Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

ABŞ Hörmüzdə geri çəkilmir: "Cavab veriləcək"

Tarix 06.05.26, 9:36

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio bildirib ki, ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı hücum deyil, müdafiə xarakteri daşıyır.

Bu barədə o, Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

"Bu, müdafiə əməliyyatıdır. Məqsədi çox sadədir: bizə atəş açılmayana qədər biz atəş açmırıq. Biz hücum etmirik. Amma bizə hücum edilərsə, gəmilərə zərbə endirilərsə, buna cavab verilməlidir", - deyə Rubio bildirib.

O, beynəlxalq hüquqa istinad edərək qeyd edib ki, heç bir ölkənin beynəlxalq sularda nəzarət qurmaq hüququ yoxdur və İranın məhz buna iddia etdiyini vurğulayıb.

"Əgər İrana elektrik stansiyaları üçün mülki nüvə proqramı lazımdırsa, dünyada belə proqramlara malik, lakin uranı zənginləşdirməyən, onu idxal edən ölkələr çoxdur. Onlar isə elə davranırlar ki, sanki hərbi nüvə proqramı istəyirlər. Bu qəbuledilməzdir", - deyə o qeyd edib.

ABŞ-nin İranla zənginləşdirilmiş uranın gələcək taleyi məsələsini də müzakirə etmək niyyətində olduğu bildirilib.

Bundan əlavə, Rubio ABŞ-nin gələcəkdə Kuba məsələsi ilə də məşğul olacağını qeyd edib. Onun sözlərinə görə, ölkənin iqtisadi modeli işləmir və hakimiyyət bunu düzəldə bilmir.

"Bizim sahillərimizdən 90 mil (təxminən 140 km) məsafədə uğursuz dövlət yerləşir və o, bəzi rəqiblərimiz üçün dost əraziyə çevrilib. Bu vəziyyət qəbuledilməzdir və biz bununla məşğul olacağıq, amma bu gün yox", - deyə Rubio vurğulayıb.



Xəbərin oxunma sayı : 157




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap