Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Tarix 27.05.22, 17:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda çoxsaylı dələduzluq əməlləri törətmiş şəxslər məhkəmə qarşısına çıxarılıblar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Kərim Əliyev və 1981-ci il təvəllüdlü Şamil Piriyev (soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə təqsirləndiriliblər.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində onların bir neçə şəxsə qarşı dələduzluq etmələri, müxtəlif vədlərlə aldadaraq külli miqdarda pul almaları müəyyən edilib.

Məlum olub ki, Kərim özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim edib, müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək insanların etibarını qazanıb.

“Rent a car”dan bahalı avtomobillər icarəyə götürərək görüşlərə gedən Kərim ona müraciət edilən problemləri yüksək nüfuza malik “Seyid” ləqəbli şəxsin köməkliyi ilə həll etdiyini qeyd edib. Bu yolla o,

- xidməti vəzifələrinin icrası ilə əlaqədar yol verdiyi nöqsanlara görə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasından xidmətdən xaric edilmiş giziri həmin işə bərpa edəcəyini bildirərək 11 min manat;

- övladının həqiqi hərbi xidmətini Milli Qvardiyanın hərbi hissələrinin birində keçməsini istəyən şəxsdən 10 min manat;

- Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş idarəsinə zabit kimi işə qəbul olunmaq istəyən şəxsdən 15700 manat;

- dövlət qurumlarından birində yüksək vəzifə tutan Arif Novruzovun bir müddət əvvəl həbs edilmiş kürəkəni Azər Əsgərovun azadlığa buraxılması adı ilə isə ondan 100 min manat alıb.

Məhkəmədə bildirilib ki, Kərim Əliyev aldığı pulların bir hissəsini geri qaytarıb.

Həmçinin qeyd edilib ki, 6 sentyabr 2021-ci il tarixində Kərim Arif Novruzovdan külli miqdarda pul alarkən dostu Şamilin köməkliyindən istifadə edib. Belə ki, onlar Arif Novruzovu inandırmaq üçün pulları ondan polis idarəsinin qarşısında alaraq binaya daxil olublar. Daha sonra aldadıldığını anlayan Arif Novruzov hüquq-mühafizə orqanlarına müraciət edib.

O da məlum olub ki, A.Novruzovun kürəkəni tekstil ticarəti ilə məşğul olub və türkiyəli iş adamları ilə iki milyonluq pul məsələsinə görə tutulub. Bundan sonra A.Novruzov kürəkənini azadlığa çıxarmaq üçün müxtəlif vasitələrə əl atıb və dələduzluqla üzləşib.

Qeyd edək ki, Arif Novruzov hadisədən sonra vəzifəsindən azad edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim və Şamil qeyd edilən maddələrlə təqsirli bilinərək müvafiq olaraq 8 il 6 ay və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.



Xəbərin oxunma sayı : 523




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap