| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
Tarix 07.12.25, 21:58 |
|
Keçən illərlə müqayisədə yeni tikililərdə çıxarış alınması müşkülə çevrilib. Ekspertlər bunu həm qaydaların mürəkkəbliyi, həm də MTK-ların bu prosesdə maraqlı olmaması ilə əlaqələndirirlər.
Son dövrlər yeni tikililərdə yerləşən mənzillərə çıxarışların verilməsi prosesi sanki tormozlanıb. Hazırda yüzlərlə sakin aldığı mənzil üçün rəsmi sənədini gözləyir. Halbuki bir neçə il əvvəl hökumətin müdaxiləsi nəticəsində bu proses sürətlənmiş və yeni binalardakı minlərlə mənzil sürətlə qeydiyyata alınaraq sakinlərə çıxarış verilmişdi. İndi isə vəziyyət tam əksinədir və sakinlər səbəbləri aydın olmayan bu gecikmənin narahatlığını yaşayırlar.
Maraqlıdır, proses niyə zəifləyib? Səbəblər nədən ibarətdir?
Rəqəmlər nə deyir?
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 300 073 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Rəqəmləri 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisə etsək görərik ki, çıxarışların sayı həmin dövrdə 306 456 olub.
Statistikadan görünür ki, 2025-ci ilin göstəricisi 2024-cü ilə nisbətən aşağıdır və bu da çıxarışların verilməsində müəyyən yavaşlamaya işarə edir. Maraqlıdır ki, 2023-cü ildə ölkədə əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunub. Həmin ilin yanvar-oktyabr aylarında 406 180 mülkiyyət hüququ qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38.1 faiz çoxdur.
Belə görünür ki, dövlətin keçən illərdə sürətləndirdiyi proses indi öz tempini itirib.
Qanunvericiliyə yenidən baxılmasına ehtiyac var
"Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elnur Azadovun sözlərinə görə, çoxmənzilli binalara çıxarışların verilməsi prosesinin ləngiməsi qanunvericiliyə bağlı məsələdir: "Əslində 2019-cu ildən sonra bu proses xeyli sürətlənmişdi. Bunun əsas səbəbi Prezidentin müvafiq fərmanı idi. Bu fərmana uyğun olaraq 2020-ci ildən başlayaraq binalar sadələşdirilmiş şəkildə istismara qəbul edilirdi. Fərmanın müddəti bir il nəzərdə tutulsa da, sonrakı illərdə də tətbiq olundu. Lakin son bir ildə bu proses dayandırılıb və binalar artıq fərmanla sadələşdirilmiş qaydada istismara qəbul edilmir".
Ekspert vurğulayır ki, məsələnin həlli üçün ya fərman yenidən qüvvəyə minməli, ya da yenilənməlidir: "Vətəndaşların mülkiyyət hüququ təmin olunmalıdır. Hansı yolla? Bu artıq aidiyyəti dövlət qurumlarının işidir".
"Bəzi MTK-lar torpaqları özəlləşdirməyib"
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də deyir ki, Prezidentin müvafiq fərmanından sonra çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı operativ işlər aparılıb: "Demək olar ki, 200-dən artıq bina üzrə işlər sürətləndirildi və sakinlər çıxarışlarla təmin olundular. Amma çıxarış verilməyən binalar da var və onların müəyyən problemləri mövcuddur. Əsas məsələ təhlükəsizlikdir. Həmin binalar dövlət tərəfindən istismara qəbul edilməyib, çünki Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri təqdim olunmayıb".
Ekspert bildirir ki, digər problem torpaqla bağlıdır: "Bəzi Mənzil-Tikinti Kooperativləri və ya MMC-lər binanın torpaq sahəsini özəlləşdirməyiblər. Dövlət torpaqlarında bina inşa edən şirkətlər bəzən məlumat vermirlər. Hətta bununla bağlı bir sıra məhkəmə işləri də var. Dövlət qurumu həmin MTK-ları məhkəməyə verib və torpaq sahəsinin özəlləşdirilməsini tələb edib. Hüquqi məsələlər də problem yaradır. Baş Prokurorluq bəzi binalarda bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı işləri araşdırır. Ona görə də aidiyyəti qurumlar vətəndaşların təhlükəsizliyi baxımından bu binalara rəy vermirlər".
"Bu üç sənəd kifayətdir ki, çıxarış alınsın"
Mütəxəssis çoxmənzilli binalarda ev almaq istəyən vətəndaşlar üçün bir sıra vacib məqamları da sadalayır: "Ev almadan öncə mütləq həmin binanın dövlət qeydiyyatına alınıb-alınmadığı barədə müvafiq sənədi tələb etsinlər. Əgər həmin bina dövlət qeydiyyatına alınıbsa, demək orada heç bir problem yoxdur və çıxarış əldə etmək rahat olacaq. Bəzən MTK-lar özləri də bu məsələdə maraqlı olmurlar. Sənədləri gecikdirir, maliyyə arayışlarını vermirlər. Bu, onlara sərf edir və əlavə qazanc əldə edirlər. Əgər vətəndaş mənzilin ödənişini tam edib, borcunu bağlayıbsa, MTK birmənalı şəkildə ona maliyyə arayışını verməlidir. Bu baxımdan, vətəndaşlar dərhal maliyyə arayışlarını, ölçü sənədləri və binanın dövlət qeydiyyatına alınması ilə bağlı qərarın surətini tələb etməlidirlər. Bu üç sənəd kifayətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti mənzilə çıxarış versin. Dövlət qeydiyyatına alınmayan binada yerləşən mənzilə isə vətəndaş istəsə belə, çıxarış almaq mümkün deyil. Məndə olan məlumata görə, hazırda təxminən 30 belə bina mövcuddur".
"Bu prosesdə 41 komissiya rəy verməlidir"
Rieltor Nofəl Quliyev isə bildirir ki, son illərdə qanunvericilikdə edilən dəyişikliklər nəticəsində dövlət aktının alınması prosesi mürəkkəbləşib: "Hazırda bu prosesdə 41 komissiya rəy verməlidir və bu, ilk əsas səbəbdir. İkinci səbəb isə ondan ibarətdir ki, bir çox MTK rəhbəri çıxarışların verilməsini istəmir. Çünki bir mənzil bir neçə şəxsə satıldıqda MTK hər dəfə 3-5 min manat əldə edir, eyni zamanda çıxarışlı mənzillərin alqı-satqısı zamanı həmin ərazi üzrə dövlətə indeksləşmə əsasında vergi ödənilir".
Ekspert qeyd edir ki, prosesin yenidən sürətlənməsi üçün dövlət tərəfindən müvafiq tədbirlər görülməlidir: "MTK-lara müəyyən tövsiyələr verilməli, təhvil aktının verilməsi prosesi sürətləndirilməlidir".
Xəbərin oxunma sayı : 799
Sosial
Xəbərlər
-
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək - QANUN DƏYİŞDİ
-
SOCAR-da nə baş verir? - Rentabellilik gətirən işçiləri ixtisar edir, baş ofis işçilərini artırırlar...
-
Təqsirsizlik prezumpsiyası hansı hallarda pozulur və cəzası nədir? - Ali Məhkəmədən xüsusi QƏRAR
-
“Çox vaxt qadınlar ilk uşaqdan sonra aliment almaq üçün boşanır“ - Fazil Mustafa
-
Azərbaycana gələn turistlər ən çox bu xidmətlərdən narazılıq edirlər - Siyahı
-
Prezident Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
-
Xomeyninin nəvəsi İranın yeni Ali liderinin seçilməsində əsas fiqura çevrilə bilər - Reuters
-
Sumqayıtda toyuq fermasından gələn qoxu sakinləri bezdirdi - VİDEO
-
“ABŞ yeni uzunmüddətli münaqişəyə girməyə hazırlaşmır“ - Vens
-
Nazir İradə Xəlilovanı bu instituta direktor müavini təyin etdi - FOTO
-
“Biz ukraynalılara məxsus heç nəyi Rusiyaya verməyəcəyik“ - Zelenski
-
Abşeron Məmmədli kəndində qanunsuz tikintilər - Ceyhun Mirzəyevdən şikayət ediləcək
-
Prezident Bakı Konqres Mərkəzində iclasda iştirak etdi - Video - Fotolar
-
Neftimizin qiyməti 80 dollara çatır - Son 9 ayda ilk dəfə
-
“TikTok”da təhqiramiz paylaşımlar edən şəxs həbs olunub - VİDEO
-
Sumqayıtda “ölüm növbəsi“ gözləyən bina: “Dedilər ki, mümkün deyil, dağılacaq“
-
“İran 50 Şimali Koreyaya bərabərdir“ - Netanyahu
-
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
-
Bu gün Od çərşənbəsidir
-
İnstaqramda bu gün önə çıxanlar - FOTOLAR
-
Avtomobil almaq istəyənlərin nəzərinə: Aldadıla bilərsiniz - VİDEO
-
Trampdan İranla bağlı sərt açıqlama: “Biz hələ başlamamışıq“
-
Binəqədidə 5 ildən artıqdır kanalizasiya daşır - ŞİKAYƏT/VİDEO
-
İran 48 saat ərzində 60 strateji hədəfə hücum edib - SEPAH məlumat yayıb
-
``Nargilə`` dairəsində tıxac problemi həll olunur - VİDEO
-
ABŞ və İsrailin İrana hücumu bir həftə təxirə salınıb - Bu səbəbdən
-
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
-
Münaqişənin isti fazası bir–iki həftə davam edəcək - İran mediası
-
Ağcabədi Su İdarəsinin rəisindən tapşırıq: Qadınlara ayaqyoluya getmək qadağan edildi - VİDEO
-
“Kredit bataqlığı“na düşənlər çoxalır: Yüksək faizlər, borclu üç milyon vətəndaş
-
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
-
5 saylı Magistral Yolların İstismarı MMC-də mənimsəmələr: Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi var?
-
“İran ABŞ-dən fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb“ - Laricani
-
27 yaşlı xanım “tik-tok“da açıq videosunu paylaşdı, həbs edildi
-
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
-
Pentaqondan İranla bağlı açıqlama - “Ərazidə qoşunumuz yoxdur”
-
İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi
-
Bu universitetdə yeni təyinatlar oldu - FOTOLAR
-
“Akkord“un keçmiş sahibinə 15 il həbs cəzası verildi - Məhkəmə prosesi
-
İran-Ermənistan quru sərhədi yenidən açılıb - Səfirdən açıqlama
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib - FOTOLAR
-
Hizbullahın kəşfiyyat qərargahının rəisi öldürülüb - İsrail Müdafiə Qüvvələri
-
Məzuniyyətə gedən komandir cinayət törətdi - 7 il 10 ay 15 gün cəza aldı
-
Nazirlikdən xəbərdarlıq: Ağdərədə partlayışlar olacaq
-
DSMF-nin binası təmir olunacaq - 3,8 milyon manata
-
“İran ərazimizə endirdiyi aviazərbələrə görə cavab verməli olacaq“ - Qətər XİN
-
“Megastore”a dadanan oğrunun həzin sonu - 2,6 il həbs...
-
Azərbaycan və Türkiyə XİN başçıları arasıda telefon danışığı: Regiondakı son vəziyyət müzakirə edildi
-
Netanyahunun ofisinə və HHQ komandanının olduğu yerə zərbə endirilib - SEPAH
-
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
-
“İran ballistik raket hücumlarını artırır“ - İSRAİL ORDUSU
-
Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrıldı - SƏRƏNCAM
-
“Mentalitetimin uyğun olmadığı ölkədə uğur əldə edə bilmərəm” - Qurban Qurbanov
-
Prezident ailəsi qadın sahibkarlara belə dəstək oldu - Fotolar
-
Yasamalda səkini zəbt edib 5 mərtəbəli obyekt tikiblər - FOTO
-
Bu tarixdən moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq - RƏSMİ
-
Həbsdən çıxan müğənni Dəniz Əsədova ilə bağlı şok fakt:Dörd dəfə ad-soyadını dəyişib
-
Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi - Qayıda bilmir
-
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
-
Xamenei ölsə də, o sağ qaldı - Bu general hər hücumdan xilas olub
-
Həccə qeydiyyat başa çatır - Kvotada boş qalan yerlər
-
“ABŞ ilə danışıqlar aparmayacağıq“ - Əli Laricani
-
Vəzifəli şəxsi videogörüntülərlə şantaj edən qadın həbs olundu - Məhkəmə zalında
-
Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - Fotolar
-
Şahbuzda 37 santimetr qar yağıb - FAKTİKİ HAVA
-
Krevetka biznesində paradoks: Tələbat var, istehsal yoxdur
-
Maştağada “ölüm tələsi“: Sürücülər hər gün qəza riski ilə üzləşirlər (VİDEO)
-
AAYDA-da “qaynayır“ - Azadəli Azadəliyev haqqında ilginc iddialar yayıldı
-
Körfəz Ərəb ölkələri İrana cavab verməyə hazırdırlar - Bəyanat
-
“Əməliyyat başa çatana qədər daha çox itki olacaq“ - Tramp
-
Neftin qiyməti 81 dolları keçib - Son 8 ayda ilk dəfə
-
İranda öldürülən generalların adları açıqlanıb - SİYAHI
-
Bu xətt cərimə nişanına çevrilib - Sürücülər çətin vəziyyətdə (VİDEO)
-
“Futbolçular “Sabah“ın gücünü tam bilmirdilər“ - Qurban Qurbanov
-
Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?
-
Ramazan ayının on ikinci günü - İmsak və iftar vaxtları
-
Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?
-
Hörmuz boğazını bağlamaq niyyətimiz yoxdur - Əraqçi
-
Bakıda kollektorun üzərində tikilən evin həyəti çökdü - VİDEO
-
Bir qrup sakin “Olympus Park” tikinti şirkətindən şikayətçidir - VİDEO
-
MEDİA mətbuata müraciət etdi - Yaxın Şərqdəki vəziyyətlə bağlı
-
“Kotanlı” MTK-nın sakinləri mənzillərinə çıxarış ala bilmirlər - TƏFƏRRÜAT/VİDEO
-
Sahibkarların “POS-terminal oyunu“: Vətəndaşları necə aldadırlar?
-
Maştağa yolunda təhlükəli vəziyyət yaranıb - VİDEO
-
“İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək“ - Əraqçi
-
“Qapımıza son 4 topu məhz hakimlər “vurub” - “Neftçi”dən bəyanat
-
Azərbaycan və BƏƏ XİN başçıları telefonda danışdılar - Yaxın Şərqdə vəziyyət müzakirə edilib
-
MKİ Xameneini vurmaq üçün İsrailə ən uyğun vaxtı deyib - Aylarla hesablanıb
-
Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO
-
Hücumlara baxmayaraq, müstəqillik yolunda möhkəm dayanırıq - Pezeşkian
-
Elə sevinirik ki, yenidən öz yurdumuza qayıtdıq - VİDEO
-
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
-
İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti Əlirza Ərafi icra edəcək - DOSYE
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Əsas məsələ tələbələri maraqlandırmaqdır“ - Universitetlərdə dərs müddəti azaldılmalıdır?
-
İlham Əliyev Pezeşkiana başsağlığı verdi - Xameneinin ölümü ilə bağlı
-
Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib - FOTOLAR
-
Bakıda sakinlərin daha bir çıxarış problemi - VİDEO
-
Xırdalanın mərkəzində açıq özbaşınalıq - 4 mərtəbəli bina necə 5-ə çevrilib?
-
Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Ceyhun Bayramov
-
Çin vətəndaşlarını İranı tərk etməyə çağır - Azərbaycanı da çıxış istiqaməti göstərir...
-
İraqda 3 günlük matəm elan edildi - Xameneinin ölümü ilə əlaqədar
-
Bakıda 10 dərəcə isti olacaq, dağlıq ərazilərə qar yağacaq - Sabahın havası
-
Tehran Yaxın Şərqdəki hədəflərini açıqladı - Dubayda nəyi vurmaq istədiyini bəyan etdi
-
Pakistanda və İraqda ABŞ konsulluqlarına hücum - Ölən və yaralananlar var
-
İsrail İranın yeddi yüksək vəzifəli şəxsinin öldürüldüyünü açıqladı - Siyahı
-
“Tezliklə İrana yeni rəhbər seçiləcək“ - Əli Laricani
-
Masazırda tikinti qalmaqalı: Evlər arasında “bir qarış“ məsafə - VİDEO
-
İsrail növbəti hücum dalğasını elan etdi - Tehranda partlayışlar eşidilir
-
Ölkənin bəzi ərazilərində küləkli və yağıntılı hava müşahidə olunub - FAKTİKİ HAVA
-
“Hazırda bu sahədə özümə rəqib görmürəm“ - Mehman Əhmədli
-
“Xameneinin öldürülməsi cavabsız qalmayacaq“ - İran Prezidenti
-
Taksiyə ödəniş etməyənləri hansı cəza gözləyir? - VİDEO
-
İranda milli matəm elan olunub - Qırx günlük
-
“Xameneinin ölümündən sonra İranla danışıqlar aparmaq “daha asan“ olacaq“ - Tramp
-
Vətəndaşlar FHN-nə niyə yalan və yalnış müraciətlər edir? - VİDEO
-
İran ali dini lider Əli Xameneinin ölümünü təsdiqləyib - RƏSMİ
-
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
-
ABŞ Konqresi Trampa qarşı hərəkətə keçdi - İrana görə
TOP 10
ARXİV






