Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Zaqatalada şiddətli yağış elektrik təsərrüfatında ciddi problemlər yaradıb - VİDEO

Tarix 07.05.26, 9:36

Font ölçüsü : - / +
bitmap-img6


Zaqatala rayonunda ötən gecə müşahidə olunan şiddətli yağış elektrik təsərrüfatında ciddi problemlərə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, gecə saat 02:00 radələrində baş verən qəza nəticəsində rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinə elektrik enerjisinin verilməsi dayanıb.

İntensiv yağıntı bərpa işlərini çətinləşdirərək prosesin ləngiməsinə səbəb olub, yaranmış vəziyyət isə sakinlərin narahatlığına səbəb olub.

Məlumata görə, 35/10 kilovoltluq Tala yarımstansiyasında yaranmış nasazlığın aradan qaldırılması üçün səhər saatlarından etibarən işlərə başlanılıb. Lakin 6300 kilovoltluq transformatorda baş verən nasazlığı yerində aradan qaldırmaq mümkün olmayıb.

Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, güclü yağış nəticəsində transformatorlarda qısaqapanma baş verib. Hazırda həmin avadanlıq istifadəyə yararsız olduğundan alternativ mənbə kimi Muxax və Zaqatala yarımstansiyalarından elektrik enerjisinin verilməsi bərpa edilib.





Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap