Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Sumqayıtda kuryoz hadisə - Bu obyekt kimindir? (VİDEO)

Tarix 03.04.26, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda şəhərin mərkəzində, səkinin üstündə avtobus dayanacağına birləşik obyekt inşa olunub, icra hakimiyyəti belə sahibini tanımır…

Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecə qondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəli xəstəxana, Polklinka şöbəsi, üzbəüz küçədə isə 3 saylı orta məktəb yerləşir.

media-whatsapp-image-2026-04-03-at-12-33-05

Yenicag.az-a müraciət edən yerli sakinlər bildirirlər ki, gecə saat 3-də sürətlə inşa edən bu obyekt şəhərin sıx hərəkət zonasında gediş-gəlişə ciddi əngəl törədir.

Maraqlıdır ki, bu obyektin kim tərəfindən inşa olunduğu bilinmir. Obyektin hansı sahədə fəaliyyət göstərəcəyini də bilən yoxdur. Ərazidə tibb ocaqlarının olması səbəbi ilə obyektin aptek kimi fəaliyyət göstərəcəyini güman edənlər var.

media-whatsapp-image-2026-04-03-at-12-33-06

Göydən düşmüş kimi gecə saatlarında sakinlərin başına qonan bu obyekt barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub. İcra Hakimiyyətindən şikayətçilərə bildiriblər ki, onlar Heydər Əliyev prospekti 40-cı məhəllədə səkinin üzərində avtobus dayanacağına bitişik hər hansı bir obyektin inşasına və fəaliyyətinə icazə verməyiblər. Obyektin kim tərəfindən ora qoyulmasından da xəbərsizdirlər.

İcra Hakimiyyətindən bildirilib ki, əraziyə gəlib obyektə baxış keçirəcəklər.

Amma iki gün keçməsinə baxmayaraq, icra hakimiyyətindən nə əraziyə gəlib baxış keçirilib, nə də qanunsuz obyektin söküntüsünə başlanılıb. İcra hakimiyyətinin davranışlarından belə görünür ki, onlar icazə verməsələr də, əslində obyektin kim tərəfindən, hansı məqsədlə inşa edildiyindən xəbərdardırlar. Ya icra hakimiyyəti həmin gücün qarşısında acizdir, ya da… Üçüncü variant yoxdur.

P S. Yazı dərc edilməyə hazırlanarkən şikayətçilər bildirdilər ki, qanunsuz obyekt nəinki sökülür, əksinə fəhlələr hazırda obyektin ətrafındakı tameti yeniləyirlər. Bu isə başqa mətləblərdən xəbər verir.







Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap