Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF

Tarix 04.04.26, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Sertifikatlaşdırmada 80% və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısı 35% artırıla bilər.

Millət vəkili Vüqar Bayramov bildirib ki, müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydalara əsasən, qiymətləndirmə zamanı 30-50 bal arası nəticə göstərən təhsilverənlərin əmək haqqında 10 faiz, 51 baldan yuxarı toplayanlarda isə 35 faiz artım olur. Bunun daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Vüqar Bayramov bildirib ki, təklif qəbul olunduğu halda, bu daha çox müəllimin əməkhaqqısının 35 faiz artmasına imkan yaradacaq.

Millət vəkili onu da bildirdi ki, hazırda qüvvədə olan sistemə görə, müəllim yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad edilir. Ancaq təklif olunur ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsinlər. Çünki, bu yanaşma həm müəllimlərin üzərindəki psixoloji yükü azalda, həm də onların vaxt və resurslara qənaət etmələrinə imkan yarada bilər.






Xəbərin oxunma sayı : 196




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap