Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Qarabağ”ın çempion ola bilməməsinin bir neçə səbəbi var - Qurban Qurbanov

Tarix 30.04.26, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


"Neftçi”nin bu gün fərqli çıxış edəcəyini yüzdə-yüz gözləyirdim. Futbolçularımızda ötən həftəki 5:1 hesablı qələbədən sonra rahatlıq vardı. Bu, ilk dəqiqələrdə daha çox hiss olundu. İnsan amilidir, olur”.

Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Oyundan öncə fərqli planlarımız var idi. Yankoviçin ardıcıl 3-cü 90 dəqiqəlik oyunu idi. Coni Montieli əsas heyətdə buraxdım ki, yaxşı formasına qayıtsın. Təəssüf ki, ilk hissədə zədələndi. Bu gün "Neftçi”nin günü idi. Amma planımızda dəyişiklik oldu.

"Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Son bir ayda fərqi Azərbaycan çempionatı keçdi. Futbolçularım böyük xarakter göstərdi. Baxmayaraq ki, fiziki və psixoloji cəhətdən yorulmuşdular, yenə də mübarizə apardılar. Mən həmişə qeyd edirəm ki, nəticələrin dəyişməsi azarkeş sayını artırır, intriqa böyüyür, məsuliyyət artır.

Turnir cədvəlindəki ikincilik bizi narahat erməyə bilməz. Ardımızdan çox fərqli və güclü "Turan Tovuz” gəlir. Əlbəttə ki, mövqeyimizi qorumaq üçün sona qədər mübarizə aparacağıq. Futbolçularım bu il əvvəlkilərdən də çox güc sərf etdilər" - deyə, baş məşqçi bildirib.

Q.Qurbanov həmçinin qeyd edib ki, "Qarabağ”ın çempion ola bilməməsinin bir neçə səbəbi var: "Ola bilər, biz bu mövsümə tam hazır deyildik. Digər tərəfdən, Çempionlar Liqası bizi çox yordu və diqqətimizi daha çox ora yönəltdik. Eyni zamanda, çox yaxşı "Sabah” komandası var idi. Güclü heyət formalaşdırmışdılar. Həmişə çempion olmaq mümkün deyil. Bəzən güclü olsan da, bunu bacarmırsan. Mən bu il çempion ola bilməməyimizi qəbul edirəm. İşin içindəyəm, futbolçuların nə əziyyət çəkdiyini bilirəm. Digər komandalar da yaxşı işlər görür. Biz də bundan nəticə çıxaracağıq. Bu gün futbolçularımın performansından razıyam.

Transferlərlə bağlı danışıqlar çoxdur. Hazırkı işimizin 60-70 faizini bu istiqamətə yönəltmişik. Sadəcə geniş heyətə ehtiyac var. Bu o demək deyil ki, çox futbolçu göndərəcəyəm. Bəzən son anda transfer alınmır. Gərgin qrafikə hazır olmaq üçün heyəti genişləndirməliyik.

Yankoviçə bir neçə oyun istirahət verdik, çox yorulmuşdu. Hətta milliyə gedən oyunçular həddindən artıq yorğun idi. Ola bilər ki, bəzi futbolçular göndəriləcəklərini hiss etsinlər, bu, gələcək transferlərdən asılıdır.

Elvin Cəfərquliyevin məsələsi isə əvvəlki kimi qalır. Onunla görüşümüz olmayıb. Əvəzedici heyətdə oynaması ilə bağlı tapşırıq verməmişəm. Amma istəsə, oynaya bilər”.



Xəbərin oxunma sayı : 157




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap