|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Ermənistan ordusunda “dedovşina”, rüşvət, oğurluq: Siyasi hakimiyyət çıxılmaz vəziyyətdə - TƏHLİL
Tarix 17.02.24, 22:52 |
|
Ermənistan ordusunda son dövrlər intihar və əsgərlər arasında bir-birini qətlə yetirmə halları kəskin şəkildə artıb. Müharibədən sonra məhv olmuş ordunu bərpa etmək baş nazir Nikol Paşinyan üçün başağrısına çevrilib. Paralel olaraq yaşanan problemlər orduda böhran vəziyyətinin kəskinləşdiyini ortaya çıxarır. “Dedovşina”, rüşvət, yeyinti halları, oğurluğun tüğyan etdiyi silahlı qüvvələr siyasi hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Bu isə erməni dövlətinin hələ uzun müddət normal orduya sahib olmayacağından xəbər verir.
Mövzu barədə “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:
Səfərbərliklə bağlı çağırışçı problemi
Son doqquz ildə Ermənistanda çağırışçı sayında 44 faiz azalma müşahidə edilib. Bu, ölkəni tərk etmə, hərbi xidmətdən yayınma, kütləvi rüşvət halları, demoqrafik problem və sosial-iqtisadi sahədəki çatışmazlıqlar fonunda baş verir.
Paşinyan hökuməti orduda şəxsi heyətin sayını artırmaq üçün hərbi xidmətə çağırış yaşının yuxarı həddinin artırılmasını təklif edib. Layihəyə görə, çağırışçı yaşı 18-40 arasında dəyişməlidir. Yaş həddinin artırılması isə xidmətdən yayınaraq digər ölkələrdə vaxt keçirən erməni kişilərinin ölkəyə qayıdışını daha da əngəlləyib.
Qərbin vəd etdiyi yararsız sursat
Bununla belə, şəxsi heyətin sayını artırmaq heç də problemi həll etmək anlamına gəlmir. Çünki ordunun döyüş hazırlığı üçün müasir texnologiya, silah və sistemlər lazımdır. Müharibədə ciddi hərbi-texniki itkilərə məruz qalan Ermənistanın itirdiyini yeniləməyə nə büdcəsi, nə də gücü çatır. Qərbin vəd etdiyi texnika və silahlar isə ciddi arsenal üçün işə yaramır. Bütün silah alqı-satqıları, müqavilələr şoudan başqa bir şey deyil.
Xəstələri əsgər aparmaq
Artıq erməni siyasi elitası ordunun şəxsi heyətinin sayını artırmaq üçün yeni üsula əl atıb. Məlum olub ki, ciddi xəstəliyi və fiziki məhdudiyyəti olan şəxslər belə, ordu sıralarına cəlb edilirlər. Çağırışçının şəxsi vəsaiti hesabına həkimlərdən keçmək üçün maddi imkanı olmayanda səhhətində yaranan problemlər aşkar edilməmiş qalır. Hətta şəxsi vəsaiti hesabına müayinədən keçmək üçün tibb müəssisəsinə müraciət edən çağırışçılar da problemlərlə qarşılaşırlar. Həkimlər müxtəlif bəhanələrlə müayinədən imtina edirlər. Bunun səbəbi isə “yuxarılar”dan alınan təlimatdır. Artıq çağırışçıların ətraflı və tam müayinədən keçmədən hərbi xidmətə aparılması barədə faktlar kütləviləşməyə başlayıb.
Qeyri-döyüş şəraitində artan ölüm halları
Son dörd il ərzində Ermənistan ordusunda ölüm hallarında da ciddi artım müşahidə edilib. Məsələn, 2019-cu ildə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 49 idisə, 2022-ci ildə bu rəqəm 64-ə çatıb. Eyni neqativ tendensiya özünə zərərvermə, intiharla bağlı da müşahidə olunur. 2020-ci ildə belə halların sayı 65 idisə, 2022-ci ildə bu say 108-ə çatıb.
Erməni hərbçilərinin ölümü ilə bağlı əsas problem kriminala meyllilik, “dedovşina”, dözülməz xidmət şəraiti, ağır mənəvi-psixoloji atmosferdir. Müdafiə Nazirliyi isə problemi həll etmək əvəzinə nəticələr ilə “boğuşur”. Məsələn, hərbi hissədəki ağır şərait, aclıq, zabit heyətinin xoş olmayan münasibəti ilə razılaşmayanları fərarilikdə ittiham etmək adi hal alıb. Bu faktla üzləşən əsgər isə çıxış yolunu əksər hallarda intiharda görür.
Ordu zabit çatışmazlığından da əziyyət çəkir
Son illər ərzində erməni ordusu kadr və zabit çatışmazlığından da əziyyət çəkir. Tibbi təchizat, qidalanma, lazım olan avadanlığın olmaması da mənəvi-psixoloji faktoru təşkil edir. Az maaşla dolanan zabit heyəti tez-tez dövlət əmlakını talayıb satır, əsgər heyətindən rüşvət yığır. Eyni zamanda sərxoşluğa meylli zabitlərin sayında da kəskin artım müşahidə edilir.
Bu gün erməni ordusunda “dedovşina”nın, demək olar ki, qanuni hal alması, hərbi hissələrin kriminal elementlər tərəfindən idarə edilməsi ən böyük narazılıq yaradan faktordur. Əsgər ölümləri ilə bağlı zabitləri cəzalandıran, faktları araşdıran, bunu tələb edən heç kəs yoxdur.
“HƏMAS”a ötürülən silahlar
Bu yaxınlarda erməni ordusu ilə bağlı daha bir qalmaqal üzə çıxıb. Məlum olub ki, müharibədən sonra “Kalaşnikov” markalı 17 min avtomat itib. Ermənistanın daxili işlər naziri Vahe Kazaryan bildirib ki, hazırda bu sayda silah anbarlarda əksik gəlir.
Ümumi Ermənistan ordusunun 65 min nəfərlik heyətdən ibarət olduğunu nəzərə alsaq, 3 piyada briqadasından da çox əsgərin silahının yoxa çıxdığı məlum olur. Bu, 1400 qutunun 10 iri yük maşınında aradan çıxarılması deməkdir. Erməni siyasətçilər silahların müharibədən sonra itdiyini, Azərbaycan tərəfindən qənimət kimi götürüldüyünü desələr də, rəsmi Bakının hesabatlarında belə bir rəqəm və fakt gözə dəymir.
Artıq politoloqlar və bəzi müxalifət deputatları, xüsusən də Larisa Alaverdyan bəyan edib ki, sözügedən silahlar İran vasitəsilə “HƏMAS” qruplaşmasına ötürülüb. Rəsmi Tehranın sözügedən qruplaşmanı daim silahlandırdığını nəzərə alsaq, bu fakt real görünür.
Bu faktlardan da məlum olur ki, erməni ordusundakı ciddi problemlər hələ uzun müddət qalacaq. Ermənistanın siyasi elitası isə hərbi islahatları sadəcə imitasiya edir. Büdcədən orduya və silahlı qüvvələrə yox, daha çox polis və patrul xidmətinə ciddi vəsait ayrılır. Bu isə Paşinyan hakimiyyətini daxili təhdidlərdən qorumağa hesablanıb. Çünki hökumətə polisi repressiya aparatı kimi gücləndirmək və sıralarını genişləndirmək daha vacibdir.
Xəbərin oxunma sayı : 988
Analiz
Xəbərlər
-
Bizim energetika sahəsində çox böyük planlarımız var - Prezident
-
Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var
-
Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü?
-
“Bu, iki xalq üçün çox uğurlu bir görüşdür” - İbrahim Rəisi
-
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi
-
İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir - İlham Əliyev
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi - FOTOLAR
-
Hava ilə bağlı xəbərdarlıq - Leysan, şimşək, dolu...
-
Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi - FOTOLAR
-
Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü - FOTO
-
Gəncədə musiqi məktəbi niyə boşaldılıb? – Nazirlikdən açıqlama
-
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
-
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
-
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...
-
Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər - SƏBƏB
-
Aygün Kazımovanı bir də belə görün - Fotolar
-
Çempionlar Liqasının 14 rekordçusu - SİYAHI
-
Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO
-
“Hər il 10 minə yaxın tələbə diplom ala bilmir“ - VİDEO
-
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?
-
“Ukrayna ABŞ-dən Rusiyadakı hərbi obyektləri vurmaq üçün icazə alıb” – WSJ
-
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
-
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
-
Rəşad Nəbiyev Şəki şəhərində vətəndaşları qəbul edib - FOTO
-
Səudiyyə Ərəbistanında uzun illər sonra bir ilk - FOTO
-
“Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də biznesdir” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
-
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi - FOTO
-
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək? - ARAŞIDRMA
-
Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var - Taleh Kazımov
-
Zurabişvili “xarici agentlər“ haqqında qanuna VETO QOYDU
-
Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - VİDEO
-
“Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir“ - Lavrov
-
Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı - Nazir əmr imzaladı
-
Zəngilan məscidindən görüntülər - VİDEO
-
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - FOTO
-
“Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir“ - Lavrov
-
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - FOTO
-
“Bu ölkəni bu cür axmaqlar idarə edir” - Tramp
-
Qarabağ Universitetinin bukleti hazırlanıb - Fotolar
-
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib - Başqanın müavinləri məlum oldu
-
Yeni kənd və qəsəbələrin təməli qoyuldu, məscidin açılışı oldu - FOTOLAR
-
Şahdağa qar yağıb, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Ramiz Tahirovun yerinə təyin olunan general-mayor kimdir? - DOSYE
-
Buna cəhd edənlər əzilməlidir - Baxçalıdan sərt mesaj
-
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak etdi - FOTOlAR
-
Yağış yağacaq, dolu düşəcək – Sabahın havası
-
Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi (FOTO)
-
Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə üzvü həbs olunub - 2 üzv axtarışdadır
-
“Niva“nı yüksək sürətlə sürdü, başçı müavininin avtomobilini vurdu - Məhkəmə qərarı
-
“Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq“ - Türkiyə XİN
-
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır - Sənədlər təqdim olunacaq
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - 22 nəfər həbs olunub
-
Həbsdəki generalın üzərindən ölüm ittihamı götürüldü – “Məni də ona görə qurbanlıq seçdilər...”
-
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub - FOTOLAR
-
Bu kartof çox təhlükəlidir - Xəbərdarlıq
-
General yüksək vəzifəyə təyin edildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
-
“Attestatla universitetlərə qəbul hələ gözlənilmir“ - Məleykə Abbaszadə
-
Yeni Kaledoniyada vəziyyət ağırlaşıb: “Fransa adada əlcəzairsayağı sülh istəyir“
-
“Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir“ - Baş Qərargah rəisi
-
“Ukrayna Rusiyanın neft emalı potensialının 14%-ni sıradan çıxarıb”– “Bloomberg”
-
Bəzi ərazilərinə qar yağıb, 7 dərəcə şaxta olub - FAKTİKİ HAVA
-
Qaradağda qanunsuz tikintilərin qarşısı alınıb - FOTO/VİDEO
-
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb - FOTO
-
Tayvan parlamentində kütləvi dava: Hakim partiyanın üzvü bülletenləri götürərək qaçdı - VİDEO
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır - VİDEO
-
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO
-
Roza Zərgərli həmkarının onun içkisinə nəsə qatdığını iddia edir - VİDEO
-
Güney Azərbaycanda “Ana dilində danışaq” aksiyasına başlanılıb - VİDEO
-
Tarixin ən güclü “Bentley” modeli nümayiş etdirilib - FOTO
-
NATO-nun yeni hərbi bazası açıldı - Polşada
-
DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi etdi - FOTO
-
Demet Akalından Hande Erçelə - “Qız çöküb“
-
“Traktor“un səhmləri satışa çıxarılır - Qərar verildi
-
Yeni Kaledoniyada işğalçılara qarşı etirazlar davam edir - 163 nəfər saxlanıldı
-
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
-
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
-
Prezidentlər üçün naharda bu menyu hazırlandı - FOTO
-
Hikmət Hacıyev ABŞ prezidentinin müşaviri ilə görüşüb - FOTO
-
Rayonlara qar yağdı, dolu düşdü - FAKTİKİ HAVA
-
Azərbaycanda məktəb binası boşaldılır - Fəaliyyəti dayandırılacaq?
-
“Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq“ - Pentaqon
-
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu – FOTOLAR
-
“Necə geyinirəm, şəxsi işimdir” - Roza Zərgərli hirsləndi
-
Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti artıb - 120 milyon funt sterlinq
-
“Anadolu ankası- 2024“ beynəlxalq təlimləri başa çatıb - VİDEO
-
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
-
Sənədsiz evlərə “kupça“ veriləcək - Detallar
-
Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə “stop“ qoyuldu
-
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü
-
Deputatlar toplanır: Gündəlikdə 11 məsələ var (SİYAHI)
-
Şengen vizasına ən çox bu ölkələrdən müraciət edilib - SİYAHI
-
Belarus Prezidenti Füzuli rayonuna səfər edib - FOTOLAR
-
Həbs edilən generalın cəzası 9 ildən 6 ilə endirildi - “TƏRTƏR İŞİ”
-
“Gürcüstanda siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir“ - Zurabişvili
-
“MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər“ - Dövlət Xidməti
-
Türkiyə NATO ölkəsinə “Bayraktar“ PUA-ları satıb - İlk dəfə
-
Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi - FOTO
-
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
-
Azərbaycanda abortların statistikası açıqlandı - 15-17 yaş üzrə 68 fakt...
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnə açıqlandı
-
Prezidentlər Cıdır düzündə - FOTOLAR
-
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
-
Cavanşir körpüsü sökülür - Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
-
Avropada mühacirətdə olmuş şəxs Bakıda həbs edildi - Mühacir alverində ittiham olunub
-
“Xarkovu ələ keçirməyi planlaşdırmırıq” - Putin
-
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
-
Onlar artıq məcbur köçkün sayılmır - "Çörəkpulu" kəsildi
-
Köhnə taksilərə blok qoyulub - Minimal gedişhaqqı 4.5 manat olacaq
-
TV-də növbəti ağız davası: “Pullu əmim yoxdur deyə...”
-
Fransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr
-
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTOLAR
-
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Türkiyənin 77 vilayətində əməliyyat: 2 mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
-
Prezidentlər Şuşa şəhərinə səfər edib - FOTO
-
“Fransa tərəfi üzr istəməlidir“ - Azərbaycan XİN
TOP 10
ARXİV