“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xəzər dənizindəki sirli ada yoxa çıxdı - FOTO

Tarix 15.01.25, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan sahillərində yaranan ada ilk dəfə 2022-ci ilin noyabrında görünüb.

Xəzər dənizində təəccüblü geoloji anomaliya baş verib: 2023-cü ilin əvvəlində Kumani-Benk palçıq vulkanının püskürməsindən sonra sirli “xəyal ada” peyda olub və 2024-cü ilin lap sonunda yox olub. 

Bu hadisə NASA-nın Landsat 8 və 9 peykləri tərəfindən qeydə alınıb.

Azərbaycan sahillərində yaranan ada ilkin olaraq 2022-ci ilin noyabrında, vulkanın təpəsi hələ də su altında olarkən aşkar edilib. 2023-cü ilin fevral ayına qədər peyk şəkilləri çöküntü ilə əhatə olunmuş quru kütləsinin meydana çıxdığını göstərib. Həmin vaxt adanın diametri 400 metrə çatıb. Lakin, demək olar ki, iki ildən sonra ada yoxa çıxıb və dəniz səthinin üstündə vulkanik sahilin yalnız kiçik bir hissəsi qalıb.

Lakin, demək olar ki, iki ildən sonra ada yoxa çıxıb və dəniz səthinin üstündə vulkanik sahilin yalnız kiçik bir hissəsi qalıb.

NASA Earth Observatorynın izah etdiyi kimi, Kumani- Benk uzun müddətdir ki, qeyri-adi davranışı ilə tanınır. Vulkanın 1861-ci ildə qeydə alınmış ilk püskürməsi də bir neçə ay ərzində yoxa çıxan müvəqqəti bir ada yaradıb.

Adelaid Universitetinin geoloqu Mark Tinqay deyir ki, palçıq vulkanları heyranedici, lakin az öyrənilmiş təbiət hadisəsidir. Onlar aktiv tektonik bölgələrdə baş verir və Azərbaycan 300-dən çox belə vulkanın qeydə alındığı belə nadir yerlərdən biridir.

Kumani-Benk böyük miqdarda palçıq, qaz və alov buraxa bilən güclü püskürmələri ilə tanınır. Keçmişdə alov sütunları yüzlərlə metr havaya qalxıb, lakin 2023-cü ildə baş verən püskürmənin də oxşar mənzərə yaradıb-yaratmayacağı bəlli deyil.

NASA bildirir ki, 1950-ci ildə baş verən püskürmə nəticəsində hündürlüyü 6 metr və diametri 700 metr olan ada da tezliklə çöküb. Kumani-Benkdəki hazırkı fəaliyyət geoloqlara xatırladır ki, belə adaların yaranması təkcə möhtəşəm deyil, həm də təhlükəli ola bilər.

NASA peykləri tərəfindən edilən kəşflər alimlərə palçıq vulkanlarının təbiətini daha yaxşı başa düşməyə imkan verir. Bununla belə, çox şey sirr olaraq qalır. "Biz bu hadisələri kifayət qədər tədqiq etməmişik" deyən Tinqey belə obyektləri müşahidə etməyin vacibliyini vurğulayır.

Palçıq vulkanları ən qeyri-adi geoloji hadisələrdən biri olaraq qalır. Yoxa çıxan adanın "valideyn"i olan Kumani-Benk təbiətin yarada və məhv edə biləcəyini xatırladır, elmin hələ qəti cavab verə bilmədiyi sualları geridə qoyur.  (lent.az)






Xəbərin oxunma sayı : 1147




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap