|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Tarix 15.03.24, 22:45 |
|
Türkiyənin KAAN qırıcı uçağı “F-16 Block 70”, “Eurofighter Typhoon”, “Rafale” və hətta “F-35”dən xüsusən hava-hava döyüş qabiliyyətinə görə xeyli üstündür. Bu, təkcə Türkiyə müdafiə sənayesinin deyil, həm də Türkiyə diplomatiyasının zəfəridir.
Düşünün ki, Türkiyədən başqa bu texnologiya dünyanın yalnız 3 ölkəsində mövcuddur.
Bu məqama işarə edən Almaniyanın onlayın xəbər portalı “nex24.news” belə yazmışdı: “Bu gündən etibarən Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edə bilən və cəmi bir neçə ölkənin girişi olan dairəyə qoşulub”. Bu məlumatı Almaniya portalı bu ilin 21 fevralında yaymışdı. Məhz həmin gün KAAN ilk test uçuşunu həyata keçirmişdi, özü də son dərəcə uğurla.
Bəs söhbət hansı ölkələrdən və hansı qırıcılardan gedir?
“F-35” (ABŞ), “F-22” (ABŞ), “J-20” (Çin), “Su-57” (Rusiya), yəni bu tip qırıcılar baxımından ABŞ, Çin və Rusiyadan sonra Türkiyənin KAAN-ı gəlir.
Azərbaycan olaraq biz Türkiyə hərbi sənayesinin hansı hədəflərə vardığını təsəvvür belə edə bilmirik. Qardaş ölkə bu sahədə bizim xəyallarımızı belə geridə qoyub.
Bugünlərdə isə Türkiyə 1-ci turbofan reaktiv mühərrikini uğurla sınaqdan keçirdi. Türkiyənin “dailysabah.com” saytı bu barədə geniş məlumat yaydı. Bu nə deməkdir? Türkiyə KAAN qırıcı uçağı istehsal etməyi hədəfləyir. KAAN 5-ci nəsil qırıcılar sinfinə daxildir, yəni ABŞ-ın F-35-i kimi bir şeydir. Türkiyənin 5-ci nəsil qırıcı təyyarə layihəsi olan TF-X Kaan mühərrikə görə müəyyən çətinliklə üzləşmişdi. Uçağın mühərriki Böyük Britaniyanın BAE Systems şirkəti ilə birlikdə hazırlanırdı. Artıq KAAN üçün gərəkən mühərrik real olaraq ortadadır. Bu isə o deməkdir ki, Türkiyə yaxın bir neçə ildə KAAN qırıcılarının kütləvi istehsalına başlayacaq. Ümumiyyətlə, son illərdə Türkiyə mühərrik istehsalında ciddi uğurlar əldə edib. Bu isə ona böyük hədəflərə doğru sürətlə irəliləmək imkanı verir. Təsadüfi deyil ki, Türkiyənin hərbi sənayesi intibah dövrünü yaşayır. 2022-ci ildə Türkiyənin hərbi ixracatı 4 milyard dolları keçmişdi…
Onu da deyim ki, fevralın 21-də sınağı uğurla başa çatan KAAN üçün “ABŞ-ın “GE Aerospace” şirkətinə məxsus “The General Electric F110” mühərriki istifadə olunub. F-16 qırıcıları da bu mühərrikdən istifadə edir. Ancaq növbəti mərhələdə Türkiyənin yuxarıda bəhs etdiyimiz yerli mütəhərriki KAAN-da öz yerini alacaq…
Türkiyə hərbi sənayesi sürətlə irəliləyir. KAAN-ın ortaya çıxması üçün Türkiyə milyardlarla dollar xərcləyib. Bəzi mənbələr söhbətin 20, hətta 50 milyard dollardan getdiyini yazır.
Düşünün ki, bir KAAN-ın satış qiyməti təxminən 100 milyon dollar olacaq. Onu da qeyd etmək lazımdır ki, KAAN layihəsində Azərbaycan da yer alır. Bəzi məlumatlara görə, KAAN 20 min hissədən ibarətdir. Həmin hissələrin bəziləri Azərbaycanda istehsal olunur. Azərbaycanda 200 mütəxəssis bu sahəyə cəlb olunub. Önəmli bir məqamı vurğulamaq gərəkir: Türkiyə hərbi sənayesi daxili imkanlar hesabına gücləndirilir. Bəllidir ki, Türkiyənin NATO-dakı müttəfiqləri rəsmi Ankaraya qarşı dəfələrlə embarqo tətbiq edib. Onlar düşünüblər ki, Qərb texnologiyası olmadan Türkiyə hərbi sənayesi irəli gedə bilməz. Ancaq Türkiyə Qərbə də, bütün dünyaya da bunun tam əksini sübut etdi. Bu fakta diqqət edək: Qos-qoca ABŞ-ın hərbi sənayesinə F-35 qırıcısının layihəsindən ilk uçuşuna qədər 5 il vaxt lazım oldu. Bu sahədə elə bir təcrübəsi olmayan Türkiyə isə bu yolu 8 ilə keçdi. Bu, ağlasığmaz göstəricidir. Əyanilik üçün bir faktı da deyim: Eurofighter Typhoon (Avropa), KF-21 (Cənubi Koreya) və Rafale (Fransa) beynəlxalq təsnifatda 4,5-ci nəsil kateqoriyasına aiddir. Ancaq KAAN isə 5-ci nəslə daxil olub…
Bunun üçün isə öncə Amerika Türkiyəyə F-16 qırıcısının mühərrikinin Türkiyənin daxilində istehsal etməyə razılıq verməlidir. Xatırladım ki, bu məsələ ilə bağlı ilk xəbəri “Bloomberg” agentliyi yaymışdı…
ABŞ 2019-cu ildə Türkiyənin Rusiya ilə yaxınlaşmasını bəhanə edərək rəsmi Ankaranı F-35 ilə bağlı proqramdan kənarlaşdırıb. O da bəllidir ki, Amerika və Türkiyə rəsmiləri Türkiyənin F-35 proqramına yenidən daxil olmasını müzakirə etmək üçün ən azı üç dəfə görüşüblər, lakin danışıqlar indiyədək heç bir nəticə verməyib…
Rəsmi məlumatlara görə, ilk uçuşundan sonra KAAN-ın uçuş sınaqları 2029-cu ilə qədər müxtəlif prototiplərlə davam edəcək. Uçağın dizayn və aparatları təkmilləşdiriləcək. 2029-2033-cü illər arasında Türkiyə Hərbi Hava Qüvvələri ilk 10 KAAN Blok 1 qırıcısını inventarına əlavə edəcək. Türk pilotların intensiv əməliyyatlar vasitəsilə KAAN ilə uçuş təcrübəsi qazanmasına şərait yaradacaq. 2033-cü ildən 2040-cı ilə qədər “Turkish Aerospace” KAAN konfiqurasiyalarını şaxələndirəcək və tam miqyaslı istehsalı davam etdirəcək.
Bu müddət uzun görünsə də, 1974-cü ildə təqdim edilən F-16 döyüş təyyarəsinin bu gün də istehsalda olduğunu və təxminən beş onillik ərzində Blok 70 konfiqurasiyasına çevrildiyini qeyd etmək lazımdır. KAAN-ın təxminən on il ərzində tam əməliyyat qabiliyyətinə çatması gözlənilir.
KAAN təkcə Türkiyə və Azərbaycan üçün deyil, həmçinin Pakistan üçün də önəmlidir. Azərbaycan və Pakistan da müxtəlif dərəcədə milli qırıcı layihəsində iştirak etmək qərarına gəlib. Hazırda Çin qırıcı təyyarələrindən istifadə edən Pakistan KAAN layihəsində iştirak etmək qərarı alqışa layiqdir. Türkiyə mətbuatı yazır ki, Azərbaycan və Pakistan-bu dost xalqlar Türkiyə Hərbi Hava Qüvvələrindən sonra KAAN-ın ikinci və üçüncü istifadəçisi olmağa hazırlaşır.
Yaxın gələcəkdə Türkiyəli mütəxəssislər tərəfindən ərsəyə gətirilmiş KAAN, Bayraktar KIZILELMA, ANKA-3 və TAI Hürjet döyüş təyyarələri Türkiyə hərbi sənayesinin beynəlxalq ictimaiyyətə səs-küylü mesajıdır. Hələ orası da var ki, KAAN-ın 6-cı nəsil döyüş təyyarəsinə çevrilməsi layihəsi də ortadadır. “Turkish Aerospace” şirkətinin rəhbərlərindən biri olan prof. Temel Kotil bu yaxınlarda belə demişdi: “6-cı nəsil bir az daha güclüdür və pilotsuz təyyarələr sinfinə daxildir. Əvvəlcə KAAN-ı bitirək, sonra yerdə qalanları həyata keçirərik”.
6-cı nəsil döyüş təyyarəsinin yaranması ilə Türkiyənin hərbi sənayesi, müvafiq olaraq Hərbi Qüvvələri görünməmiş ucalığa yüksələcək. Bu fikir də Qərb mediasında dönə-dönə dolaşır…
Yuxarıda qeyd etdiyimiz kimi, Qərblə Türkiyənin münasibəti ziddiyyətlidir.
Bəllidir ki, Kanada Türkiyə dronlarının Azərbaycan tərəfindən Ermənistana qarşı istifadəsini bəhanə edərək türk PUA-larında istifadə edilən elektro-optik kameraların Türkiyəyə satışına embarqo qoydu. Ancaq Türkiyə bu vəziyyətdən böyük uduşla çıxdı. Belə ki, embarqodan sonra yerli alternativlər inkişaf etdirildi. KAAN döyüş təyyarəsi də Almaniyanın vetosuna görə əvvəllər əldə edilə bilməyən “Eurofighter Typhoon”-un yerli inkişafına səbəb oldu. Diqqət edin: Almaniyada 5 milyon türk yaşayır. Ancaq onlar Almaniyanın siyasi həyatına təsir edə bilmirlər. Almaniya parlamentindən 10 nəfərdən çox Türkiyə əsilli deputat var. Onların hamısı anti-Türkiyə mövqeyindən çıxış edir. Niyə belədir? Çünki Almaniyanın siyasi sistemi elədir ki, Türkiyəyə dəstək verən siyasətçi uğur qazana bilməz. 2016-cı ilin iyununda Almaniya parlamenti qondarma erməni soyqırımını tanıdı. Maraqlı orasıdır ki, bu işdə parlamentin Türkiyə əsilli deputatları xüsusi canfəşanlıq etdi. Ancaq Rusiya, Fransa və ABŞ-da yaşayan ermənilər öz dövlətlərinə qarşı belə yaramazlıq etməzdi. Heç onlardan bunu tələb edən də yoxdur. Əksinə, onların anti-Türkiyə çıxışları adıçəkilən dövlətlər tərəfindən bu və ya digər səviyyədə dəstək verilir.
O da göz qabağındadır ki, ABŞ Yunanıstana 40 ədəd F-35 qırıcısı satır. Türkiyəyə isə F-16-nı belə vermək istəmir. Niyə? Çünki Qərb Türkiyənin güclü ölkə olmasını qətiyyən istəmir. Tarixdən bəllidir ki, 1926-cı ilin oktyabrında Türkiyənin Kayseri şəhərində dövlət səviyyəsində TOMTAŞ təyyarə fabriki açıldı. Bu fabrik Türkiyəni dünyanın aviasiya sahəsində ən öncül ölkələrdən birinə çevirə bilərdi. I Dünya müharibəsindən sonra Versal sülh müqaviləsinə görə Almaniyanın təyyarə istehsalına məhdudiyyət qoyulmuşdu. Bu səbəbdən də Almaniya Türkiyəyə-TOMTAŞ-a dəstək verdi. Atatürk özü də bu fabrikdə olub. Fabrikdə yüksək səviyyədə görülən işlər bütün dünyaya səs saldı. O vaxt Türkiyə bəzi Avropa ölkələrinə belə təyyarə satırdı. Həmin fabrik 1950-ci ilə qədər fəaliyyət göstərdi. Daha sonra Amerikanın təkidi ilə fabrik qapadıldı. Məqsədli şəkildə Amerika, bütövlükdə Qərb Türkiyəni texniki inkişafdan geridə qoydu. Nəticədə Türkiyə Qərbin istehsal etdiyi texniki avadanlıqların, o cümlədən qırıcıların alıcısına çevrildi. Düşünün ki, Türkiyə F-16 qırıcısını almaq üçün 23 milyard dollar ödəyib. İndiyə qədər Türkiyə trilyon dollardan artıq silah-sursata vəsait ayırıb. Bu qədər kapital Türkiyənin hərbi sənayesinə qoyulsa idi, indi Türkiyə texnologiya sahəsində hansı zirvəyə yüksəlmişdi?..
O da birmənalıdır ki, sayın Tayyib Ərdoğan olmasa idi, Türkiyə KAAN, Bayraktar KIZILELMA, ANKA-3 və bu kimi silahları istehsal etməyi xəyalına belə gətirə bilməzdi.
Çünki Qərb buna imkan verməzdi. Ancaq AKP iqtidarının qətiyyəti Türkiyənin çağdaş texnologiyalara girişinin qarşısına Qərbin çəkdiyi Çin səddini yarıb keçməsinə səbəb oldu. Artıq Qərb bu prosesin qarşısını ala bilməz…
Türkiyənin də, bütövlükdə Türk dünyasının da xilası çağdaş texnologiyalara söykənən iqtisadiyyatın formalaşmasından keçir. Türkiyə bu istiqamətdə ciddi irəliləyişə nail olub və digər türk dövlətləri də Türkiyədə həyata keçirilən KAAN kimi layihələrə maliyyə dəstəyi verməlidir. Varlı ərəb ölkələrinin də bu kimi layihələrdə iştirakı İslam dünyasına böyük üstünlüklər qazandıra bilər. Bu barədə ciddi düşünmək lazımdır.
Elbəyi Həsənli, Sürix
Xəbərin oxunma sayı : 988
Analiz
Xəbərlər
-
20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?
-
Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi
-
Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?
-
Nərimanov rayonunda ağacları belə məhv edirlər – FOTOFAKT
-
Bakıda sevgilisindən “yox“ cavabı alan oğlan bıçağa əl atdı - TƏFƏRRÜAT
-
Emin Əmrullayevin qardaşına sərt ittiham var: “Dedi, al bu 100 mini, get və...“ (VİDEO)
-
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanılıblar - VİDEO
-
Yağış sakinləri evləri ilə birlikdə su altında qoydu - VİDEO
-
Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
-
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTOLAR
-
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
-
“Rusiya NATO-ya qarşı əməliyyata hazırdır“ - Polşa əks-kəşfiyyatı
-
İşə qəbul zamanı yaş vacibdir, yoxsa təcrübə? - VİDEO
-
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTO/VİDEO
-
Sumqayıt məktəbində 250 min manatlıq mənimsəmə – Cinayət işi açıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Bir neçə yaxın dostum spirtdən düzələn arağa görə həyatını itirib” - Deputat
-
Sabiq deputat Mehdiyevə yazdığı gizli məktubdan danışdı - “Off, dəhşət...“ + FOTO
-
Hoteldə ölən dostlarla bağlı yeni detallar - Hadisə bu hoteldə baş verib + FOTOLAR
-
“Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir” - Putin
-
Taksidən istifadə edənlərin sayı artır, yoxsa azalır? – Son 7 ilin məlumatları
-
“Bu gün gəlirlərimiz 35 milyard manat civarındadır” - Deputat
-
İlham Əliyevin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirilib - FOTO
-
Zelenskiyə qarşı sui-qəsd: Rusiya agentləri ifşa olundular - FOTO
-
“Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir” - Robert Fitso
-
Bakıda oteldə vəzifəli şəxslər zəhərləndi, 2 nəfər vəfat etdi - AÇIQLAMA/FOTO
-
"Makronun demaqogiyası boş və ikiüzlüdür"- Rusiya rəsmisi
-
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
-
“Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir” - İlham Əliyev
-
Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol - VİDEO
-
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
-
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - FOTO
-
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - VİDEO
-
Rektor özünə daha bir xidməti maşın alır - 110 min manata
-
“Xərclərin rəsmiləşdirilməsi prosesi düzgün aparılmır...“ - Vüqar Gülməmmədov
-
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalanıb - FOTO
-
Prezident İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü olub - FOTO
-
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
-
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
-
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
-
Qızıla yatırım etmək riskli hesab edilir - VİDEO
-
Milli Məclisin iclası başladı: 18 məsələyə baxılacaq
-
İsrail tankları Rəfaha daxil olub – KİV
-
Tərtərdə məktəblilər arasında dava: Ölən var
-
“Qazaxıstan ilk növbədə milli maraqların qorunmasına üstünlük verir” - Tokayev
-
Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO
-
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Sürücüləri narazıdırlar + VİDEO
-
Marsda həyat mövcud olub? - Alimlərdən yeni araşdırma
-
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO
-
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
-
Türkiyədə altıncı nəsil qırıcı təyyarə üzərində işlərə başlanılıb - FOTO
-
Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək? - AÇIQLAMA
-
Münasib qiymətə ev tapmaq niyə çətinləşib? - VİDEO
-
Rihanna yenə dəyişdi - FOTOLAR
-
Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
”Çin Ukraynaya dair sülh konfransını dəstəkləyəcək” - Si Cinpin
-
“İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik” - Ərdoğan
-
“Fransa Rusiya ilə müharibə aparmır” - Makron
-
Bakıda 17 min manata pişik satılır - VİDEO
-
Türkiyə ordusu Şimali İraqda 16 kürd yaraqlısını məhv etdi - VİDEO
-
Azərbaycanda məşhur hoteldə külli miqdarda yeyinti - FOTO
-
Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib, insult keçirib - Məhkəmə + FOTOLAR
-
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO
-
Qazaxıstan öz diplomatını BƏƏ-dən geri çağırdı - FOTO
-
Təsərrüfatlarına ziyan dəymiş fermerlərin NƏZƏRİNƏ
-
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
-
NATO generalından mühüm açıqlama: “Ukrayna Krımı geri ala bilməsə…”
-
Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır – Statistika
-
Sabiq deputatın Ramiz Mehdiyevə gizli məktubu yayıldı - Sensasiyalı adlar + TAM MƏTN
-
“Alt paltarı belə geyinməyib, səhər verilişinə çıxırlar” - Elza kimə replika atır?
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
-
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi
-
Bakıda külək güclənəcək, yağış intensivləşəcək – Xəbərdarlıq
-
Putin Paşinyanla görüşəcək - Bu tarixdə
-
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
-
“Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib” – İDDİA
-
Belarus XİN rəhbərindən bəyanat: “Ukrayna ilə bağlı danışıqlara hazırıq”
-
“Seçkilər COP-29-a görə erkən keçiriləcək” – Sabir Rüstəmxanlı
-
Azərbaycanda bu dərmanların hamısı satışdan yığışdırılıb - SƏBƏB
-
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
-
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
-
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
-
ABŞ səfiri paylaşım etdi: “Şuşada olduğum üçün xoşbəxtəm” - VİDEO
-
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü
-
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
-
Həbsdən çıxanlar dövlətdən 1380 manat ala bilər – Müavinət kimlərə verilir?
-
Nazirdən elektron reseptlə bağlı əhaliyə çağırış - VİDEO
-
Bu şadlıq evi 2 milyona satıldı: Sökülür - FOTO
-
Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edilib - FOTO
-
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
-
Rusiya XİN-dən ABŞ-yə nüvə hədəsi: “Dəfələrlə xəbərdarlıq edilib”
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA/VİDEO
-
ABŞ səfiri xanımı ilə Şuşada - Fotolar
-
Noyemberyan mövqeyində bayrağımız dalğalanır - Bu ərazilər nəzarətimizə keçdi
-
Prezident təsdiqlədi - Daha bir ölkəyə vizasız gedə biləcəyik
-
İsrail ordusu Rəfahdan sakinləri təxliyə edir: Hücum başlayacaq?
-
Maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
-
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
-
Rusiyanın ən varlı 26 milyarderi son bir gündə 5 milyard dollar qazanıb – “Bloomberg”
-
Avropada işləməyin asan olduğu ölkələr - TOP 10
-
“17 yaşlı qız ilə 37 yaşlı kişi könüllü razılaşma yolu ilə nişanlanıb” – DİN
-
Ukrayna Belqoroda dronla zərbə endirib:6 ölü,35 yaralı var
-
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
-
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
-
Parklardakı attraksionlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
-
Masazırda obyekt sahibi ağacları “soyqırımına” məruz qoyub - VİDEO
-
“Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər“ - ABŞ institutu
-
Bəzi yerlərə leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədi? - VİDEO
-
İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər tutuldular - FOTO
-
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - ARAŞDIRMA
-
Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - FOTO/VİDEO
-
Günəşdə güclü partlayışlar baş verib: Maqnit qasırğası təhlükəsi var
-
Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
-
“Bu insanlar Gestapo administrasiyasını idarə edirlər” - Tramp
-
Türkiyə qaz anbarlarının tutumunu ikiqat artırır - SƏBƏB
TOP 10
ARXİV