“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Çinlə irimiqyaslı müharibə olarsa, ABŞ-ın silah ehtiyatı tez tükənəcək” - Sallivan

Tarix 05.12.24, 9:13

Font ölçüsü : - / +
bitmap-img6


“Çinlə irimiqyaslı müharibə olarsa, ABŞ-nin silah ehtiyatı tez tükənəcək”.

APA xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Allah eləməsin ki, Çinlə müharibə vəziyyətində olaq. Çin kimi bir ölkə və bir ordu ilə istənilən müharibə ABŞ-nin silah-sursat ehtiyatlarının tez bir zamanda tükənməsinə gətirib çıxaracaq”, - deyə o qeyd edib.

Sallivan vurğulayıb ki, Birləşmiş Ştatlar son 3 ilin hadisələrindən dərs çıxarmalı və müdafiə sənayesini hazırlamalıdır.

Onun sözlərinə görə, burada əsas məqam hərbi əməliyyatlar zamanı istehsalın bərpa olunması və artırılmasını təmin edəcək müdafiə sənayesinin yaradılmasıdır.

Qeyd edək ki, ABŞ-nin Tayvana silah satması ilə əlaqədar Vaşinqtonla Pekin arasında gərginlik yaranıb.

Cin Xarici İşlər Nazirliyindən bildirilib ki, Birləşmiş Ştatların Tayvana silah satması Çin-Amerika münasibətlərinə zərbə vurur, habelə sülhə təhdid yaradır.

Çin tərəfi bununla bağlı ABŞ-yə kəskin etirazını bildirib.



Xəbərin oxunma sayı : 595




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap