Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Borca görə ölkədən çıxışa hansı hallarda məhdudiyyət qoyula bilər? - VİDEO

Tarix 26.04.26, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


Banka borcun olması və ya həmin borcun hələ ödənilməməsi vətəndaşın ölkədən çıxışına avtomatik qadağa qoyulması üçün təkbaşına əsas sayılmır. Belə məhdudiyyət yalnız məhkəmə qərarı əsasında və borcun üzürsüz səbəbdən ödənilməməsi sübut olunduqda tətbiq edilə bilər.

Bəzən vətəndaşlar ölkədən çıxışlarına məhdudiyyət qoyulduğunu yalnız hava limanında və ya sərhəddə öyrənirlər. Xezerxeber.az-ın məlumatına görə,

hüquqşünas Əkrəm Həsənov bildirir ki, belə qadağanı nə bank, nə də icra məmuru birbaşa tətbiq edə bilər. Ölkədən çıxışa məhdudiyyət yalnız məhkəmə qərarı ilə mümkündür.

Başqa sözlə, əsas məsələ borcun olması yox, həmin borcun hansı səbəbdən ödənilməməsidir. Əgər vətəndaşın real imkanı yoxdursa, yaxud borc artıq onun maaşından və ya pensiyasından tutulursa, bu halda onun borcdan yayınması kimi qiymətləndirilməsi də mübahisə mövzusudr. Hüquqşünasın sözlərinə görə, "üzürsüz səbəb" anlayışı şəxsin imkanı ola-ola borcu ödəməməsi deməkdir. Yəni icra qurumu məhkəmədə sübut etməlidir ki, vətəndaşın ödəmə imkanı var, amma buna baxmayaraq, borcu ödəməkdən yayınır.

Qeyd edək ki, borcun elə hava limanında onlayn ödənilməsi də çıxış məhdudiyyətini dərhal aradan qaldırmır. Çünki sistemdəki qadağa yalnız müvafiq icra məmuru tərəfindən götürülür. Hüquqşünaslar tövsiyə edirlər ki, borcu olan şəxslər səfərdən əvvəl barələrində ölkədən çıxış məhdudiyyəti olub-olmadığını dəqiqləşdirsinlər.






Xəbərin oxunma sayı : 610




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap