“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Sumqayıt məktəbində 250 min manatlıq mənimsəmə – Cinayət işi açıldı

Tarix 07.05.24, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt məktəbində 250 min manatlıq  mənimsəmə – Cinayət işi açıldı
Sumqayıt şəhər “Evdə” fərdi təhsil məktəbində 250 min manatdan artıq pul vəsaitinin mənimsənildiyi məlum olub.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilərək əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla ümumilikdə 250 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.



Xəbərin oxunma sayı : 679




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap