Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Əlilliyə görə verilən müavinətlər də artacaq? - AÇIQLAMA

Tarix 10.02.25, 15:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda maaşların və pensiyaların artmasından sonra insanları maraqlandıran əsas məsələlərdən biri əlilliyə görə verilən müavinətlərin artıb-artmaması ilə bağlıdır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncama əsasən, sosial müavinətlər və təqaüdlərin artırılması da nəzərdə tutulur:

"Belə ki, sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Prezident tərəfindən Nazirlər Kabinetinə 3 ay vaxt verilib və sərəncamın imzalandığı gündən 3 ay ərzində Nazirlər Kabineti təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Daha sonra da, təbii ki, Prezident tərəfindən sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı qərar qəbul ediləcək. Azərbaycanda sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı dövlət başçısı tərəfindən tapşırıq olduğuna görə bu istiqamətdə artımlar olacaq”.

Deputat qeyd edib ki, Nazirlər Kabineti tərəfindən təkliflərin mart ayının ikinci yarısında təqdim olunacağı və daha sonra dövlət başçısı tərəfindən artımla bağlı sənədin imzalanması gözlənilir.

"Əlilliyə görə ödənilən sosial müavinət, bötövlükdə müavinət növlərindən biridir. Nəzərə alsaq ki, sözügüdən sərəncamla sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib, bu baxımdan, artıq Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunduqdan sonra hansı istiqamətdə artımların olacağı və artım faizlərinin nə qədər olacağı bəlli olacaq.

Sözsüz ki, biz əlilliyə görə verilən müavinətin artırılması ilə bağlı da təkliflərimizi təqdim etmişik. Bu istiqamətdə maliyyə qiymətləndirilməsi və Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra məhz hansı müavinətlərdə artımların olması və artım faizləri bəlli olacaq. Bütövlükdə biz sosial paketin növbəti mərhələsində sosial müavinətlər və təqaüdlərdə artımları müşahidə edəcəyik”, - deyə V.Bayramov əlavə edib.



Xəbərin oxunma sayı : 1009




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap