“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə

Tarix 30.06.25, 20:13

Font ölçüsü : - / +
bitmap-img6


"Bu məsələ ilə bağlı ilk növbədə MAQATE maraqlanmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev Environmental Protection First (EPF) Koalisiyasının Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə bağlı yaydığı bəyanatı şərh edərkən deyib.

Ənvər Əliyevin sözlərinə görə, tullantıların həmin ərazilərdə yerləşdirilməsilə bağlı xüsusi icazə olmalıdır:

"Adətən radioaktiv tullantıları aparıb Şimal Buzlu Okeanın adalarında basdırırlar. Belə hadisə baş veribsə, hər şeydən öncə ondan Ermənistan narahat olmalıdır".
Həmsöhbətimiz həmin tullantıların Xəzər dənizi üçün təhlükə yarada biləcəyini istisna etmir:

"Doğrudan da urantərkibli radioaktiv tullantılar adıçəkilən həmin arealda yerləşdirilibsə, onda həmin tullantılar birbaşa Xəzər dənizinə gedib çıxır".
 
Verilən məlumat doğrudursa, mütəxəssisin fikrincə, Azərbaycan tərəfi MAQATE-yə məktub yazmalı, ərazidən analiz götürülməlidir:

"Yaxud da Fransa hökuməti beynəlxalq atom agentliyinin sorğusu əsasında, tullantıların hansı dərəcədə utilizasiya olunduğu, radioaktiliyin nə dərəcədə olduğu barədə izahat verməlidir. Bundan sonra da məsələyə hüquqi qiymət verilməlidir".
 
Qeyd edək ki, Environmental Protection First (EPF) Koalisiyası Fransanın nüvə yanacağı nəhəngi "Orano" dövlət şirkətinin urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb. Koalisiya bunu Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndirib. Fransa mediasının məlumatına görə, bu prosesə 2025-ci ilin iyunundan başlanılıb, nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib.

Göyçə gölünün şimalında olan bu park bütünlüklə Ağstafa çayının hövzəsində 1100-2800 metr yüksəklikdə yerləşir, su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanda biomüxtəliflik təhdid altındadır.

Fransa mediasının araşdırmaları göstərir ki, urantərkibli radioaktiv tullantıların Ermənistana ixrac edilməsi bu ilin fevralında Parisdə Makron-Paşinyan görüşündə razılaşdırılıb. 






Xəbərin oxunma sayı : 235




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap