|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Azərbaycan Mili Məclisi Korsika ilə bağlı toplanmalıdır - Fransa və Almaniyanın “artsaxlar“ı barədə ARAŞDIRMA
Tarix 06.02.24, 12:39 |
|
Avropa İttifaqının daxilində ciddi proseslər gedir. Belə ki, Avroskeptisizm və ya Aİ-skeptisizm kimi də tanınan siyasi tənqidləri ehtiva edən siyasi hərəkat getdikcə güclənir.
Bu tendensiyanın bariz nümunəsi Böyük Britaniyadır. 2009-cu ildə keçirilən sorğular göstərdi ki, Böyük Britaniya Avropa İttifaqında olmaqdan qətiyyən məmnun deyil. Litva və Macarıstan da bu sırada yer alırdı. 2016-cı ildə isə Böyük Britaniyada "Brexit" keçirildi. Xalq Avropa İttifaqına rəsmən "yox” dedi. 2020-ci ilin yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqını tərk etdi. Yunanıstan, Fransa və İspaniya, Polşa kimi ölkələrdə də xalqın Avropa İttifaqına xüsusi simpatiyası yoxdur.
O da bəllidir ki, Aİ-də Rusiya-Ukrayna müharibəsinə fərqli münasibət var. Bu kimi fundamental məsələlərdə AI sabit mövqedən çıxış edə bilmir.
Aİ-nin əsas problemlərindən biri də etnik separatizmdir. Aİ ərazisində 260-dan çox separatçı hərəkat var. Bu hərəkatlardan ən güclülərini təxminən belə sıralamaq olar: Şotland, İrland, Bask, Kataloniya, Korsika, Flamand...
Avropa İttifaqı və bu ittifaqa daxil olan ölkələr separatizmdən son dərəcə ehtiyat edirlər. Onu da deyim ki, Avropada separatizmdən əziyyət çəkməyən ölkə demək olar ki, yoxdur. 20 ildir ki, yaşadığım İsveçrə dünyanın ən zəngin ölkəsidir. Yaşam standartları son dərəcə yüksək səviyyədədir. Hətta belə bir ölkədə 3 separatçı hərəkat var...
Heç də təsadüfi deyil ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Avropada separatizmin nə qədər təhlükəli olduğunu dilə gətirərkən belə demişdi: "Separatizm Avropada domino effekti verə bilər”. Yəni hər hansı bir Avropa ölkəsində separatizmin qələbəsi digər separatçı hərəkatların fəaliyyətinə yeni impuls ötürəcək. Bu da Avropa İttifaqının dağılmasına, bir çox ölkələrin isə parçalanmasına gətirib çıxaracaq...
Maraqlıdır ki, Aİ öz ərazisində birmənalı olaraq separatizmə qarşıdır. Ancaq elə həmin Aİ dünyanın digər guşələrində, məsələn, Türkiyə və Azərbaycanda separatizmə müxtəlif bəhanələrlə dəstək verirlər. Elə həmin Aİ Rusiya-Ukrayna savaşında Ukraynanın yanındadır. Rusiya-Ukrayna müharibəsi də separatizmlə birbaşa bağlıdır. Yəni Aİ separatizmə qarşı çıxdığına görə Ukraynaya bütün parametrlər üzrə yardım edir.
Gördüyünüz kimi, Aİ onun özünü belə təhdid edən separatizmə qarşı ikili mövqe nümayiş etdirir. Türk-müsəlman ölkələrində separatizmə yaşıl işıq yandırır...
Bu mövzu son dərəcə geniş olduğuna görə biz konkret olaraq Fransa və Almaniyada mövcud olan separatçı hərəkatlara diqqət edəcəyik. Sirr deyil ki, bu ölkələr də erməni separatizminə arxa-dayaq olmaq üçün min oyundan çıxırlar. Müxtəlif bəhanələr uydururlar.
Elə Fransadan başlayaq. Bu ölkə Avropadakı heç bir separatçı hərəkatı müdafiə etmir. Yalnız bir dəfə Kanadanın 13 əyalətindən biri olan Kvebekdə belə bir hal müşahidə olunub. Kvebek ərazi baxımından Kanadanın ən böyük (15.4 faizi) əyalətidir və yalnız orada fransız lisanı rəsmi dildir. Kanadada 41 milyona yaxın insan yaşayır, onun 9 milyonu Kvebekin payına düşür.
Fransanın 18-ci prezidenti Şarl de Qoll (1959-1969) 1967-ci ilin iyulunda Kanadanın Montreal şəhərindəki geniş meydanda böyük bir kütlənin qarşısında ekstaza gələrək belə dedi: "Vive le Québec libre! Vive le Canada français! Et vive la France!" (Yaşasın azad Kvebek. Yaşasın fransız Kanadası və yaşasın Fransa!)
Bu çıxış Anqlosaksları hərəkətə gətirdi. Fransanın etnik azlıqları gündəmə gəldi. Xüsusən Bretan— Breton məsələsi qabardıldı. Keçmişdə müstəqil krallıq və hersoqluq olan bölgə hazırda Fransanın bir hissəsidir.
Bretan bölgəsi şimalda La-Manş boğazı və cənubda Biskay körfəzi ilə əhatə olunmuş Fransanın şimal bölgəsindəki böyük bir yarımadadır. Bölgədə 5 milyondan çox insan yaşayır. Adından da göründüyü kimi, bretonlar etnik baxımdan ingilislərə daha yaxındırlar.
Bu məsələdən dolayı ABŞ, Böyük Britaniya və Kanadanın Fransanın üzərinə yeriməsi rəsmi Parisi çıxılmaz vəziyyətə saldı. O hadisədən sonra Fransa Kvebek kəlməsini belə dilinə gətirmədi...
Kiçik bir haşiyə çıxaraq deyim ki, Şarl de Qoll bir zamanlar Bakıda olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operasına da tamaşa edib. O, II Dünya Müharibəsi zamanı birgə döyüşdüyü Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Əhmədiyyə Cəbrayılovun dostu olub...
Fransada 12-dən çox separatçı hərəkat var. Bu hərəkatların bəzisi Fransadan müstəqillik almaq, digərləri isə muxtar əraziyə çevrilmək istəyirlər. Son vaxtlarda Fransadakı separatçı bölgələrin ön sırasında Korsikanı görmək olar. Korsika adası Genuya Respublikası (İtaliyanın Genuya şəhərində mövcud olmuş şəhər-dövlət) tərəfindən (1284-1729) idarə olunub. Korsikalılar 26 il Genuyaya qarşı vuruşub və müstəqillik əldə edib. Korsika 1755-1769-cu illərdə müstəqil dövlət olub. 1769-cu ilin mayında Korsika adasını fransızlar işğal edib. Elə o vaxtdan indiyə qədər bu işğal davam edir.
Dünyada ən məşhur korsikalı kimdir, sualının cavabı birmənalıdır: Fransa imperatoru Napoleon Bonapart ( 1799-1815). Ən maraqlısı odur ki, uşaqlıq və gənclik çağlarında Napoleon Korsikanın azadlığı uğrunda mübarizə aparıb. Korsikanın azadlığı ilə bağlı kitablar yazıb. Napoleon 1769-cu ilin avqustunda doğulub, yəni adanın işğalından bir neçə ay sonra. 10 yaşında adanı tərk edərək Fransanın müxtəlif yerlərində təhsil alıb. 20 yaşında o, Korsika haqqında belə yazmışdı: "Korsikanın tarixi azadlıqda yaşamaq istəyən kiçik bir xalqla ona hakim olmaq istəyən qonşuları arasında əbədi mübarizədən başqa bir şey deyil".
Napoleon Bonapart Fransanın əfsanəvi imperatoru oldu. Ancaq hətta o da Korsikanı Fransa işğalından azad edə bilmədi...
Korsika xalqı indi də azadlıq uğrunda mübarizəsini davam etdirir. Bu məğrur xalqın bir neçə siyasi partiyası və hərbiləşmiş qrupları var. Onların ən məşhuru FLNC kimi tanınan "The National Liberation Front of Corsica”dır. Bu təşkilat 1974-cü ildən fəaliyyətdədir, əsasən silahlı mübarizə aparır. "A Conculta Naziunalista ” təşkilatı FLNC-nin siyasi qanadıdır.
Korsika müqavimət hərəkatında ən önəmli hadisələrdən bir Claude Jean Pierre Érignac-ın (1937-1998) adı ilə bağlıdır. Belə ki, o, Fransanın Korsika adasındakı əsas nümayəndəsi olub. Claude Érignac 1998-ci ilin fevralında 2 silahlı şəxs tərəfdən hücuma məruz qalıb və öldürülüb. 1997-ci ildə separatçılar Fransanın jandarm mərkəzinə hücum etmişdi. Qətl zamanı istifadə olunan silahlar o vaxt ələ keçirilmişdi.
Bu hadisə niyə önəmlidir? Çünki bu qətli törədənlərdən bir Yvan Colonna idi. 5 il sonra o, həbs olundu. 2011-ci ildə isə o, başqa bir qətlə görə də məsuliyyətə cəlb edildi və ömürlük həbs cəzası aldı.
2 mart 2022-ci ildə Colonna həbsxanada 36 yaşlı kamerunlu islamçı məhbus Frank Elonq Abe tərəfindən "Məhəmmədə hörmətsizlik etdiyi" üçün hücuma məruz qalıb. Buna cavab olaraq Korsika boyunca şiddətli iğtişaşlar baş verdi. Üç həftə xəstəxanada komada qaldıqdan sonra Colonna 21 mart 2022-ci ildə 61 yaşında aldığı yaralardan vəfat etdi. Bu olay Korsikanı yenidən ayağa qaldırdı.
Ajaccio şəhərindəki məhkəmə binası böyük bir izdiham tərəfindən hücuma məruz qaldı və binanı yandırmağa cəhd göstərdilər. Jandarmlara daş və Molotov kokteyli (kustar üsullarla şüşə butulkada yerləşdirilmiş yanar partlayıcı) tolazlandı. Bastia və Kalvidə iğtişaşçılar polisə evdə hazırlanmış bombalarla, polis isə onlara gözyaşardıcı qazla cavab verdi. Prokurorluq bəyan etdi ki, iğtişaşlarda 77-si polis olmaqla 102 nəfər yaralanıb. Aprel ayında Canale-di-Verde, Ghisonaccia, Pianottoli-Caldarello və Konkada bir sıra villalar yandırıldı. FLNC bəyanatında bildirdi ki, qrup etirazı dəstəkləyir.
2019-cu ilin martında prezident Emmanuel Makronun 4 apreldə Korsikaya səfərindən əvvəl iki villa bombalandı. Emmanuel Makronun gəlişindən cəmi üç gün əvvəl isə Bastiadakı hökumət binalarının qarşısında iki əldəqayırma partlayıcı qurğu tapıldı.
Fransa unitar ölkədir. Separatizmə qarşı radikal mövqe nümayiş etdirir. Ancaq ilk dəfə olaraq Emmanuel Makron Farnasanın Korsikaya muxtariyyət verə biləcəyini dilə gətirdi.
Nədənsə Qarabağda baş verən hadisələri xalqların öz müqəddəratını təyinetmə hüququ ilə əlaqələndirən Fransa Korsikada baş verənləri "separatizm”in təzahürü kimi qiymətləndirir.
Fransa 355 min əhalisi olan Korsikada baş verən etiraz aksiyalarına belə sərt və kəskin reaksiya verir. Ancaq həmin Fransanın Senatı qondarma Korsika əhalisindən ən azı 3 dəfə az olan "Arsax”ın müstəqilliyini tanımağa çağıran qətnamə qəbul edir. "Arsax”ı müstəqil görmək istəyən Fransa senatı Korsikaya muxtariyyət hüquqi belə vermək istəmir.
Fransa senatının "Arsax”ın müstəqilliyi ilə bağlı qətnaməsinə cavab olaraq Azərbaycan Respublikasının Milli Məclisi də Korsika ilə bağlı ən azı müzakirələr aparmalıydı. Əgər vaxtında belə etsəydik Fransanın siyasi elitası Azərbaycanın daxili işlərinə bir daha burnunu soxmazdı. Əslində heç indi də gec deyil.
Bir şeyi də deyim ki, korsikalılar Fransadan daha çox İtaliyaya yaxındırlar. İtaliya Korsikanı öz torpağı hesab edir. II Dünya Müharibəsi zamanı Fransa yaman günə qalmışdı. Korsika da yaddan çıxmışdı. İtaliya bundan istifadə etdi. 1942-43-cü illərdə Korsika adası İtaliyanın idarəçiliyi altında olub...
Bəs, Almaniyada separatizmlə bağlı vəziyyət necədir? Əhalisinə görə Avropanın ən böyük dövləti olan Almaniyada 5 separatçı hərəkat var: Bavariya, Saksoniya, Lusatia, Şərqi Frisia və Franconia. Bu hərəkatlar arasında Almaniya üçün ən təhlükəlisi Bavariyadır. Bavariya ərazisinə görə ölkənin ən böyük vilayətidir. 13.5 milyon əhalisi var. Adambaşına düşən Ümumi Daxili Məhsulun həcminə görə (54 min avro), bütövlükdə isə 720 milyard avroluq göstərici ilə Almaniyada öndə gedir. Almaniyanın ən çox inkişaf etmiş bölgəsi də Bavariyadır.
Napoleon Müqəddəs Roma İmperiyasını ləğv etdikdən sonra Bavariya 1806-cı ildə krallığa çevrildi. 1871-ci ildə Almaniya imperiyası yarandı. Otto von Bismarkın təkidi ilə Bavariya yeni qurulan Alman İmperiyasının bir hissəsinə çevrildi. Avstriya kimi Almaniyanın qalan hissəsindən müstəqilliyini qorumaq istəyən Bavariya əhalisi bu birləşmədən narazı qaldı.
Bu işdə dini məqam da var. Belə ki, Bavariya əhalisinin əksəriyyəti katolikdir. Prussiyada isə protestantlar daha çoxdur. Almaniya imperiyasında Prussiya dominant mövqelərə sahib idi. Katoliklər isə protestantlar tərəfindən idarə olunmaq istəmirdilər. Bavariya-Prussiya çəkişməsinin birbaşa nəticəsi olaraq Bavariyanın müstəqilliyini bərpa etmək uğrunda mübarizə başladı...
Siyasi proseslər o istiqamətdə getdi ki, kommunistlər inqilab edib 1919-cu ilin aprelin 6-da Bavariyada Sovet Respublikasını elan etdilər. 1 aydan bir qədər çox çəkən kommunist idarəsi tezliklə aradan qaldırıldı.
Bavariyalılar özlərini əvvəlcə "bavariyalı", sonra isə "alman" hesab edirdilər. Bavariya separtçıları indi də Bavariyanı katolik və müstəqil dövlət olaraq bərpa etmək istəyirlər. Almaniya başa düşməlidir ki, separatizmi müdafiə etmək axırda Fransa kimi ona da çox baha başa gələ bilər. Yəni cənab Cozep Borrelin dediyi "domino effekti” Almaniyanı da nə vaxtsa vurar...
Əslində bir dəfə vurmuşdu da. Belə ki, Almaniyanın separatizmi dəstəkləməsi əvvəl də olub. Bu dəstəyin müqabilində isə böyük hədəflərə çatmaq istəyib. Belə ki, 1917-ci ilin yanvarında Almaniya Xarici İşlər Nazirliyi tərəfindən göndərilən teleqramda Almaniya imperiyası ilə Meksika arasında hərbi ittifaq təklif edilirdi. Almaniyanın köməyi ilə Meksika ABŞ-a məxsus olan Texas, Arizona və Nyu-Meksiko ştatlarını ələ keçirəcəkdi. Həmin ərazilər bir vaxt Meksikanın olmuşdu və orada separatizm meylləri güclü idi. Bundan xəbərdar olan Almaniya Meksikadan ABŞ-a qarşı istifadə etmək üçün belə bir gediş etdi. Tarixə "Zimmermanın teleqramı” kimi keçən həmin sənəd Britaniya kəşfiyyatı tərəfindən ələ keçirildi.
Elə həmin ilin martın 3-də Almaniyanın Xarici İşlər üzrə Dövlət katibi Artur Zimmerman teleqramın həqiqi olduğunu açıq şəkildə etiraf etdi. Bu, 1917-ci ilin aprelində ABŞ-nin Almaniyaya müharibə elan etməsinə səbəb oldu. Sonrası da məlumdur. Almaniya biabırçı məğlubiyyətə uğradı. Almaniya bir dəfə separatizm adlı odla oynadı və fəlakətin dibinə yuvarlandı. Tarixdən dərs götürmək daha yaxşı olmazmı?..
Ümumiyyətlə Avropa ölkələri, bütövlükdə Qərb Azərbaycanın daxil işlərinə müdaxilə etməməlidir. Ancaq Qərbdə belə düşünürlər ki, onların belə bir haqqı var. Onlara bu haqqı kim verib? Bəlli deyil. Bu, mahiyyətdə imperialist düşüncədən doğan yanaşmadır. Məsələn, Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun Azərbaycana səfəri baş tutmadı. Niyə? Çünki yerli parlamentdə anti-Azərbaycan xarakterli çıxış etmişdi.
Bütün bunlar azmış kimi, Bakıya gəlib Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək istəyirmiş. Belə tərbiyəsiz davranışlara Azərbaycan tərəfi qətiyyən yol verə bilməz.
Şübhəsiz ki, Azərbaycan digər ölkələrlə, xüsusən Qərblə xoş münasibətlər qurmalıdır. Ancaq bu münasibətlər qarşılıqlı maraqlara söykənməlidir. Azərbaycana yuxarıdan aşağı baxanlara öz yerini göstərmək lazımdır. Belə zərurət yarandığı təqdirdə isə qətiyyən tərəddüd etmək olmaz...
Elbəyi Həsənli, Sürix
Xəbərin oxunma sayı : 904
Analiz
Xəbərlər
-
Bizim energetika sahəsində çox böyük planlarımız var - Prezident
-
Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var
-
Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü?
-
“Bu, iki xalq üçün çox uğurlu bir görüşdür” - İbrahim Rəisi
-
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi
-
İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir - İlham Əliyev
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi - FOTOLAR
-
Hava ilə bağlı xəbərdarlıq - Leysan, şimşək, dolu...
-
Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi - FOTOLAR
-
Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü - FOTO
-
Gəncədə musiqi məktəbi niyə boşaldılıb? – Nazirlikdən açıqlama
-
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
-
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
-
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...
-
Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər - SƏBƏB
-
Aygün Kazımovanı bir də belə görün - Fotolar
-
Çempionlar Liqasının 14 rekordçusu - SİYAHI
-
Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO
-
“Hər il 10 minə yaxın tələbə diplom ala bilmir“ - VİDEO
-
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?
-
“Ukrayna ABŞ-dən Rusiyadakı hərbi obyektləri vurmaq üçün icazə alıb” – WSJ
-
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
-
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
-
Rəşad Nəbiyev Şəki şəhərində vətəndaşları qəbul edib - FOTO
-
Səudiyyə Ərəbistanında uzun illər sonra bir ilk - FOTO
-
“Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də biznesdir” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
-
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi - FOTO
-
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək? - ARAŞIDRMA
-
Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var - Taleh Kazımov
-
Zurabişvili “xarici agentlər“ haqqında qanuna VETO QOYDU
-
Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - VİDEO
-
“Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir“ - Lavrov
-
Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı - Nazir əmr imzaladı
-
Zəngilan məscidindən görüntülər - VİDEO
-
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - FOTO
-
“Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir“ - Lavrov
-
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - FOTO
-
“Bu ölkəni bu cür axmaqlar idarə edir” - Tramp
-
Qarabağ Universitetinin bukleti hazırlanıb - Fotolar
-
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib - Başqanın müavinləri məlum oldu
-
Yeni kənd və qəsəbələrin təməli qoyuldu, məscidin açılışı oldu - FOTOLAR
-
Şahdağa qar yağıb, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Ramiz Tahirovun yerinə təyin olunan general-mayor kimdir? - DOSYE
-
Buna cəhd edənlər əzilməlidir - Baxçalıdan sərt mesaj
-
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak etdi - FOTOlAR
-
Yağış yağacaq, dolu düşəcək – Sabahın havası
-
Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi (FOTO)
-
Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə üzvü həbs olunub - 2 üzv axtarışdadır
-
“Niva“nı yüksək sürətlə sürdü, başçı müavininin avtomobilini vurdu - Məhkəmə qərarı
-
“Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq“ - Türkiyə XİN
-
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır - Sənədlər təqdim olunacaq
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - 22 nəfər həbs olunub
-
Həbsdəki generalın üzərindən ölüm ittihamı götürüldü – “Məni də ona görə qurbanlıq seçdilər...”
-
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub - FOTOLAR
-
Bu kartof çox təhlükəlidir - Xəbərdarlıq
-
General yüksək vəzifəyə təyin edildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
-
“Attestatla universitetlərə qəbul hələ gözlənilmir“ - Məleykə Abbaszadə
-
Yeni Kaledoniyada vəziyyət ağırlaşıb: “Fransa adada əlcəzairsayağı sülh istəyir“
-
“Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir“ - Baş Qərargah rəisi
-
“Ukrayna Rusiyanın neft emalı potensialının 14%-ni sıradan çıxarıb”– “Bloomberg”
-
Bəzi ərazilərinə qar yağıb, 7 dərəcə şaxta olub - FAKTİKİ HAVA
-
Qaradağda qanunsuz tikintilərin qarşısı alınıb - FOTO/VİDEO
-
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb - FOTO
-
Tayvan parlamentində kütləvi dava: Hakim partiyanın üzvü bülletenləri götürərək qaçdı - VİDEO
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır - VİDEO
-
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO
-
Roza Zərgərli həmkarının onun içkisinə nəsə qatdığını iddia edir - VİDEO
-
Güney Azərbaycanda “Ana dilində danışaq” aksiyasına başlanılıb - VİDEO
-
Tarixin ən güclü “Bentley” modeli nümayiş etdirilib - FOTO
-
NATO-nun yeni hərbi bazası açıldı - Polşada
-
DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi etdi - FOTO
-
Demet Akalından Hande Erçelə - “Qız çöküb“
-
“Traktor“un səhmləri satışa çıxarılır - Qərar verildi
-
Yeni Kaledoniyada işğalçılara qarşı etirazlar davam edir - 163 nəfər saxlanıldı
-
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
-
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
-
Prezidentlər üçün naharda bu menyu hazırlandı - FOTO
-
Hikmət Hacıyev ABŞ prezidentinin müşaviri ilə görüşüb - FOTO
-
Rayonlara qar yağdı, dolu düşdü - FAKTİKİ HAVA
-
Azərbaycanda məktəb binası boşaldılır - Fəaliyyəti dayandırılacaq?
-
“Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq“ - Pentaqon
-
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu – FOTOLAR
-
“Necə geyinirəm, şəxsi işimdir” - Roza Zərgərli hirsləndi
-
Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti artıb - 120 milyon funt sterlinq
-
“Anadolu ankası- 2024“ beynəlxalq təlimləri başa çatıb - VİDEO
-
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
-
Sənədsiz evlərə “kupça“ veriləcək - Detallar
-
Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə “stop“ qoyuldu
-
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü
-
Deputatlar toplanır: Gündəlikdə 11 məsələ var (SİYAHI)
-
Şengen vizasına ən çox bu ölkələrdən müraciət edilib - SİYAHI
-
Belarus Prezidenti Füzuli rayonuna səfər edib - FOTOLAR
-
Həbs edilən generalın cəzası 9 ildən 6 ilə endirildi - “TƏRTƏR İŞİ”
-
“Gürcüstanda siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir“ - Zurabişvili
-
“MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər“ - Dövlət Xidməti
-
Türkiyə NATO ölkəsinə “Bayraktar“ PUA-ları satıb - İlk dəfə
-
Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi - FOTO
-
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
-
Azərbaycanda abortların statistikası açıqlandı - 15-17 yaş üzrə 68 fakt...
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnə açıqlandı
-
Prezidentlər Cıdır düzündə - FOTOLAR
-
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
-
Cavanşir körpüsü sökülür - Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
-
Avropada mühacirətdə olmuş şəxs Bakıda həbs edildi - Mühacir alverində ittiham olunub
-
“Xarkovu ələ keçirməyi planlaşdırmırıq” - Putin
-
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
-
Onlar artıq məcbur köçkün sayılmır - "Çörəkpulu" kəsildi
-
Köhnə taksilərə blok qoyulub - Minimal gedişhaqqı 4.5 manat olacaq
-
TV-də növbəti ağız davası: “Pullu əmim yoxdur deyə...”
-
Fransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr
-
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTOLAR
-
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Türkiyənin 77 vilayətində əməliyyat: 2 mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
-
Prezidentlər Şuşa şəhərinə səfər edib - FOTO
-
“Fransa tərəfi üzr istəməlidir“ - Azərbaycan XİN
TOP 10
ARXİV