“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Qarabağ” “pley-off”a çıxsa, kiminlə qarşılaşacaq? - Püşkün sadə izahı

Tarix 27.01.26, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


1) Hər şeydən əvvəl “Qarabağ” “Liverpul”la UEFA Çempionlar Liqasının 8-ci tur oyununda pley-off mərhələsini təmin etməlidir. 

2) Heç-heçə yüz faiz komandamızı ilk 24-lükdə saxlayacaq (bizə lazım olan da budur). Məğlubiyyət belə “atlılar”a yarışda qalmağa imkan verə bilər (bu, digər bir neçə oyunun nəticəsindən asılı olacaq). Bunlardan biri olsa, “Qarabağ” 17-24-cü yerlər zonasında qalacaq və yarışa davam edəcək.

3) Qələbə isə fantastika olar və bu halda Ağdam təmsilçisi 9-16-ci yerlər zonasına yüksələ bilər.

Bəs, bu zonaların fərqi və əhəmiyyəti nədir?

a) Pley-off”un püşkatması zamanı (30 yanvar) 9-16-cı yeri tutanlar “səpələnmişlər”, 17-24-cü yeri tutanlar isə “səpələnməmişlər” səbətində yer alacaq.

Yəni 9-16-cı yeri tutan 8 komanda yalnız 17-24-cü yeri tutan 8 komandadan biri ilə qarşılaşacaq.

b) “Səpələnməmişlər” səbətindəki komanda “pley-off”da ilk matçı evdə, cavab oyunu səfərdə keçirəcək.

c) “Pley-off”la bağlı püşkatmaya dair UEFA-nın qaydalarında deyilir: “16 klub ümumi mərhələnin yekun sıralamasına əsasən ikili qruplara bölünəcək və bununla da dörd “səpələnmiş” cüt (turnir cədvəlində 9–10-cu, 11–12-ci, 13–14-cü, 15–16-cı yerləri tutan klublar) və dörd “səpələnməmiş” cüt (17–18-ci, 19–20-ci, 21–22-ci, 23–24-cü yerlər) formalaşdırılacaq.

Hər “səpələnmiş” cütdəki klublar pley-off toruna düşəcək və “səpələnməmiş” cütlərdəki klublarla qarşılaşacaq”.

Yəni…

9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla,
11/12 – 21/22 ilə,
13/14 – 19/20 ilə,
15/16 – 17/18 ilə üz-üzə gələcək.

Bu o deməkdir ki, əgər yarış indi - 7 turdan sonra bitsə idi, hazırda 18-ci pillədə olan “Qarabağ” ya “Yuventus”la (15-ci yer) ya da “Borussiya” Dortmundla (16-cı yer) qarşılaşacaqdı. 

Amma qarşıda Liqa mərhələsinin ən həlledici - 8-ci turu var. Yalnız bundan sonra komandaların yekun sıralaması müəyyənləşəcək. Odur ki, biz tələsməməli, eyforiyaya qapılmamalı, “Qarabağ”a inanmaqla “Liverpul”la matçın nəticəsini gözləməliyik.

Sonda xatırlatmaq yerinə düşər ki, 1-8-ci yeri tutanlar “pley-off”dan azad olmaqla birbaşa 1/8 finala vəsiqə qazanırlar.



Xəbərin oxunma sayı : 160




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap