Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Meydiyevlərin BOKT-u borca düşdü - Yeni rəhbər təyin edildi + FOTO

Tarix 23.07.26, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


“Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını və adını dəyişdirərək çevrildiyi “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatı (BOKT) dövlət qarşısında borca düşüb.

AzFakt.com xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, yeni fəaliyyətə başlamış BOKT-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 21 540 manat vergi borcu yaranıb.

Xatırladaq ki, “Bank BTB” ötən ay öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək “T-Kredit” BOKT-yə çevrildiyini elan edib. Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə bankın müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə razılıq verilib. Bankın aktivləri və öhdəlikləri Azərbaycan Beynəlxalq Bankına ötürülüb.

Çevrilmədən sonra BOKT-yə Vüqar Rəfiyev rəhbər təyin edilib. O bu təyinatadək bankın Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.


Qeyd ki, “Bank BTB” 2010-cu ildə təsis edilib. Onun nizamnamə kapitalı 71,45 milyon manat olub. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aid olub.

Bank BOKT-yə çevrildikdən sonra onun nizamnamə kapitalı hazırda 1 milyon manat təşkil edir.



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap