“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda təqaüd alan qazilərin sayı 2 min 654 nəfər azalıb - RƏSMİ

Tarix 18.08.26, 14:40

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanın 181 min 807 nəfər müharibə veteranına (qaziyə) təqaüd verilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, təqaüd alan müharibə veteranlarının 178 min 164 nəfəri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 3 min 643 nəfəri isə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər, həmçinin keçmiş SSRİ silahlı qüvvələrinin mütəxəssisi və müşavirləri olub.

Qeyd edək ki, təqaüd alan müharibə veteranlarının sayı son bir ildə 1,4% və ya 2 654 nəfər azalıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş veteranların sayı isə son bir ildə 2 573 nəfər azalıb.
Onu da bildirək ki, müharibə veteranlarına verilən təqaüdün aylıq məbləği son bir ildə dəyişməyərək 80 manat təşkil edib.

Məlumat üçün bildirək ki, son 7 ildə təqaüd alan müharibə veteranlarının sayı aşağıdakı kimi olub:
1 yanvar 2020-ci il – 90 min 858 nəfər;
1 yanvar 2021-ci il – 91 min 345 nəfər;
1 iyul 2022-ci il – 170 min 833 nəfər;
1 iyul 2023-cü il – 183 min 148 nəfər;
1 iyul 2024-cü il – 184 min 94 nəfər;
1 iyul 2025-ci il – 184 min 461 nəfər;
1 iyul 2026-cı il – 181 min  807 nəfər.



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap