Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr - FOTOLAR

Tarix 27.10.25, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda oktyabrın 27-də Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyə nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci rəhbərlik edib.

Vurğulanıb ki, bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavini Ayşe Berris Ekincini qəbul edib. Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrinin təcəssümü olduğu bildirilib. Liderlərin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin vacibliyi vurğulanıb.

Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də ailə hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərinin təqdirəlayiq olduğu vurğulanıb, bu il Qəbələdə keçirilmiş sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

C.Bayramov Türkiyə XİN başçısının müavinini Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, Vaşinqton sammitindən irəli gələn məsələlər barədə ətraflı məlumatlandırıb.

Yaxın Şərqdə, Qəzza bölgəsində, Suriyada və Afrika ölkələrində mövcud səylər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Xəbərin oxunma sayı : 154




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap