“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Şahmar İbadovun həyat yoldaşı binanı 1,3 milyon manata icarəyə verdi - DETALLAR

Tarix 12.09.26, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


Sevinc İbadovaya məxsus bina dövlət qurumu tərəfindən iki il müddətinə icarəyə götürülüb.

AzFakt.com xəbər verir ki, söhbət Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34/36 ünvanında yerləşən 2660 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir.

Bina 1 saylı “ASAN Kommunal” mərkəzinin fəaliyyət göstərdiyi ünvandır.

“İnnovasiyalar Mərkəzi” MMC həmin sahəni illik 660 min manat ödəməklə Sevinc İbadovadan icarəyə götürüb. Müqavilə “bir mənbədən” satınalma üsulu ilə bağlanıb.

Eyni məbləğdə müqavilə 2025-ci ildə də imzalanıb. Beləliklə, iki il ərzində icarə haqqının ümumi məbləği 1 milyon 320 min manat təşkil edir.

Sevinc İbadova Prezidentin İşlər İdarəsinin sabiq sektor müdiri Şahmar İbadovun həyat yoldaşıdır. Şahmar İbadov uzun illər Nərimanov Rayon İcra Hakimiyyətində rəhbər vəzifələrdə çalışıb.

Şahmar İbadov hazırda ADA Universitetində rektorun tikinti-işlər üzrə müavini vəzifəsində çalışır.

Onun adı daha əvvəl Nərimanov rayonunda gözdən əlillər üçün tikilən binadan mənzillərin verilməsi ilə bağlı cinayət işində də hallanıb. İbadov həmin iş üzrə şahid qismində dindirilib.

İbadov ailəsinin adı 2017-ci ildə ölümlə nəticələnən yol qəzası ilə bağlı da gündəmə gəlib. Şahmar İbadovun oğlu Elmar İbadovun idarə etdiyi avtomobilin vurduğu Ayna Həsənova sonradan vəfat edib. Elmar İbadov ilkin olaraq 5 il müddətinə azadlıqdan məhrum edilsə də, apellyasiya məhkəməsi hökmü ləğv edərək ona bəraət verib. 



Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap