| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
“Avropa Siyasi Birliyi” platformasında səsləndirilən mesajlar bir neçə mühüm nəticəni ortaya qoyur
Tarix 05.05.26, 20:13 |
|
Prezident cənab İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı, təkcə cari diplomatik vəziyyətin təsviri deyil, həm də Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi arxitekturanın konseptual çərçivəsini ortaya qoyur.
Çıxışda həm regional sülh prosesinin real nəticələri, həm də beynəlxalq institutların bu prosesə münasibətdə sərgilədiyi fərqli yanaşmalar aydın şəkildə ifadə olunub. Ən diqqətçəkən məqamlardan biri Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi oldu. Bu fakt, formal diplomatik jestdən daha çox, post-münaqişə dövründə qarşılıqlı etimadın formalaşmasının ilkin əlaməti kimi qiymətləndirilməlidir.
Xüsusilə nəzərə alsaq ki, tərəflər cəmi doqquz aydır sülh şəraitindədirlər, belə bir dəstək regionda münasibətlərin normallaşması istiqamətində mühüm psixoloji və siyasi dönüş nöqtəsi hesab oluna bilər. Bu yanaşma, həm də Azərbaycanın irəli sürdüyü “tarazlı platforma” prinsipinin qəbul edildiyini göstərir. Sülh prosesinin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığı, konkret iqtisadi nəticələrlə müşayiət olunduğu da çıxışda xüsusi vurğulandı. Azərbaycanın birtərəfli qaydada Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırması və qısa müddətdə 28 min ton yük daşınmasının təmin edilməsi, regionda iqtisadi inteqrasiyanın real əsaslarının formalaşdığını göstərir. Daha diqqətçəkən məqam isə Azərbaycanın ilk dəfə olaraq Ermənistana neft məhsulları ixrac etməsidir. Bu addım klassik rəqib ölkələr arasında iqtisadi əməkdaşlığın başlanğıcı kimi deyil, daha çox qarşılıqlı asılılıq üzərindən sabitliyin möhkəmləndirilməsi strategiyası kimi qiymətləndirilməlidir.
Bu kontekstdə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim olunan nəqliyyat təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək bu marşrut, eyni zamanda Orta Dəhlizin tərkib hissəsi kimi Avrasiya nəqliyyat xəritəsində yeni dinamika yaradır. Layihə yalnız regional deyil, qlobal logistika baxımından da strateji əhəmiyyətə malikdir. Ermənistan üçün isə bu, uzun illər davam edən iqtisadi izolyasiyadan çıxış imkanı deməkdir. Beləliklə, sülh prosesi ilk dəfə olaraq “dividend” gətirən mexanizmə çevrilir. Bununla yanaşı, çıxışda Avropa institutlarına münasibətdə sərgilənən fərqli yanaşmalar diqqəti cəlb edir. Avropa Komissiyasının konstruktiv mövqeyi xüsusi qeyd olunsa da, Avropa Parlamenti və AŞPA-nın fəaliyyətinə kəskin tənqidi münasibət bildirildi. Azərbaycanın arqumenti ondan ibarətdir ki, bu qurumlar regiondakı reallıqları nəzərə almaq əvəzinə, siyasi qərəz və ikili standartlar əsasında qərarlar qəbul edirlər.
Xüsusilə 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra AŞPA tərəfindən tətbiq olunan məhdudiyyətlər rəsmi Bakı tərəfindən selektiv yanaşma kimi qiymətləndirilir. Avropa Parlamentinə yönələn tənqidlər konkret onların qəbul etdiyi qətnamələr ilə bağlıdır. Qısa müddət ərzində qəbul edilmiş çoxsaylı qətnamələr artıq institusional qərəzin göstəricisinə çevrilib. Burada əsas arqument ondan ibarətdir ki, Avropa Parlamenti öz daxilində mövcud olan fundamental problemləri həll etmək əvəzinə, xarici siyasi gündəlik üzərindən populist mövqe sərgiləyir. Nəticə etibarilə, Azərbaycan parlamentinin bu qurumla əməkdaşlığı dayandırmaq qərarı, diplomatik təzyiqlərə qarşı institusional cavab kimi təqdim olunur. Bütün bu ziddiyyətlər fonunda Azərbaycanın əsas xətti dəyişməz qalır: sülh gündəliyinə sadiqlik. Prezident İlham Əliyevin çıxışının yekun hissəsində vurğulanan bu məqam, Bakının strateji prioritetinin qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulduğunu göstərir. Ermənistan rəhbərliyinin də verdiyi açıqlamalar fonunda bu mövqe qarşılıqlı şəkildə təsdiqlənir. Hesab edirəm ki, “Avropa Siyasi Birliyi” platformasında səsləndirilən bu mesajlar bir neçə mühüm nəticəni ortaya qoyur. Birincisi, Cənubi Qafqazda sülh artıq abstrakt məqsəd deyil, konkret iqtisadi və nəqliyyat layihələri ilə müşayiət olunan reallıqdır. İkincisi, regionda formalaşan yeni nizam beynəlxalq aktorların yanaşmalarını da yenidən nəzərdən keçirməyə məcbur edir. Üçüncüsü isə, Azərbaycan bu prosesdə yalnız iştirakçı deyil, eyni zamanda təşəbbüskar və gündəm formalaşdıran aktor kimi çıxış edir. Belə bir şəraitdə əsas sual ondan ibarətdir: beynəlxalq institutlar regionda yaranan yeni reallıqları qəbul edib konstruktiv mövqe sərgiləyəcəklər, yoxsa mövcud ziddiyyətlər sülh prosesinin institusional müstəvidə ləngiməsinə səbəb olacaq? Hazırkı mərhələdə görünən odur ki, regional dinamika artıq geriyə dönüşü çətin olan bir mərhələyə daxil olub və bu dinamikanın əsas hərəkətverici qüvvəsi məhz praqmatik əməkdaşlıqdır.
İlham Əmənov
Xəbərin oxunma sayı : 799
Sosial
Xəbərlər
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı - Hansı stansiyalarda dayanacaq?
-
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Kartdan-karta edilən ödənişlərə nəzarət gücləndirilir - VİDEO
-
Bu rayonlarda ölənlərin sayı doğulanlardan çox olub - SİYAHI
-
5 gün yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Pezeşkiandan sensasiyalı etiraflar: Rəsmi media prezidentin çıxışını ixtisar etdi - VİDEO
-
Azərbaycanda ötən il 90 erkən evlilik cəhdinin qarşısı alınıb - Komitə
-
Quru sərhədlər bağlıdırsa, qatarlar Tiflisə necə gedəcək? - Hikmət Hacıyevdən cavab
-
Prezident İlham Əliyevə Fəxri doktor adı verildi - Ukraynada
-
Azərbaycanda azyaşlı anaların ən çox olduğu rayonlar - Siyahı
-
Ən yüksək pensiyanın verildiyi rayon və şəhərlər - CƏDVƏL
-
İranın yeni təklifi köhnəsindən fərqlənmir - “Reuters”
-
“Son illər Bakıda 100-dən çox yeni park yaradılıb“ - Eldar Əzizov
-
Azərbaycanda hansı rayonda nə qədər əməkhaqqı verilir? - Tam siyahı
-
“İcra hakimiyyətləri ağlına gələn rəqəmləri yazır“ - Sədr müavini
-
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
-
Alimlərdən həyəcan siqnalı: Yer kürəsində güclü geomaqnit qasırğaları ola bilər
-
Pakistandan şok addım: Səudiyyə Ərəbistanına ordu, qırıcı təyyarələr yerləşdirdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Aylığı 500 manat olan “Pearl Kids“ bağçaında vəziyyət - “Uşağıma müəllimlər şiddət göstərib“
-
İlk üç ayın statistikası: Nikah, boşanma, doğuş və əhali sayı
-
Avropada Çinlə bağlı həyəcan siqnalı: Zavodlar bağlanma təhlükəsi ilə üz-üzə
-
Prezident iki qanuna dəyişiklik etdi - DETALLAR
-
Bakıda kirayə qiymətləri niyə artır? - Ekspert səbəbləri açıqladı
-
Yağışlarla bağlı mübarizədə müəyyən islahatlar aparılmalıdır - Eldar Əzizov
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
“Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə endirilib“ - Mikayıl Cabbarov
-
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
“Sabah“ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
-
Azərbaycan 300 min məcburi köçkünü mənzillə təmin edib - Hikmət Hacıyev
-
Niyə pravoslavlar Roma Papasını qəbul etmir: Bu, necə yaranıb və hansı təsiri var?
-
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
-
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL
-
90 milyard avro almaq üçün yeni maneə - Aİ Ukraynaya şərt qoyub
-
Xankəndi-Şuşa kanat yolunun gələn il istifadəyə verilməsi nəzərdə tutulur - Aydın Kərimov
-
Avropada dərman böhranı: “Təminat sistemi artıq işləmir“
-
Premyer Liqada mövsümün gənci - 16 yaşında debüt etdi
-
Maaş artımı ilə bağlı yeni qərar kimlərə şamil olunacaq? - Açıqlama
-
Azərbaycanda içməli su necə yoxlanılır? - AÇIQLAMA
-
Yelo Bankda kreditlərə görə “şapka” alan Vüqar kimdir?
-
“O buna görə sonda peşman ola bilər” - Si Cin Pin Trampa Putin haqqında nə deyib?
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
-
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü - Bu dəfə 45 minə
-
Bir həftəyə Bakı-Tiflis qatarı açılacaq - RƏSMİ
-
“Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir“ - Prezident
-
Qvardiola “Mançester Siti“dən ayrılır - Yeni namizəd kimdir?
-
Prezident WUF13-ün açılış mərasimi ilə bağlı görüntülər paylaşdı - VİDEO
-
ABŞ Kubaya qarşı hərbi əməliyyat ehtimalını müzakirə edir - “Politico“
-
Bahalı əmlak bazarında durğunluq yaşanır - VİDEO
-
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib - FOTO/ VİDEO
-
Zaur Mikayılov şərhlərdən qorxur? - ADSEA-nın “Facebook” səhifəsində şərh bölməsi bağlanıb
-
“Qarabağ” fransalı vingerin transferini açıqladı - VİDEO
-
Pəncəli Teymurovla Vaqif Qurbanovun ailələrinə medalları təqdim olundu - Fotolar
-
“Amazon“un tarif böhranı:Müştəridən alınan əlavə pul haradadır?
-
Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkdi - Fotolar
-
“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı icra edilib - VİDEO
-
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü - FOTOLAR
-
Bakı-Tbilisi dəmiryolu ilə sərnişindaşıma bərpa olunur - Tarix də açıqlandı
-
Azərbaycan “vahid Çin“ siyasətini dəstəkləyir - İlham Əliyev
-
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşdü - Fotolar + Video
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - Siyahı
-
Masaj salonunun sahibini belə aldatdı - Qara kostyum, qırmızı vəsiqə...
-
“Sona qədər döyüşmək istəyirsiniz?“ - Pezeşkian onları tənqid etdi
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTOLAR
-
Dünənki imtahana gecikənlərin nəzərinə! - Bu tarixdə təkrar keçiriləcək
-
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı - İkisi də “kars”a salınıb
-
Moskva Paşinyanla açıq gərginlikdən yayınmağa çalışacaq - Stratfor
-
Xarici valyuta ehtiyatları artan sığorta şirkətləri - SİYAHI
-
“Torpağın əsl sahibləri məhz belə davranırlar...“ - Prezident
-
Azərbaycan çempionatında qalmaqal: Meydana 9 nəfərlə çıxdılar, futbolçuları günahlandırdılar
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - Tam siyahı
-
“Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb“ - Dövlət başçısı
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
-
Dünən imtahana qatıla bilməyənlərə əlavə imtahan təşkil olunacaq? - DİM-dən açıqlama
-
AAK İsa Həbibbəylinin “çətirtutanı“na elmi dərəcə verdi - Detallar
-
İraqın qərbində ikinci gizli hərbi baza aşkar edilib - İsrailə məxsus
-
Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO
-
Prezident WUF13-ün açılış mərasimində - CANLI
-
“Bakıda böyümüş biri kimi may ayında bu qədər yağış görməmişəm” - Komitə sədri
-
Eyyubov, Daşdəmirov və general oğlu haqda yeni qərar - Məhkəmə
-
Yoxlama aparıldı, pozuntular aşkarlandı - Vüsal Nəsirli rəisi işdən çıxardı
-
Sabirabad rayonunda ağır qəza - 3 ölü, 8 yaralı
-
ABŞ kosmosa 7800 peyk yerləşdirəcək - “Qızıl Günbəz“ sistemi üçün
-
İş zamanı xəsarət aldı - Təyin olunan kompensasiya ödənilmədi
-
Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır - Hikmət Hacıyev
-
Azərbaycanda avtomobillərin təkrar ixracı niyə aktual deyil? - VİDEO
-
Pentaqon İrana mümkün zərbələr endirmək üçün planlar hazırlayıb - CNN
-
Ov qadağası balıq bazarına necə təsir edir? - VİDEO
-
Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar
-
Mənzil bazarında yenidən bahalaşma - VİDEO
-
“Maya bacı”, “Rus Əhməd” və “Qədir” - Məşhur obrazların naməlum müəllifləri
-
Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər… - Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova ağır ittihamlar
-
ABŞ Polşadan qoşunlarını çıxarır? - Varşava real vəziyyəti açıqladı
-
İlham Əliyev Aleksandar Vuçiçlə görüşdü - FOTOLAR
-
Magistral yollarda görünüş məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Prezident BƏƏ-li naziri qəbul etdi - FOTOLAR
-
ABŞ da İrana 5 şərt irəli sürüb - Danışıqların davam etdirilməsi üçün
-
Bolqarıstan Prezidenti Azərbaycanda - FOTOLAR
-
Elektromobil bazarında geriləmə - Ekspertlər səbəbləri açıqladı
-
Magistraturaya qəbul imtahanı keçirildi - 1 nəfərdə telefon aşkarlandı
-
WUF13-də nazirlər səviyyəsində görüş keçirildi - Foto-Video
-
Afrikada Ebola təhlükəsi: ÜST fövqəladə vəziyyət elan edib
-
Çin Tramp və Si danışıqlarından sonra faktiki qalib oldu - “Reuters“
-
Deputat və oğlu: Milyonluq tender ovçuları...
-
Aleksandar Vuçiç Azərbaycana gəldi - FOTOLAR
-
Sabirabadda zəncirvari qəza: 3 nəfər öldü, 7 nəfər yaralandı
-
Prezident Deryageldi Orazovu qəbul etdi - FOTO
-
Azərbaycana təkcə bu ölkə səs veribmiş - FOTO
-
Rusiya Ukraynaya zərbə endirdi - Xəsarət alanlar var
-
Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər
-
Azərbaycada “yaşıl sahələr“ 13 faizdən təxminən 38 faizə yüksəlib - Anar Quliyev
-
“Makron Avropa İttifaqına rəhbərlik edə bilər“ - Robert Fitso
-
İlham Əliyev Esvatini Kralı ilə görüşdü - FOTOLAR
-
Bolqarıstan “Avroviziya 2026”nın qalibioldu - VİDEO
-
Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - FOTOLAR
-
Aylıq normadan artıq yağış yağır - Faktiki hava
-
Kredit kartlarına maraq niyə azalır? - ARAŞDIRMA
-
Ov qadağası balıq bazarına necə təsir edir? - VİDEO
TOP 10
ARXİV






