Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanlı həkimin hansı gəmidə itdiyi məlum oldu - 1 aydır yoxa çıxıb

Tarix 27.10.25, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanov 1 aydır ki, itkin düşüb. Bununla bağlı bir neçə gündür ki, sosial şəbəkələrdə məlumatlar yayılır. 

27 sentyabrdan bəri itkin düşən 33 yaşlı həkimin əmisi qızı, jurnalist Ağanisə Sultan “Qafqazinfo”ya onun haqda detalları açıqlayıb. 

A.Sultan qeyd edib ki, əmisi oğlu “BUE CASPİAN LTD” şirkətinə məxsus “Caspian Protektor” gəmisində çalışıb: “Turalı özləri dəvət etmişdi. Daha əvvəl 5 il orada çalışmışdı, sonra oxumaq üçün Almaniyaya getdi. Bu ilin aprel ayı olardı, yenidən həmin gəmidə işləməyə başladı. Peşəkar idmançı idi, üzməyi çox yaxşı bacarırdı. Gəmidə işləməyi də özü seçmişdi. Əmim istəyirdi ki, oğlu tanınmış həkim olsun. 33 illik ömrü oxumaqla, öyrənməklə, təhsilini davam etdirməklə keçdi, 4 xarici dili ana dili kimi bilirdi.

Subay idi və yenicə ev almışdı. Hadisədən iki gün öncə anasına da tapşırmışdı ki, qayıdandan sonra birlikdə ev üçün əşyalar alsınlar. İş yoldaşları ilə də münasibəti çox yaxşı idi, indi də onlarla danışırıq. Gəmiyə gedəndə də həmişə öz kitablarını aparırdı. “Azərbaycandan başqa heç yerdə yaşaya, qala bilmirəm, darıxıram, dənizdə işləməyi sevirəm”, - deyirdi. Çox sevdiyi dəniz onu bizdən aldı...”

Ağanisə Sultan əlavə edib ki, Turalın axtarışları hadisə baş verdiyi gündən bəri davam edir: “Xilasetmə əməliyyatları 5 gəmi və helikopterlə həyata keçirilib və müddətdən artıq aparılıb. Bu barədə də davamlı olaraq ailəyə, Turalın atası Hüseynağa Sultanova məlumat verilib. Tək istəyimiz axtarışların nəticə verməsi və Turalın tapılmasıdır. Ağlımıza başqa bir ehtimal gəlmir”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Fövqəladə Hallar Nazirliyi tərəfindən helikopter də cəlb olunmaqla axtarış işləri aparılıb, lakin nəticə əldə olunmayıb. Hazırda axtarışlar müvafiq qaydada davam etdirilir”.






Xəbərin oxunma sayı : 313




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap