“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Pulsuz dərmanları belə almaq olar - Müraciət qaydası

Tarix 08.12.25, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminat prosesini açıqlayıb.

AzFakt.com xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və Tibbi Vasitələr Şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"də çıxış edərək dərman vasitələrinin təminat prosesinin sistemli, eyni zamanda şəffaf qaydada həyata keçiriləcəyini vurğulayıb.

O bildirib ki, vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşacaq və müvafiq ixtisaslı həkimin qəbuluna yönləndiriləcək. Həkim tərəfindən müayinə aparılacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda "E-Resept" sistemi vasitəsilə icbari tibbi sığorta üzrə resept yazılacaq.

Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq, öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək.

İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası həyata keçiriləcək və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək.

Qeyd edək ki, dəyişikliyə əsasən həkimin ambulator müalicə üçün yazdığı reseptləri, daha dəqiq desək  ürək-damar xəstəliyi, həzm və tənəffüs sistemi xəstəliklərinin dərman vasitələrini vətəndaşlar apteklərdən ödənişsiz ala biləcəklər.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap