir vəzifəsi yoxdur?
- Ziyalı nə etsin? İndinin özündə belə hər yerindən duran sosial mediada ziyalıları təhqir edir. Sosial media nüvə silahı kimi bir şeydir. Atomu icad etmək elmdir, amma insanlar onu ölümcül bombaya çevirdilər. Həmin bomba bir dəfə istifadə olunub, amma təsiri illərlə davam edir. Sosial media da elədir. İnsanlar sosial şəbəkələrdə özlərini qəhrəman hesab edirlər. “Klaviatura qəhrəmanları” mənə Jan-Pol Belmondonun “Əsrarəngiz” filmini xatırladır. Belmando filmdə yazıçı obrazını yaradır. Bu yazıçı detektiv əsərlər yazır. Qəhrəmanlarından biri Ceyms Bond kimi bir agent olur. Bu əsəri yazdığı məqamda evində işıq sönür, su gəlmir. Sosial xidmətlərə zəng vurur ki, usta göndərsinlər. Elektrik gəlir, deyir, suyu bağlamasan, mən elektriklə işləyə bilmərəm. Su idarəsindən gələn usta deyir, yox, elektrik işini görməlidir ki, mən su borusunu təmir edim. Nəticədə heç biri problemi həll etmir və çıxıb gedirlər. Yazıçı gəlib oturur yazı makinasının arxasına və deyir ki, indi mən sizə göstərərəm. Başlayır bu ustaların obrazını yaradır və öz qəhrəmanı tərəfindən bunları döyür. Bax sosial mediadakı “klaviatura qəhrəmanları” da təxminən bu cür edir.
- Amma o insanlar bəzən ictimai rəyi formaladırmağı da bacarır, sosial problemlərin həllini sürətləndirirlər. Məsələn, hansısa məhəllədə su borusu partlayır, su gəlmir, hardasa bir məktəbdə, bağçada qanunsuz hal baş verir, amma aidiyyəti qurumlar şikayətlərə baxmır. Kimsə çəkib sosial şəbəkəyə yerləşdirəndə məsələ anında həllini tapır.
- Nisbətən ictimai rəy formalaşdırırlar, düzdür. Sosial şəbəkələrin çox gözəl və müsbət bir cəhəti var. İnformasiyanın demokratikləşməsinə kömək edir. İnformasiya yuxarıdan aşağı, şaquli şəkildə yönəldilmir, üfiqi şəkildə ötürülür. Amma bu informasiyanın ötürülməsi bayaq dediyim atom bombası məsələsidir. Əslində yaxşı şeydir, əlaqə yaratmaq üçün gözəl vasitədir.
- Cəmiyyəti, kütləni öz arxamızca apara bilmək bu qədərmi çətindir?
- Bu sual həmişə aktualdır. “Qəzet oxucu üçündür, yoxsa oxucu qəzet üçün?” Nə üçün cəmiyyəti günahlandırıram, bilirsiz? Buna çox ciddi əsaslarım var. Mənim praktikamda dəfələrlə olub, yəqin siz də rastlaşmısız. Redaksiyaya böyük bir klinika haqqında şikayət məktubu gəlir. Kollektiv klinikanın baş həkimindən, rəhbərindən şikayətlənir. Əlimi-əlimə vurub deyirəm, nə gözəl materialdır, bir az da üstündə işləyib, araşdırıb həll etmək olar. Məktubun sonunda görürsən yazılıb ki, “bağışlayın, biz imzalarımızı, adlarımızı bura yaza bilmərik çünki baş həkimdən qorxuruq”. Mən dərhal o məktubu cırıb atıram. Əgər cəmiyyət öz haqqını tələb etmək iqtidarında deyilsə, mən cəmiyyət uğrunda niyə vuruşmalıyam?
Dəfələrlə olub yayımlamışıq, araşdırmışıq, sonra bizi yalançı çıxarıblar. Bizim keçmiş əməkdaşlarımızdan birinə həbsxanada olanların ailə üzvlərindən şikaət məktubları gəlirdi. Bu məktublar əsasında dəfələrlə məqalələr yazdıq. Nəticədə elə oldu ki, penitensiar sistemin hansısa qolu bizi də, qəzeti də məhkəməyə verdi. İnanırsınız, bizə məktub yazan adamlar məhkəmədə dediklərini dandılar, üzümüzə durdular. Başqa bir misal. Həmkarlar İttifaqının qarşısında bir nəfər özünü yandırmışdı. Məsələni işıqlandırdıq. Sonra valideyninə zəng vurduq. Bizə sərt şəkildə dedi ki, “xahiş edirəm, məsələni siyasiləşdirməyin”. Çünki övladının qan pulunu alıb cibinə qoymuşdu. Cəmiyyət bizim boğazımızdan yapışır ki, niyə yazmırsız, həqiqətləri işıqlandırmırsız, bizim haqqımızı müdafiə etmirsiz. Yazıb, işıqlandırıb, problemi həll edəndən sonra da oluruq pis adam. Onlar da ciblərini doldurur. İndi baxın cəmiyyəti belə olanın mediası ideal ola bilərmi?

- Elçin müəllim, bu cəmiyyətdə yaşamağın sizə çətin gəldiyi məqamlarda Azərbaycandan çıxıb getmək istəmisizmi?
- Beynimdən keçib. Amma Bakıdan kənarda bir həftədən artıq qala bilmirəm. Olur dostlarla, ailəmlə birlikdə xarici ölkəyə gedirik, bir həftənin tamamında darıxıram. Məsələ belədir ki, hər ölkənin öz problemi var və biz o ölkələrin problemini bilmirik. Yenə öz ölkəmizdə, cəmiyyətimizdəki problemlərə bir növ öyrəşmişik. Bəzən bizə elə gəlir ki, bütün neqativ hallar ancaq bizim cəmiyyətdə, bizim ölkəmizdədir. Amma əslində bütün ölkələrdə insanlar eynidir. Məsələn, Berlində mərkəzi küçədən bir az o tərəfə keçəndə cibini kəsirlər. Hər ölkədə problemlər var. Adamın daşı öz torpağında ağırdır. Gənc olanda getmək daha asandır, amma müəyyən yaşdan sonra getmək, uyğunlaşmaq çətin olur. Ona görə də köçüb getmək fikri sadəcə, beynimdən keçib, icra etməyə həvəsli olmamışam.
- Jurnalistlər Birliyinin sədrisiniz. Azərbaycanda jurnalistləri bir yerə toplamaq mümkündürmü? Həmrəy ola bilirikmi?
- Olmur. Əvvəllər jurnalistikada həmrəylik deyilən bir şey var idi. O da qaldı 90-cı illərdə. Amma o da nisbi idi. Çünki o illərdə siyasi cəbhələr var idi. Siyasi partiyalar yarandı, sonra onların hərəsinin bir qəzeti. Düzdür, mən siyasi partiya qəzetlərini heç vaxt qəzet saymamışam. Amma bunu orda çalışan jurnalistlərin peşəkarlığına şamil etmək olmaz. Çünki Gündüz Tahirli kimi jurnalistlər çalışırdı o qəzetlərdə. Sadəcə olaraq, onlar axırda döyüş vərəqəsinə çevrildilər. Məsələn, 1992-ci ildə İsgəndər Həmidov gəlib bizim redaktorlardan birinə qəzet yedirtmək istəmişdi. Onda Nəcəf Nəcəfovun təşəbbüsü ilə hamı ayağa qalxdı. Parlamentin önündə toplandıq, sonra Əbülfəz Elçibəy bizi qəbul etdi. Bizim tələbəmiz bu oldu ki, prezident daxili işlər nazirinin bu hərəkətinə siyasi qiymət versin.
-Verdimi?
- Verə bilmədi. Elçibəy dedi, sizdən onun əvəzinə üzr istəyirəm. Biz onda belə qərara gəldik ki, məsələyə siyasi qiymət verilməyənə kimi ölkədə heç bir qəzet çıxmayacaq.
- Buna neçə qəzet redaktoru əməl etdi?
- Bizdən və Zərdüşt Əlizadənin “İstiqlal” qəzetindən başqa heç kim. Bir həftə sonra hamısı qaça-qaça qəzet çıxartdı.
- Elçin müəllim, qurultaya niyə getmədiniz?
- 2014- cü ildə ordan çıxanam. Minmək və enmək məsələsi var. Həm də orda İdarə Heyətinə üzv seçilənlər arasında elə adamlar var ki, mən onların yanında durmağı özümə yaraşdırmazdım. Əli Həsənovun vaxtından qalma tör-töküntülərdir. Mən bu gün təəssüf edirəm ki, biz 2003-cü ildə Mətbuat Şurasını yaradanda Hacı müəllimin sözünə baxmadıq. Bir məqamı da qeyd etmək istəyirəm. İndi deyirlər, Azərbaycan Jurnalistlərinin VIII-ci qurultayı keçirildi. Bu, səhv məlumatdı. Azərbaycan jurnlasitlərinin birinci qurultayı 1959-cu ildə keçirilib. Biz jurnalistlərin qurultayını 2003-cü ildən hesablamaqla Azərbaycan jurnalistikasının tarixini ən azı 50 il azaldırıq. Çünki 2003-cü ildən sonra keçirilən qurultaylar Azərbaycan jurnalistlərinin deyil, Mətbuat Şurasının qurultaylarıdır.
- Qurultayı heç olmasa, kənardan izlədizmi? Düşüncələriz maraqlıdır.
- Mən əvvəldən bilirdim ki, sədr kim olacaq, nə baş verəcək. Biz təkcə birinci qurultayda öz istədiyimiz adamları seçdik. Ondan sonra “yuxarılar”ın istədiyi adamlar seçilir. Maraqlı deyildi mənə, açığı.

- Sizcə Rəşad Məcid nələrisə dəyişə biləcəkmi?
- Rəşadla dostluğumuz var. Hər şeyi bir kənara qoyaq, Rəşad olmasın, istəyirsiniz məni qoyun ora, mən də bu şəraitdə heç nəyi dəyişə bilmərəm.
- Sizin də sədrliyinizi istəyən insanlar var idi.
- Məni ora sədr qoymazdılar. Heç özüm də istəməzdim.
- Səbəb?
- Çünki yaxşı mənada cığallıq edəcəkdim. O mənada ki hər şeyin doğru olanını etmək lazım olduğunu deyəcəkdim. Bu da orda heç kimə sərf eləmir.
- Mediada nəyinsə düzələcəyinə ümid var?
- Mən nəsil olaraq gedənlərdənəm (gülür). Bir az pessimist ola bilərəm, buna tam haqqım da çatır. Amma hər halda heç kimə deyə bilmərəm ki, ümidini itir. İtirməyin, ümidi itirmək olmaz.
- Sizin dövrünüzdə jurnalist olmaq çətin idi, yoxsa indi?
- O vaxt çətin idi, amma ləzzəti də var idi. Təsəvvür elə, dördqat senzuradan keçmişik. Döyülmüşük də, tutulmuşuq da.
- Yazdığınız yazıya, dediyiniz fikrə görə həbs olunmusuzmu?
- Belə olub ki, o vaxt Əlikram Talış Muğan Respublikasını elan edəndə biz qəzetdə dərc olunan bir yazı ilə bağlı ora getmişdik. Bizi orda tutub zirzəmiyə salmışdılar. Bilmirəm bunu həbs olunmaq hesab etmək olarmı (gülür). Amma başımdan ciddi həbs hadisəsi, döyülmək keçməyib.
- Bəs hədələr necə?
- O hər zaman olub. Bəlkə də İsmayıl Şıxlının oğlu olmasaydım, məni də həbs edərdilər. Atamın adı həmişə bu hadisələrin baş verməsinə mane olub. Bəlkə də kimlərsə müəyyən dərəcədə hay-küyün daha çox ola biləcəyindən çəkinib.
- Sizinlə çalışan jurnalistlər də zaman-zaman təzyiqlərə məruz qalıb. Belə məqamlarda onlara necə dəstək olmusuz?
- Belə hallar çox olub. Jurnalistlərimizdən hansısa döyüləndə mənə dərhal qarşı tərəfdən üzrxahlıq edilib. Deyiblər ki, səhvən olub, məhkəməyə getmədən də təzminatla məsələni aydınlaşdırmaq olar. O zaman mən jurnalistə demişəm ki, məhkəməyə gedib hüquqlarını müdafiə etmək istəyirsənsə, mən sonuna qədər sənin arxandayam. Amma sənin müalicən üçün pul da təklif edilir. Hansını seçirsən? Seçimləri hər nə olursa-olsun, hər zaman yanlarında olmuşam.
- Elçin müəllim, səhərdən ancaq mediadan, mətbuatın problemlərindən
danışırıq. Amma istərdim bir az da sizin özünüzdən danışaq. Elçin Şıxlının görünməyən tərəfi varmı?
- Onu gərək həyat yoldaşımdan soruşasınız. Məni biabır eləsin. (gülür)

- Kənardan çox sakit təbiətli insan təsiri bağışlayırsınız. Görüntünüz bizi yanıldırmı?
- Yanıldır (gülür). O qədər də sakit insan deyiləm. Haylı-küylü də demək olmaz, amma müəyyən məqamlar olur ki, özümdən çıxıram. Evdə çığır-bağır salanda yoldaşım deyir, gücün mənə çatır ancaq? Sizin o sakit gördüyünüz Elçin Şıxlı çöldə hay-küy sala bilmədiyi məqamlarda bütün hirsini evdə tökür. Atamın bir sözü var idi. O bizim hamımızın qulağında sırğa olub. Deyirdi, gecə yatmağa gedəndə qapını çəkirsən, içəridə kim qalırsa, onlar sənindi. Evdə çığır-bağır salsaq da, içəridə özümüzük. Zəifliyimizi də evimizin içində göstəririk.
- Həyat yoldaşınız sizə neçə ildir dözür?
- 30 ildən xeyli keçib. Mən də ona dözürəm (gülür). Onun da problemi olanda hirsini mənim üstümə tökür. Bir-birimizi rahat dinləyə bilirik. Bölüşə bilirik hər şeyi. Bunu bacara bilməsək, yaşamaq çətin olardı. Qəzet bağlananda mən çox böyük stress keçirdim. Sinirə bilmirdim bunu. Həyat yoldaşım olmasaydı, o dövrü rahat adlaya bilməzdim bəlkə də.
- Ailənizi ideal ailə hesab etmək olar?
- Tam da yox. Elə şeylər var ki, hələ də mübahisəmizə səbəb olur. Məsələn, biz birlikdə mağazaya getmirik. Çünki birlikdə mağazaya girəndə dalaşırıq (gülür). Həm də xanımlar alış-verişə gedəndə çox rahat gəzirlər. Mənim hövsələm çatmır. Hətta arada zarafatla deyirəm ki, muzeyə getmirsən, mağazaya gedirsən, tez çıx.
- Elçin müəllim, atanız kimi ata ola bilmisizmi?
- Yox, ondan xeyli yumşaq ata olmuşam. Atam nə mənə, nə qardaşıma ömrü boyu “qurban olum” kəlməsini işlətməyib. Evdə olduqca ağır, sərt adam idi, amma heç vaxt ədalətsizlik eləmirdi. Amma o sevgini sanki nəvələrinə daha aydın biruzə verdi. Yadıma gəlir ki, atamın yanında övladlarıma acıqlana bilmirdim. Deyərdi, öz evində nə istəyirsən edərsən, mənim yanımda uşaqlarla işin olmasın.
- Atanızın soyuq davranışı sizdə travma yaratmayıb ki?
- Yox. Özümü heç vaxt travmalı hiss etməmişəm. Çünki biliridim ki, atam məni çox istəyir. O vaxtlar Almaniyanın motorlu oyuncaq qayıqları, qatarları vardı. O oyuncaqlar ən birinci bizdə olub. Alıb gətirərdi, hətta özü qurub bizimlə oynardı. Venesiyada nə qədər kanallar var idi, bizim oyuncaq qayıqlarımızın hamısı orda üzürdü. Hər yay dincəlməyə aparırıdı. Yəni qayğısını hər zaman hiss etmişəm. Ona görə də vacib bilməmişəm ki “qurban olum” desin, yaxud da dəqiqəbaşı məni öpsün. Uşaqlıqda nə qədər gözəl şəkillərimiz var, hamısını atam çəkib. Yaxşı fotoqraf idi.

- Maraqlıdır İsmayıl Şıxlı oğlunun hansı peşəyə yiyələnməsini istəyib?
- Riyaziyyatçı olmağımı istəyirdi. Mən də riyaziyyatdan çox zəif idim. Yəqin ki, atamın heyfsləndiyi yeganə şey heç birimizin riyaziyyatçı olmamağı olub.
- Sizi varlı jurnalist hesab etmək olarmı?
- Acından ölmürəm. Amma təsəvvür edilən dəbdəbəli həyat da yaşamıram. 2-3 maşınım var, amma hərəsi 20 ilin maşınıdı. Bir xasiyyətim var. Öyrəşdiyim şeydən əl çəkmirəm. Məsələn, o maşınları satıb bir təzəsini ala bilərəm, amma əlim gəlmir. Çünki hər maşınla bağlı bir xatirəm var. Xatirələrimdən qopmaq mənə çətin gəlib həmişə.
- Roman yazmaq istəmirsiz?
- Qabiliyyətim var, amma mən İsmayıl Şıxlıdan sonra yaza bilmərəm. Qorxuram.
- Özünüzə nə arzu edirsiz?
- Tək qalmamağı. Süleyman Rüstəmlə atamın münasibətləri çox yaxın olmayıb. Amma rəhmətə gedəndə atam hönkür-hönkür ağladı. Mən atamı iki dəfə elə ağalayan görmüşdüm. Bir xalası oğlu rəhmətə gedəndə, bir də Süleyman Rüstəmin ölüm xəbəri gələndə. Biz onda Neftçalada idik. Xəbər gəldi ki, Süleyman Rüstəm dünyasını dəyişib. Atam çıxdı mehmanxananın eyvanına və başladı ağlamağa. Onda mənə qəribə gəlmişdi. Hətta atama dedim ki, axı sən onunla çox yaxın münasibətdə olmamısan, səni bu qədər sarsıdan nədir. Dedi, sən başa düşmürsən, amma bir epoxa getdi. Yalnız qalamamaq deyəndə bunu nəzərdə tuturam. İndi elə zamandı ki, bizi anlayan, bizi dinləyən, ətrafında tanıdığın, ünsiyyətdə olduğun adamlar bir-bir gedir. Bu adamlar getdikcə yalnızlıq başlayır.
Xəbərin oxunma sayı : 703
Müsahibə
Xəbərlər
-
Məktəblərdə fond pulu yığılır: Valideynlər ödəməyə məcburdurmu?
-
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
-
Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)
-
Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi? - Araşdırma
-
Pensiyalar nə vaxt ödəniləcək? - Tarix açıqlandı
-
Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər
-
Si Cinpin ABŞ-a üçgünlük səfər edəcək - Tramp dəvət edib
-
Məhkəmə İman Quliyevin 11 milyon manat borcu yığılan şirkətini cərimələdi - DETALLAR
-
“İki aydır Emin Əmrullayevə zəng edirəm, tapa bilmirəm” – Deputat
-
Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - FOTO
-
Deputat tıxaca görə iclasa gecikdi: “Dözülməz həddə çatıb”
-
269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir - VİDEO
-
Azərbaycanda kommersiya bankları birləşməyə məcbur edilir? - Açıqlama
-
Bakıda xeyriyyə adı altında dələduzluq: 70 yaşlı qadın saxlanıldı
-
Xəzərdə batanlar Aviasiya Akademiyasının tələbələri imiş... – Video
-
“ABŞ husilərlə daimi əlaqə saxlayır“ - Donald Tramp
-
FHN ötən həftə 62 nəfəri xilas edib - 20-si azyaşlıdır - Video
-
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
-
“Kahı“ və “kərəviz“ yükündə 79 kq narkotik vasitə aşkarlandı - FOTO
-
Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: “Gəlirlər, ölçüb-biçib gedirlər“ (VİDEO)
-
Dövlət Suverenliyi Günü – Dövlətçiliyimizin qürur tarixidir
-
Tam suverenlik və bərpa edilmiş ərazi bütövlüyü ölkəmizi sürətli inkişaf yoluna çıxardı
-
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
Zəfər tariximizin şanlı səhifəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə
-
Bakının bu kəndində yol bağlanır - Sürücülərə xəbərdarlıq
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı - FOTO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıda restoran 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO
-
“Formula -1 Azərbaycan” qran-prisinə görə bəzi parklanma yerləri bağlandı - VİDEO
-
Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı - FOTO
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəbi bu ola bilər
-
Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz - Bu halda
-
Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin...
-
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı - Yeni siyahı
-
Pezeşkian Nyu-Yorka gedir - ABŞ-dan qəribə qadağa
-
Magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir - Xəbərdarlıq
-
Türkiyə dönərə “qadağa” qoydu - Azərbaycanda vəziyyət necədir?
-
Husilər Səudiyyəyə hücumu genişləndirir - Məkkə ilə Mədinə gündəmdə
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz“
-
Xocavənd rayonunda nə qədər insan yaşayır? - Açıqlama
-
Putindən sonra Rusiyanı kim idarə edəcək? - 7 namizəd
-
Keçmiş baş nazirdən şok iddia: “20 milyon əhalimiz qalıb!“
-
“Asiyada əvvəlki Amerika nizamı çöküb, yeni regional nizam yaratmaq lazımdır” - Qalibaf
-
20 sentyabr həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də milli birliyimizin və ərazi bütövlüyümüzün əbədi rəmzidir
-
Matviyenko ona məğlub oldu - Gizli yazışmalar üzə çıxdı
-
F-35-lərə aid məxfi texnologiya oğurlanıb? - Araşdırma başlayıb
-
Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı
-
Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı (VİDEO)
-
Hansı ölkədə alınan mənzilin pulunu neçə ilə “çıxarmaq” olur? - Siyahı
-
20 Sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü tariximizin şanlı səhifələrindəndir
-
Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?
-
Almaniyada iki əyalətdə seçki keçirilir - Mertsin gələcəyi təhlükədə
-
Millidən kənarda qalan qapıçı “od püskürdü“ - “Bu, onunla əlaqəli söhbət deyil“
-
İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB
-
Bakıya yağış, rayonlara dolu - Sabahın havası
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN (VİDEO)
-
Si Cinpinlə bağlı müəmmalı məqam: BRICS şam yeməyinə son anda qatılmadı
-
Zəfər tariximizin şanlı səhifəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə
-
PSJ rəhbəri ilə bağlı Parisdə araşdırma başladı - Səbəb nədir?
-
İran ilə ABŞ arasında danışıqlar davam edir - Əraqçi
-
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
Suverenlik günü dövlətçiliyimizin şərəfli tarixini əks etdirən fəxri rəmzdir
-
Ceyhun Bayramov Nyu Yorka getdi - Baş Assambleyanın 81-ci sessiyasında iştirak edəcək
-
Trampın iqamətgahı üzərində həyəcanlı anlar: “F-16“ qırıcısı mülki təyyarəni ələ keçirdi
-
“Əsrin müqaviləsi“nin imzalanmasından 32 il ötdü
-
Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
-
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu bu imiş - Açıqlama
-
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
-
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
-
Putin gizli səfərbərliyə hazırlaşır - Avropa liderləri
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Ər-Riyad hücuma məruz qaldı: Şəhəri qara tüstü dumanı bürüdü
-
“Hörmüzdən 1 milyard barreldən çox neft daşınıb” - VİDEO
-
Yamal Mbappe və Keynə söz atdı - Dünya futbolunda “Qızıl top” savaşı
-
Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır
-
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
-
“Vardanyan və Harutyunyanla bağlı iddialar həqiqəti əks etdirmir” – Ombudsman
-
ABŞ və Danimarka razılığa gəldi - Qrenlandiya ilə bağlı
-
Bu şəxslərə orden və medallar verildi - SİYAHI
-
TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
TDT-nin təsirli beynəlxalq faktora çevrilməsi xalqlarımızın ortaq marağına xidmət edir
-
Sevda çimərlik geyimində görüntülərini paylaşdı - VİDEO
-
Bəhlul Mustafazadə komandaya nə vaxt qoşulacaq? - Qurbanov açıqladı
-
Yeni dərs ili başlayan kimi əmək müqaviləsinə xitam verildi - VİDEO
-
Formula 1 zamanı şəhərin mərkəzindəki bu yollar açıq olacaq - SİYAHI
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Təhlükəsizlik və sabitlik türk dünyasının inkişafının əsas şərtidir
-
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO
-
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
-
99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb - Alan yoxdur
-
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb - TƏFƏRRÜAT
-
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
-
Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK
-
Nazirlik iki kənddə məktəb tikəcək - 13,8 milyon manat ayrılıb
-
Türk dünyasının yüksələn gücü və Azərbaycanın strateji mövqeyi
-
Bakıda bu məktəblər onlayn tədrisə keçir-Siyahı
-
Afra Saraçoğlunun adı narkotik istintaqında - Aktrisa danışdı
-
Fransanın Azərbaycanla bağlı xəbərdarlığına - Rəsmi Bakıdan reaksiya
-
Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır - Nazirlik məlumat yaydı
-
Azərbaycanda abortların sayı rekord səviyyəyə yüksəlib - Son 18 ilin statistikası
-
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Aqrarkredit”in 10 milyonluq əmlakı hərracda - Üçü ucuz qiymətə satıldı
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
-
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - RƏQƏMLƏR
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
-
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində:Milyonlarla avroluq cinayət işinin detalları
-
Saxta əlillik verən həkimin məhkəməsində “povestka“ paylayan danışdı - ŞOK İFADƏ
-
Bu işlə məşğul olan vətəndaşların nəzərinə - Əlavə pul alacaqsınız
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
-
Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü
-
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
-
Hansı ölkədə işçinin maaşından daha çox pul tutulur? - SİYAHI
TOP 10
ARXİV






