“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Hər şey böyük sövdələşməyə doğru gedir“ - LUKAŞENKO

Tarix 18.12.25, 22:43

Font ölçüsü : - / +
bitmap-img6


Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ ilə mümkün böyük sövdələşmədən və bütün sanksiyaların ləğv olunma ehtimalından danışıb.

"Report" Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, VII Ümumbelarus Xalq Məclisinin ikinci iclasında xalqa və parlamentə müraciətində bildirib.

"Amerika tərəfi ilə çox çətin dialoq aparırıq. Artıq növbəti görüşlərin və danışıqların planlaşdırılmasını xahiş edirlər. Hər şey böyük sövdələşməyə doğru gedir. Proses ABŞ Prezidenti Donald Trampla görüşməyimiz və razılığa gəlməyimiz istiqamətində inkişaf edir. Onlar tərəfdən bütün sanksiyaların ləğv edilməsinə zəmanət verilir", - Lukaşenko vurğulayıb.

Belarus lideri qeyd edib ki, danışıqlar geniş məsələləri əhatə edir və bura ABŞ-nin Belarusdakı səfirliyinin fəaliyyətinin bərpası da daxildir.

Lukaşenko əlavə edib ki, Belarus ABŞ-ni düşmən hesab etmir və onlarla münasibətləri normallaşdırmağa çalışır.

Qeyd edək ki, son illər Belarus və ABŞ arasında diplomatik münasibətlər soyuq olub. 2020-ci ildəki prezident seçkilərindən sonra Belarus hökumətinin etirazçılara qarşı sərt tədbirlər görməsi səbəbindən Minsk Qərbin sanksiyaları ilə üzləşib. ABŞ də Belarusa qarşı məhdudiyyətlər tətbiq edib. Bu sanksiyalar Belarus iqtisadiyyatına, xüsusilə də neft emalı, kalium gübrələri və digər əsas ixrac sektorlarına ciddi təsir göstərib. ABŞ və Belarus arasında diplomatik əlaqələr 2008-ci ildə pisləşib və hər iki ölkə öz səfirlərini geri çağırıb.



Xəbərin oxunma sayı : 388




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap