Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Nar”ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirdi - FOTOLAR

Tarix 17.03.26, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Sərfəli təklifləri və faydalı sosial layihələri ilə tanınan mobil operator “Nar” 2026-cı ildə də inklüziv cəmiyyətin formalaşması istiqamətində sosial layihələrinə davam edir.

Qeyd edək ki, 2025-ci ildə “Nar”ın inklüziv cəmiyyətə töhfə vermək və fiziki məhdudiyyətli şəxslərin ictimai həyatda fəal iştirakını təşviq etmək məqsədilə “DanceAbility” sosial sahibkarlıq müəssisəsi ilə birgə keçirdiyi 10-a yaxın inklüziv layihə 500-dən çox şəxsi əhatə edib.

2025-ci ildə “Nar” Beynəlxalq Əlillər Günü (3 Dekabr) münasibətilə əlilliyi olan şəxslərlə gündəlik həyatda düzgün yanaşmanı nümayiş etdirmək və bəzən bilmədən edilən yanlış davranışların qarşısını almağa yönəlik maarifləndirici video çarxın hazırlanmasına da dəstək vermişdi.

Bu ildə də inklüziv layihələrlə cəmiyyətə töhfə vermək məqsədilə, “Nar” “DanceAbility” ilə əməkdaşlığını davam etdirir. Əməkdaşlıq çərçivəsində “Bütün vücudlar danışır” inklüziv layihəsi həyata keçirilir. Layihənin məqsədi inklüziv cəmiyyətə töhfə vermək və fiziki məhdudiyyətli şəxslərin ictimai həyatda fəal iştirakını təşviq etməkdir. Hazırda “Bütün vücudlar danışır” layihəsində fiziki məhdudiyyəti olan və olmayan 75 şəxs iştirak edir. Müxtəlif yaş qruplarından olan bu iştirakçılara fərqli rəqs hərəkətləri üzrə məşğələlər keçirilir. Məşğələlər hər kəsin özünə uyğun şəkildə iştirak etməsi və rəqs hərəkətləri vasitəsilə özünü ifadə etməsi üzərində qurulub.

Ötən il ərzində layihədə ümumilikdə 587 nəfər iştirak edib, onlardan 396 nəfəri isə fiziki məhdudiyyəti olan şəxslər olub. Bu il ərzində də “Bütün vücudlar danışır” layihəsində iştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçə və ya +994772828880 nömrəsi ilə “WhatsApp” üzərindən əlaqə saxlaya bilərlər. Məşğələlər hər şənbə günü Su idmanı sarayında, həftənin digər günləri isə Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin nəzdində fəaliyyət göstərən Şağan Reabilitasiya Pansionatında keçirilir.

“Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.







Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap