Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Qubadlı - Zəfərdən Yenidənqurmaya Doğru Yeni İnkişaf Tarixi

Tarix 26.10.25, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Zəfərlə azad edilmiş qədim diyar Qubadlı artıq təkcə qayıdışın deyil, həm də böyük quruculuq və inkişafın rəmzlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilmiş digər rayonlarımız kimi Qubadlıda da həyat yenidən doğulur. Qubadlıya qayıdan hər addım, hər tikilən bina, çəkilən yol və işıq saçan xətt bu torpağın taleyində yeni səhifə yazır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” bu torpaqlarda gələcəyin müasir şəhərinin əsasını qoydu. Bu sənəd təkcə planlaşdırma deyil — Qubadlının sabahına, onun sosial-iqtisadi və mədəni yüksəlişinə hesablanmış strateji baxışdır.

İşğaldan sonra qısa müddətdə həyata keçirilən infrastruktur layihələri Qubadlının dirçəlişini gerçəkliyə çevirdi. Yenidən qurulan enerji sistemləri, müasir yollar, kommunikasiya xətləri və sosial obyektlər bu torpağın gələcəyinə qoyulan sərmayədir.

İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir.

Bu istiqamətdə ilk mühüm addım 2021-ci il oktyabrın 25-də istifadəyə verilən 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası ilə atıldı. Bu yarımstansiya rayonun dayanıqlı enerji təchizatını təmin etməklə yanaşı, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” üzərindən çəkilən 76 kilometrlik “Qubadlı-1” və “Qubadlı-2” elektrik xətləri vasitəsilə ölkənin vahid enerji sisteminə qoşuldu. Xətt boyunca ildırımdan mühafizə və fiberoptik kabel çəkilməsi Qubadlıya həm sabit elektrik, həm də sürətli internet bağlantısı gətirib.

Qubadlının kəndlərində – Mahruzlu, Zilanlı, Xanlıq və digər yaşayış məntəqələrində müasir memarlıq üslubunda yeni evlər tikilir, sosial infrastruktur yaradılır. İnsanlar doğma torpaqlarına qayıdaraq illər sonra yenidən öz ocaqlarını qururlar. Bu mənzərə təkcə fiziki bərpa deyil – milli ruhun, mənəvi bağların dirçəlişidir.

Qubadlıda həyata keçirilən nəhəng avtomobil yolu layihələri bölgənin iqtisadi həyatını canlandırır, Qarabağ və Şərqi Zəngəzurun bir-biri ilə inteqrasiyasını təmin edir. Bu yollar həm iqtisadi, həm də mənəvi anlamda Qubadlını bütöv Azərbaycanın inkişaf xəritəsinə birləşdirir.

Prezident İlham Əliyevin azad olunmuş Qubadlıya etdiyi səfərlər bu torpaqlarda həyata keçirilən bütün işlərin mərkəzində duran böyük dövlət qayğısını və strateji baxışı əks etdirir. Hər bir təməlqoyma, hər bir açılış mərasimi Qubadlının dirçəliş salnaməsinin parlaq səhifəsinə çevrilir.

Bu gün Qubadlıda yüksələn hər bina, açılan hər yol, yanan hər işıq bir həqiqəti göstərir — Azərbaycan bu torpaqlarda əbədi yaşayacaq. Qubadlı bu gün zəfərin təntənəsini, quruculuğun gücünü və dövlətin əzmini özündə birləşdirən yeni həyat məkanlarındandır.

Qubadlının yeni inkişaf tarixi artıq yazılmağa başlanıb — bu, dağıntılardan dirçəlişə, qələbədən əbədiyyətə doğru aparan Böyük Qayıdışın simvoludur!

Fatma Xıdırlı

Beyləqan RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi



Xəbərin oxunma sayı : 232




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap