“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Taxta materialları bahalaşdı - Yeni qiymətlər

Tarix 24.06.26, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


Dünya əmtəə bazarında taxta  qiymətləri yüksəlməkdə davam edir. Lumber fyuçerslərinin qiyməti son 34 həftənin ən yüksək səviyyəsinə çatıb.

Bazar məlumatlarına əsasən, taxtanın qiyməti 1000 board feet üçün 633,50 ABŞ dollarına yüksəlib. Bu göstərici təxminən 1 kubmetr üçün 268 ABŞ dollarına bərabərdir.

Məlumata görə, son 4 həftə ərzində Lumber qiymətləri 6,31 faiz artıb. Son 12 ayda isə taxtanın bahalaşması 2,68 faiz təşkil edib.

Nəzərə alaq ki, ölkəmizə taxta materialları əsasən Rusiyadan idxal edilir. Qlobal bazardakı proseslər Rusiyaya nisbətən az təsir etsə də, psixoloji faktorların qiymətlərdə rolu da az deyil.

Bəs, ölkəmizin taxta bazarında qiymətlər necədir?

Məsələ ilə bağlı Dərnəgülün "Taxta bazarı”nda fəaliyyət göstərən Elmidar adlı iş adamı Bizim.Media-ya bildirib ki, tikinti mövsümünün pik vaxtıdır:

"Ona görə də əksər tikinti materiallarının qiymətində artım var. Taxta materillarının qiymətində isə vəziyyət belədir. 18-lik dikt əvvəllər 25-26 manata satılırdısa, indi 30 manata təklif olunur. 10-luq dikt 22, 15-lik diktsə 25 manata təklif olunur.

2-lik taxtanın bir  kubunun qiyməti hazırda 330 manatdır. 5-lik taxtanın bir kubu isə 320 manata təklif olunur. Bu da o deməkdir ki, son bir neçə ayda taxtanın bir kubunun qiyməti 15-20 manat bahalaşıb. Diktlərsə 17-18 faiz bahalaşıb”.



Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap