“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Azercell”də bu xidmətlər 50 faiz bahalaşdı - SİYAHI

Tarix 16.12.25, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


“Azercell” bəzi kredit əsaslı xidmətləri üzrə yeni xidmət haqlarını müəyyənləşdirib.

AzFakt.com xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi məlumatda qeyd olunub.

Bildirilib ki, “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin müştərilərə təklif olunan tarif və xiAdmətlərin daha səmərəli şəkildə tənzimlənməsi məqsədilə 13 yanvar 2026-cı il tarixindən etibarən Simkredit və əlaqəli xidmətlər üzrə yeni ödəniş mexanizmi qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, 1 AZN məbləğində Simkredit üçün 0,30 AZN, 2 AZN Simkredit üçün 0,60 AZN, eləcə də 2 AZN-lik Simtaksit xidməti üçün 0,60 AZN xidmət haqqı tətbiq ediləcək. Bundan başqa, Ekstra kredit və İnternet kredit xidmətləri daxil olmaqla, “Simkredit” və “Simtaksit” çərçivəsində həyata keçirilən hər bir sorğuya görə 0,12 AZN ödəniş tutulacaq.

Qeyd edək ki, bu dəyişikliklər əvvəlki tariflərlə müqayisədə nəzərəçarpacaq artım deməkdir. Belə ki, əvvəl 1 AZN kredit üçün 0,20 AZN, 2 AZN kredit üzrə 0,40 AZN, 3 AZN kredit üçün isə 0,60 AZN servis haqqı tutulurdu. Bu da müqayisədə 50% artım deməkdir.

Şirkət vurğulayıb ki, bu dəyişikliklər göstərilən xidmətlərin davamlı inkişafını təmin etmək və müştəri məmnuniyyətini daha da yüksəltmək məqsədi daşıyır.



Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap