Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda da güclü zəlzələ olacaq? - AÇIQLAMA

Tarix 28.10.25, 13:42

Font ölçüsü : - / +
bitmap-img6


Qardaş Türkiyədə Balıkesirdə baş verən zəlzələnin Azərbaycana hər hansı təsiri yoxdu. Balıkesirdə bu ilin avqust ayında da zəlzələ olmuşdu. Həmin ərazi Türkiyənin seysmik baxımdan aktiv bölgələrindən biridi.

Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

O qeyd edib ki, bu saata qədər Azərbaycan ərazisində hər hansı ml>3 dən zəlzələ qeydə alınmayıb:

"Azərbaycandakı vəziyyətə bildirmək istəyirəm ki, bizim ərazimiz də aktiv bölgədir. Vaxtaşırı bizim ərazilərimizdə də maqnutudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınır. Lakin zəlzələnin dəqiq proqnozu olmadığına görə heç kim zəlzələ olacaq yaxud olmayacaq kimi hər hansı proqnoz verə bilməz. Bu saata qədər Azərbaycan ərazisində hər hansı ml>3 dən zəlzələ qeydə alınmayıb və qardaş ölkədə baş verən zəlzələnin də bizim ərazimizə hər hansı təsiri yoxdur".

"Bizim vətəndaşlarımız isə hansısa "ekspertlərin" verdiyi "proqnozlara" inanmasınlar. Adətən qardaş ölkədə və ya Azərbaycana yaxın hansısa ölkədə zəlzələ olanda "ekspertlər" sosial şəbəkələrdə Azərbaycanla bağlı hansısa "proqnozlar" verirlər. Bir daha demək istəyirəm ki, bu proqnozların heç bir elmi əsası yoxdur. Çünki dünyada zəlzələnin dəqiq proqnozu yoxdur", - deyə şöbə müdiri əlavə edib.



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap