Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Polşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı?

Tarix 26.04.26, 23:48

Font ölçüsü : - / +
bitmap-img6


Ölkəmizə turist kimi gələn qadın Azərbaycan vətəndaşı ilə tanış olub.

AzFakt.com Baku TV-yə istinadən xəbər verir ki, iddialara görə, həmin şəxs qadının 25 min dollarını mənimsəyib. Əslən Polşadan olan Olqa Çernovska 2024-cü ildə Azərbaycana istirahət üçün gəldiyi zaman Rəşxan adlı şəxslə tanış olub. Onların arasında münasibət yaranıb. Daha sonra ölkəsinə qayıdan qadın həmin şəxsin istəyi ilə müxtəlif vaxtlarda ona pul göndərib.

"Münasibətimizin davam etdiyi bir il ərzində inamımdan sui-istifadə edərək məndən 25 min ABŞ dolları aldı. Mən Bakıda Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdim. Sonra işi onun yaşadığı Sumqayıtda araşdırmaya verdilər", - deyə zərərçəkən bildirib.

Baku TV ittiham olunan şəxslə əlaqə saxlayıb. Şəxsin açıqlaması isə belə olub:

"Mən ondan borca pul götürmüşəm. Mənimsəmək deyil axı bu. Borcla mənimsəməyin arasında kifayət qədər böyük fərq var. Mən özünə də bildirmişəm ki, bu bizim aramızda olan borcdur. Hissə-hissə qaytarıram. Mənim qohumum var, o da hazırda Polşadadır. Ona pul göndərirəm, o da orada əlbəəl verir".

Hüquqşünas Mircavid Miriyev bildirib ki, bu cür şəxslər planlı şəkildə borc adı ilə xarici vətəndaşları aldadaraq pul istəyirlər.





Xəbərin oxunma sayı : 556




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap