“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Məktəblərin yaxınlığında dənə-dənə siqaretlər satılır“ - Deputat

Tarix 16.12.25, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


“Tütün məhsullarının məhdudlaşması, onun reklamının qadağan olunması haqqında bizim qanunlarımız var və təəssüf olsun ki, bu qanunlarımız kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl olsa da, onun işləməsi haqqında o sözləri deyə bilmirik”.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında Qanun"a təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.

"Xüsusən tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunumuz demək olar ki, işləmir. Çox təəssüf olsun ki, qanunun işləməsinə nəzarət edən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Hətta məktəblərin lap yaxınlığında da siqaret köşkləri qoyulub, hətta dənə-dənə siqaretlər satılır. Bütün bunlar hamısı qanunun çox ciddi şəkildə pozulmasıdır. Mən çox arzu edərdim ki, qanuna nəzarət edən orqanlar bu sahədə öz fəaliyyətlərini artırsınlar”, - Musa Quliyev bildirib.

Həmçinin iclasda çıxış edən deputat Eldar İbrahimov gənclərin siqaretlə yanaşı, narkotik vasitələrə meyllənməsinin qarşısının alınmasının zəruri olduğunu vurğulayıb: “Nəzarət etmək olmur. Gərək biz hamılıqla bu məsələyə nəzarət edək. Ən vacib məsələ bu qanunun yerinə yetirilməsi üçün mexanizmin olmasıdır".



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap