“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Gözəllik naminə sağlamlığınızı riskə atmayın: Turşu pilinqinin fəsadları

Tarix 27.06.26, 9:51

Font ölçüsü : - / +
bitmap-img6


Dərini turşu pilinqləri vasitəsilə daha hamar etmək istəyi, əgər prosedur həddindən artıq tez-tez tətbiq olunarsa və ya günəşdən qorunma qaydalarına əməl edilməzsə, ciddi fəsadlarla nəticələnə bilər.

Bu barədə "Abzats" nəşri həkim-dermatoloq və kosmetoloq Vasilina Mironovanın açıqlamasına istinadən məlumat yayıb. Mütəxəssis bildirib ki, pilinqlərin düzgün aparılmaması dəridə təhlükəli dəyişikliklərin yaranması riskini artıra bilər.

"Hüceyrələrin xroniki zədələnməsi həddindən artıq pilinq nəticəsində yaranan çoxsaylı aqressiv travmalarla əlaqədardır. Bu isə hüceyrələrdə daimi iltihab və stres yaradır, regenerasiya prosesini pozur", - deyə V.Mironova izah edib.

Mütəxəssisin sözlərinə görə, həddindən artıq dərin və ya düzgün aparılmayan pilinq kimyəvi yanıqlara, qızartıya, yanğı hissinə və şişkinliyə səbəb ola bilər. Bundan əlavə, prosedur qalıcı piqmentasiya və çapıqların yaranması ilə nəticələnə bilər. O qeyd edib ki, pilinqlərdən həddindən artıq istifadə birbaşa xərçəng yaratmasa da, onun inkişaf riskini artıra bilər.

Ekspert vurğulayıb ki, turşu pilinqi yalnız ixtisaslı həkim-kosmetoloq tərəfindən həyata keçirilməlidir. Fəsad riskini minimuma endirmək üçün prosedurdan əvvəl mütəxəssislə məsləhətləşmək, sonrasında isə dəriyə qulluqla bağlı tövsiyələrə əməl etmək və mütləq günəşdən qoruyucu vasitələrdən istifadə etmək vacibdir.



Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap