Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Türkiyə regiondakı prosesləri yaxından izləyir“ - Yaşar Gülər

Tarix 05.05.26, 15:55

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Silahlı Qüvvələri regiondakı prosesləri yaxından izləyir və ölkənin təhlükəsizliyi üçün bütün zəruri tədbirləri görür.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, dünyada təhlükəsizlik mühiti pozulub, xüsusilə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən münaqişələr qlobal təhlükəsizlik arxitekturasına ciddi təsir edir:

"Müasir dövrdə yalnız hərbi hərəkətliliyə fokuslanmaq kifayət deyil, həm də güclü və davamlı müdafiə sənayesi ekosistemi vacibdir".

Y.Gülər bildirib ki, Türkiyə 1980-ci illərə qədər əsasən xaricdən asılı olan bir ölkə olsa da, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində artıq öz hərbi məhsullarını dizayn edən, istehsal edən və ixrac edən gücə çevrilib:

Türkiyənin bütün platformalarında müasir texnologiyalar tətbiq olunur, pilotsuz uçuş aparatları (PUA) isə ölkənin hərbi gücündə dönüş nöqtəsi yaradıb. PUA-lar və kamikadze dronlar yüksək dəqiqlik, süni intellekt və kəşfiyyat qabiliyyəti ilə qlobal miqyasda təsir gücünə malikdir".

Nazir həmçinin Türkiyənin inteqrasiya olunmuş hava müdafiə sistemlərinin inkişaf etdirdiyini və ölkənin ərazi bütövlüyünün qorunmasında daha güclü mövqeyə sahib olduğunu da vurğulayıb.(Report)



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap