|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
Tarix 16.04.24, 22:26 |
|
Ermənistanın hakim siyasi elitasının atdığı səhv addımlar və verdiyi yanlış qərarlar nəticəsində ölkə hər gün uçuruma sürüklənir. Maraqlıdır ki, səhvlərindən nəticə çıxarmaq əvəzinə hər gün yeni sərsəm bəyanatlar səsləndirilir, daha yanlış qərarların verilməsi müşahidə edilir.
Son iki gündür rəsmi İrəvan yeni qalmaqallarla çalxalanır. Bu dəfə isə qalmaqalın mərkəzində baş nazir Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan dayanıb. Məlum olub ki, Paşinyanın gizli sövdələşməsi ölkəni koloniyaya çevirməyə hədəflənib. Akopyan isə erməni dövlətində yeni oliqarxiyanın inşası üçün qollarını çırmalayıb və bir milyon dramlıq, yəni təxminən 26 min dollarlıq şam yeməyi təşkil edib. Hər iki hadisə isə Ermənistanda ciddi rezonansa səbəb olub. Müxalif düşərgə ilə yanaşı, kilsə də baş verənləri sərt şəkildə tənqid edib.
İngiltərənin “The Times” qəzetində dərc olunan məqaləyə əsasən, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Ermənistan, Fil Dişi Sahili, Kosta-Rika və Botsvana ilə müzakirələr aparır. Bu müzakirələrin əsas mövzusu rəsmi Londonun 18 aydır qeyri-qanuni mühacirləri qəbul etməyə hazır olacaq ölkələr axtarışıdır. Qeyd edilib ki, Britaniya hakimiyyəti miqrantların sığınacaq tələblərinə baxana qədər onlar yuxarıda qeyd edilən ölkələrdə yerləşdirilməlidirlər. Eyni zamanda qeyd edilir ki, Ermənistan bu sövdələşmədən ən azı 290 milyon funt-sterlinq əldə edəcək. Bu xəbərin ortaya sızması isə bir sıra mətləblərdən xəbər verir. İlk olaraq, qeyd etmək yerinə düşər ki, baş nazir çıxışlarının birində qeyd etmişdi ki, 2030-cu ilə qədər Ermənistanda əhalinin sayı beş milyon olacaq. Nəzərə alsaq ki, erməni dövləti getdikcə sürətlə boşalır və hər gün ölkəni tərk edənlərin sayı artır, deməli, bu bəyanat absurdluqdan o yana keçə bilməz. Ehtimal edilir ki, məhz Britaniya ilə sövdələşmə nəticəsində Paşinyan erməni dövlətində əhali sayını artırmağı planlaşdırır. Aysberqin görünməyən tərəfi isə belə bir müqavilənin imzalanması qərb “qonşumuz”u tezliklə İngiltərənin “qeyri-qanuni mühacirlər” koloniyasına çevrilməsi deməkdir. Əslində bu təklif bir neçə dövlətə təqdim edilib. Mərakeş, Tunis, Namibiya və Qambiya kimi dövlətlər məsələni müzakirə etməkdən belə imtina ediblər. Görünür, həm əhali sayını artırmaq, həm də milyonlarla funt-sterlinq Nikolun yuxusuna haram qatdığı üçün belə bir addıma razılaşıb.
Maraqlı faktdır ki, xəbər mediaya sızandan sonra Ermənistan XİN bəyanat yayımlayıb. XİN-in mətbuat katibi bildirib ki, rəsmi İrəvanla London arasında geniş siyasi dialoq gündəliyi var. Amma nəşrin yaydığı konkret məsələ ilə bağlı heç bir substantiv və texniki danışıqlar aparılmayıb. Göründüyü kimi, diplomatın bu açıqlaması nə təkzib, nə də təsdiq sayıla bilər. Geniş gündəm var və məsələ ilə bağlı heç bir danışıq aparılmayıb demək isə gələcəkdə real razılaşmaların olma ehtimalını qüvvətləndirmək üçün ortaya atılan fikirdir. Əgər belə bir danışıq və razılaşma yoxdursa, XİN konkret olaraq inkar etməlidir. Fikri genişləndirərək, geniş dialoqun aparıldığını demək, əslində belə bir məsələnin mövcudluğunu etiraf etmək kimi qəbul edilə bilər.
Rəsmi İrəvanı çalxalayan ikinci qalmaqal isə Anna Akopyanın təşəbbüsü ilə “Uğurlu qadın biznesmenlərə dəstək” adı altında şam yeməyinin təşkili olub. Gecədə iştirak etməyin qiyməti isə bir milyon erməni dramı, yəni 26 min dollara yaxın bir vəsait olub. Ermənistan mediasının ermənidilli seqmentini diqqətlə izlədikdə isə məlum olur ki, təşəbbüs uğursuz olub. Erməni iş qadınlarından cəmi bir neçəsi bu çağırışa müsbət cavab verib. Onların gecəyə qoşulma səbəbi isə sonradan vergi yoxlaması və digər strukturlar vasitəsilə narahat edilmə ehtimalını ortadan qaldırmaq olub. Biabırçılığın qarşısına keçmək üçün isə hakim partiyanın köhnə və yeni oliqarxları ortaya atılıblar. Siyahıya nəzər saldıqda və iştirakçıların kimliyini araşdırdıqda bu nəticə ortaya çıxır. Məsələn, keçmiş deputat-oliqarx Samvel Aleksanyanın həyat yoldaşı qızlarını, qohumlarını və rəfiqələrini də özü ilə aparıb. “Marianna” süd şirkətinin sahibi, “Vivaro” bukmeyker şirkətinin sahibi Vigen Badalyanın həyat yoldaşı da tədbirdə iştirak edib. Eyni zamanda parlamentin spikeri Alen Simonyanın həyat yoldaşı, oğlunun xaç atası sayılan deputat Xaçatur Sukiasyanın qızı, Simonyanın oliqarx dostu Edqar Avaqyanın həyat yoldaşı kimi qadınlar iştirak edib. Göründüyü kimi, bu şəxslərin böyük əksəriyyəti hakim partiyanın dəstəyi ilə oliqarx kimi tanınan iş adamları, deputat və siyasətçilərdir. Qonaqlıqda iştirak edən “Dan-Dessert” şirniyyat firmasının qadın sahibi də diqqət çəkənlərdəndir. Çünki bu yaxınlarda vergi departamenti təzyiq göstərmək üçün bu şirkətə göndərilib. Şoqerina Mkrtçyan təklif edib ki, əgər onlar Anna Akopyanla nahar etmək və şam yeməyində iştirak etmək üçün bir milyon dram ödəsələr, o zaman bu hakimiyyətə itaətlərini nümayiş etdirəcək və lazımsız problemlərdən qaçacaqlar. Oliqarxiyaya qarşı mübarizə şüarları ilə hakimiyyətə gələnlər beləcə yeni oliqarx yuvası yetişdirirlər.
Zor və güclə “iş qadınları”nı bir yerə yığan Anna sərt tənqidlə üzləşib. Artıq iki gündür ki, erməni mediası maraqlı detallar üzə çıxarır və tədbirin fiasko olduğu barədə palaz-palaz məqalələr yazır. Məlum olur ki, əslində əsas məqsəd yeni oliqarxiya yetişdirmək, hakim partiyanın “qanadları” altında olmayan iş adamlarına təzyiq göstərmək, onları da nəzarətə almaq olub. Bu məqsədlə hətta gecədən əvvəl bir sıra şirkətlərə yoxlamalar göndərilib, təzyiqlər edilib. Həbsxana və əmlak müsadirəsinin qorxusundan isə iş adamları nəinki xanımlarını, hətta qohum və köməkçilərini də məclisə göndəriblər.
Göründüyü kimi, baş nazir həyat yoldaşı ilə birlikdə Ermənistanı despot rejimlə idarə edərək, bütün biznes strukturlarını, iş adamlarını nəzarətə götürmək niyyətindədir. Bu addımlar erməni dövlətini hər gün uçuruma yaxınlaşdırır. Təsadüfi deyil ki, artıq “Freedom House” kimi erməni himayədarı kimi tanınan şirkət rəsmi İrəvanla bağlı hesabatında qeyd edib ki, Ermənistanda demokratiya süquta uğrayır. Bütün bu faktlar isə Paşinyan hakimiyyətinin cılızlığını və korrupsiya bataqlığında boğulduğunu bir daha sübut edir.
"Report” İnformasiya Agentliyi
Xəbərin oxunma sayı : 1462
Analiz
Xəbərlər
-
Bizim energetika sahəsində çox böyük planlarımız var - Prezident
-
Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var
-
Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü?
-
“Bu, iki xalq üçün çox uğurlu bir görüşdür” - İbrahim Rəisi
-
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi
-
İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir - İlham Əliyev
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi - FOTOLAR
-
Hava ilə bağlı xəbərdarlıq - Leysan, şimşək, dolu...
-
Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi - FOTOLAR
-
Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü - FOTO
-
Gəncədə musiqi məktəbi niyə boşaldılıb? – Nazirlikdən açıqlama
-
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
-
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
-
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...
-
Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər - SƏBƏB
-
Aygün Kazımovanı bir də belə görün - Fotolar
-
Çempionlar Liqasının 14 rekordçusu - SİYAHI
-
Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO
-
“Hər il 10 minə yaxın tələbə diplom ala bilmir“ - VİDEO
-
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?
-
“Ukrayna ABŞ-dən Rusiyadakı hərbi obyektləri vurmaq üçün icazə alıb” – WSJ
-
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
-
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
-
Rəşad Nəbiyev Şəki şəhərində vətəndaşları qəbul edib - FOTO
-
Səudiyyə Ərəbistanında uzun illər sonra bir ilk - FOTO
-
“Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də biznesdir” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
-
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi - FOTO
-
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək? - ARAŞIDRMA
-
Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var - Taleh Kazımov
-
Zurabişvili “xarici agentlər“ haqqında qanuna VETO QOYDU
-
Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - VİDEO
-
“Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir“ - Lavrov
-
Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı - Nazir əmr imzaladı
-
Zəngilan məscidindən görüntülər - VİDEO
-
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - FOTO
-
“Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir“ - Lavrov
-
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - FOTO
-
“Bu ölkəni bu cür axmaqlar idarə edir” - Tramp
-
Qarabağ Universitetinin bukleti hazırlanıb - Fotolar
-
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib - Başqanın müavinləri məlum oldu
-
Yeni kənd və qəsəbələrin təməli qoyuldu, məscidin açılışı oldu - FOTOLAR
-
Şahdağa qar yağıb, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Ramiz Tahirovun yerinə təyin olunan general-mayor kimdir? - DOSYE
-
Buna cəhd edənlər əzilməlidir - Baxçalıdan sərt mesaj
-
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak etdi - FOTOlAR
-
Yağış yağacaq, dolu düşəcək – Sabahın havası
-
Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi (FOTO)
-
Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə üzvü həbs olunub - 2 üzv axtarışdadır
-
“Niva“nı yüksək sürətlə sürdü, başçı müavininin avtomobilini vurdu - Məhkəmə qərarı
-
“Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq“ - Türkiyə XİN
-
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır - Sənədlər təqdim olunacaq
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - 22 nəfər həbs olunub
-
Həbsdəki generalın üzərindən ölüm ittihamı götürüldü – “Məni də ona görə qurbanlıq seçdilər...”
-
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub - FOTOLAR
-
Bu kartof çox təhlükəlidir - Xəbərdarlıq
-
General yüksək vəzifəyə təyin edildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
-
“Attestatla universitetlərə qəbul hələ gözlənilmir“ - Məleykə Abbaszadə
-
Yeni Kaledoniyada vəziyyət ağırlaşıb: “Fransa adada əlcəzairsayağı sülh istəyir“
-
“Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir“ - Baş Qərargah rəisi
-
“Ukrayna Rusiyanın neft emalı potensialının 14%-ni sıradan çıxarıb”– “Bloomberg”
-
Bəzi ərazilərinə qar yağıb, 7 dərəcə şaxta olub - FAKTİKİ HAVA
-
Qaradağda qanunsuz tikintilərin qarşısı alınıb - FOTO/VİDEO
-
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb - FOTO
-
Tayvan parlamentində kütləvi dava: Hakim partiyanın üzvü bülletenləri götürərək qaçdı - VİDEO
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır - VİDEO
-
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO
-
Roza Zərgərli həmkarının onun içkisinə nəsə qatdığını iddia edir - VİDEO
-
Güney Azərbaycanda “Ana dilində danışaq” aksiyasına başlanılıb - VİDEO
-
Tarixin ən güclü “Bentley” modeli nümayiş etdirilib - FOTO
-
NATO-nun yeni hərbi bazası açıldı - Polşada
-
DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi etdi - FOTO
-
Demet Akalından Hande Erçelə - “Qız çöküb“
-
“Traktor“un səhmləri satışa çıxarılır - Qərar verildi
-
Yeni Kaledoniyada işğalçılara qarşı etirazlar davam edir - 163 nəfər saxlanıldı
-
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
-
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
-
Prezidentlər üçün naharda bu menyu hazırlandı - FOTO
-
Hikmət Hacıyev ABŞ prezidentinin müşaviri ilə görüşüb - FOTO
-
Rayonlara qar yağdı, dolu düşdü - FAKTİKİ HAVA
-
Azərbaycanda məktəb binası boşaldılır - Fəaliyyəti dayandırılacaq?
-
“Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq“ - Pentaqon
-
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu – FOTOLAR
-
“Necə geyinirəm, şəxsi işimdir” - Roza Zərgərli hirsləndi
-
Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti artıb - 120 milyon funt sterlinq
-
“Anadolu ankası- 2024“ beynəlxalq təlimləri başa çatıb - VİDEO
-
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
-
Sənədsiz evlərə “kupça“ veriləcək - Detallar
-
Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə “stop“ qoyuldu
-
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü
-
Deputatlar toplanır: Gündəlikdə 11 məsələ var (SİYAHI)
-
Şengen vizasına ən çox bu ölkələrdən müraciət edilib - SİYAHI
-
Belarus Prezidenti Füzuli rayonuna səfər edib - FOTOLAR
-
Həbs edilən generalın cəzası 9 ildən 6 ilə endirildi - “TƏRTƏR İŞİ”
-
“Gürcüstanda siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir“ - Zurabişvili
-
“MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər“ - Dövlət Xidməti
-
Türkiyə NATO ölkəsinə “Bayraktar“ PUA-ları satıb - İlk dəfə
-
Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi - FOTO
-
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
-
Azərbaycanda abortların statistikası açıqlandı - 15-17 yaş üzrə 68 fakt...
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnə açıqlandı
-
Prezidentlər Cıdır düzündə - FOTOLAR
-
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
-
Cavanşir körpüsü sökülür - Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
-
Avropada mühacirətdə olmuş şəxs Bakıda həbs edildi - Mühacir alverində ittiham olunub
-
“Xarkovu ələ keçirməyi planlaşdırmırıq” - Putin
-
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
-
Onlar artıq məcbur köçkün sayılmır - "Çörəkpulu" kəsildi
-
Köhnə taksilərə blok qoyulub - Minimal gedişhaqqı 4.5 manat olacaq
-
TV-də növbəti ağız davası: “Pullu əmim yoxdur deyə...”
-
Fransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr
-
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTOLAR
-
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Türkiyənin 77 vilayətində əməliyyat: 2 mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
-
Prezidentlər Şuşa şəhərinə səfər edib - FOTO
-
“Fransa tərəfi üzr istəməlidir“ - Azərbaycan XİN
TOP 10
ARXİV