| |
|
“Pilgrim Education” şirkətindən şikayətlər artır - Aisa Aslanova isə vətəndaşdan gizlənir
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Hamı bu qəzadan danışır - Arzum günahkardır, ya yox?
Tarix 24.06.26, 12:36 |
|
Tiktoker İlduzə Hacıyevanın (Arzum) yol qəzası ilə bağlı cinayət işi son aylarda sosial şəbəkələrin müzakirə mövzularından birinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, xüsusilə “TikTok”da statusundan asılı olmayaraq minlərlə istifadəçi hadisə ilə bağlı fərqli mövqelərdən çıxış edir.
Demək olar ki, hər məhkəmə iclasından sonra sosial şəbəkələrdə bir qrup istifadəçi qəza anını əks etdirən videonu əsas gətirərək Arzumun hadisədə təqsirli olmadığını iddia edir, digər qrup isə bir gənci həyatdan məhrum edilməsinə, digərinin ağır vəziyyətə düşməsinə görə qanun qarşısında layiqli cəzalandırılmalı olduğunu deyir.
Bəs Arzumu müttəhim kürsüsünə gətirib çıxaran bu hadisə əslində necə baş verib, məhkəmədə tərəflər hansı məsələlər ətrafında mübahisə aparırlar?
Hadisə ötən ilin iyun ayında Bakının Mərdəkan qəsəbəsində baş verib. İstintaq materiallarına əsasən gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində vəfat edib, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Yaxınları onun hələ də xəstəxanada müalicə aldığını deyir.
Fotoda: Amal Məlikov və Sənubər Muradova
.jpg)
Müstəntiq 15 dəqiqə sonra əraziyə çatsa da, Arzum hadisə yerində olmayıb. Onun hadisədən bir neçə saat sonra ölkədən çıxaraq Almaniyaya getdiyi məlum olub.
Qəzaya görə Arzum cinayət məsuliyyətinə cəlb edilib, ona 263.2 (yol hərəkəti qaydalarını pozma-ölümlə nəticələndikdə) və 264 (qəzadan sonra hadisə yerini tərk etmə) maddələri ilə ittiham verilib. Bu maddələrin birincisində 2 ildən 5 ilə kimi azadlığın məhdudlaşdırılması (elektron qolbaq) və ya ağırlaşdırıcı hallarda 2 ildən 5 ilə kimi həbs, ikincisində isə 2 ilədək azadlığın məhdudlaşdırılması və eyni müddətli həbs cəzası nəzərdə tutulur.
Arzum bir neçə ay sonra istintaqın çağırışı ilə ölkəyə qayıdıb. Təkrar yayınma ehtimalı real görünmədiyindən onun barəsində hökmə qədər həbs qərarı verilməyib. Əlavə tədbir kimi ölkədən çıxışına qadağa qoyulub.

Hazırda cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılır.
Arzum qəzaya görə özünü heç bir halda təqsirli bilmir, məhkəmədə iki vəkil-Hikmət Əliyev və Fərid Həsənov tərəfindən müdafiə olunur.
Müdafiə tərəfi Arzumun təqsirsizliyini aşağıdakı arqumentlərlə əsaslandırır:
1. İttihamda yazılıb ki, avtomobillər bir-birinə toqquşub. Amma toqquşma halı dəqiq müəyyən edilməyib.
2. Müstəntiq qəzadan təxminən 15 dəqiqə sonra əraziyə gəlib və orada hadisəni görən 4 nəfər hal şahidi müəyyən edib. Lakin həmin şahidlərin heç biri dindirilməyib.
Vəkillər məhkəmədə ifadə verən müstəntiqdən bu məsələyə aydınlıq gətirməsini istəyib. Müstəntiq cavabında həmin şahidlərin sonradan yayındıqlarını, buna görə onları dindirmək mümkün olmadığını deyib. Sonradan vəkillər həmin şahidlərdən ikisini tapıb ifadə verməyə razı salsa da, məhkəmə buna ehtiyac görməyib.
3. Qəzada ölən şəxs sürət həddini çox aşıb. Amma avtomobilin dəqiq sürəti neçə olduğu göstərilmir. Məsələn, yazılıb ki, həmin “Mersedes” təqsirləndirilən şəxsin avtomobilinə qədər olan 29 metr yolu təxminən 1 saniyəyə keçib. Amma bu da dəqiq deyil. 1 saniyədən az da ola bilər. Həmin yolda sürət həddi 60 km-dir. Belə olan halda zərərçəkmiş şəxsin 150-160 sürətlə getdiyini demək olar.
4. Hadisə yerinə baxış protokolu düzgün tərtib edilməyib.
5. Ekspertin rəyinə görə, Arzumun idarə etdiyi “Changan”ın ön hissəsi “Mercedes”in üstünə dəyib. Lakin rəydə paradoks var. Bu da ondan ibarətdir ki, avtomobillərin hündürlüyü arasında təxminən 1 metrlik fərq mövcuddur. Vəkil bu detalı əyaniləşdirmək üçün başqa bir yerdə hərəkətsiz vəziyyətdə olan eyni markalı avtomobillər üzərində praktiki video da hazırlayıb.
Bununla belə, mütəxəssislər vəkilin eksperimentini məntiqli saymır. Əks arqument belədir ki, istənilən avtomobil yüksək sürətlə hərəkət edərkən bir qədər aşağı çökür. Bundan əlavə, eksperimentin aparıldığı yerin maililiyi qəzanın baş verdiyi ərazidən fərqlənə bilər.
Müdafiə tərəfi məhkəmə istintaqı müddətində bir neçə dəfə təkrar kompleks ekspertizanın keçirilməsini istəyib. Lakin bu vəsatət hər dəfə rədd edilib.

İndi isə bu hadisənin ən mühüm və ağırlaşdırıcı hissəsinə gələk. 264-cü maddə: yol-nəqliyyat hadisəsi baş verən yeri tərk etmə…
Məhkəmədə bu ittiham da tərəflər arasında ciddi mübahisə doğurub. Vəkillər bu məsələyə belə bəraət qazandırırlar ki, Arzum qəza baş verən vaxt özünü itirib və huşsuz vəziyyətə düşüb. Buna səbəb isə onun əvvəlcədən panik-atakdan əziyyət çəkməsi olub. Müdafiəçilərin sözlərinə görə, hadisə vaxtı təsadüfən ərazidə olan İlham adlı qəsəbə sakini onu ilkin tibbi yardım alması üçün xəstəxanaya aparıb. Arzum təxminən bir saat tibbi yardımdan sonra özünə gəlib, həmin günə iki ay əvvəl alınmış bileti olduğu üçün də planlaşdırılmış şəkildə Almaniyaya uçub.
Zərərçəkmiş tərəf isə bu deyilənlərlə razılaşmır. Mərhum Amalın və həyat yoldaşının yaxınları Arzumu iki gənci qan içində ölümə tərk etməkdə qınayırlar. Bu səbəbdən də indiyə kimi tərəflər arasında barışıq yoxdur.
Arzum hadisədən sonra nə etdi?
O, Almaniyaya getdikdən sonra heç nə olmamış kimi, sosial şəbəkələrdə aktivliyini yenidən davam etdirdi. “TikTok”da canlı yayımlar açdı, demək olar, hər gün “mırtlaşaq, mırtlaşaq” sözləri ilə müşayiət olunan mahnının sədaları altında rəqs edərək videolar paylaşdı. Bu da ətrafdakılarda sanki qadının baş verən faciədən heç təsirlənmədiyi görüntüsünü yaratdı. Halbuki həmin vaxt yas içində olan ailələrin yanında olub, barışıq əldə etməyə çalışsaydı, bu gün bəlkə də, ədalət tərəzisinin bir gözü onun xeyrinə daha ağır gələrdi.
Artıq ittiham tərəfi yekun mövqeyini açıqlayıb. Prokuror təqsirləndirilən şəxsin verilmiş ittihamlarla təqsirli bilinərək 5 il 9 ay azadlıqdan məhrum edilməsini tələb edib. Tələbə əsasən, Arzum məhkəmə zalında həbs edilməli, islah olunması üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Yol-nəqliyyat hadisələri üzrə işlərdə ixtisaslaşmış, 20 ildən artıq vəkillik təcrübəsinə malik tanınmış hüquqşünas Əli Hüseynov hesab edir ki, baş vermiş qəzada Arzum birmənalı olaraq günahkardır. Bunun əksini sübut etmək mümkün deyil: “Biri deyir günahkardır, biri deyir heç bir günahı yoxdur. Bu işdən heç bir xəbəri olmayan adam da bəzən efirə çıxıb Arzumun təqsirsiz olduğunu bildirir. Mən işlə tanışam, qəza anının görüntülərini də izləmişəm. Həmin qəzada Arzumun təqsiri var. Niyə günahkardır? Ona görə ki, sürücü hərəkətə başlamazdan və ya manevr etməzdən əvvəl əmin olmalıdır ki, bu, digər hərəkət iştirakçısı üçün təhlükəsizdir. Videodan isə görünür ki, Arzum sürəti tam azaldır, sonra sola dönmə işığını yandırıb dönmək istəyir. Amma onun sola dönmə işığını yandırması arxadakı avtomobil üçün öhdəlik yaratmır ki, o, hökmən dayanmalıdır. Sola dönmə işığının yanması yalnız reaksiya vaxtına təsir edir. İstənilən halda arxadan gələn nəqliyyat vasitəsinin sürətini və aradakı məsafəni qiymətləndirmək vəzifəsini qanun sola manevr edən sürücünün üzərinə qoyur”.
.jpg)
Vəkil bu qəzada Arzumla birgə digər avtomobilin sürücüsünün də kifayət qədər təqsiri olduğunu düşünür. Ona görə ki, mərhum sürət həddini həddən artıq aşıb, həmin yolda o sürətlə avtomobil idarə etmək olmaz: “Arzumun avtomobili sola dönmək istəyərkən digərinin yoluna müdaxilə edib. Həmin an da avtomobilin hərəkət trayektoriyasını dəyişib. Qanunda buna avtomobili idarəolunmaz vəziyyətə salmaq deyilir. Hə, sübut olarsa ki, avtomobillər arasında heç bir toxunma, kontakt olmayıb, onda Arzumun təqsirli olmasından söhbət belə gedə bilməz. Lakin istintaq materiallarında əksi yazılır. Bu baxımdan nə qədər don geyindirilsə də, faydası yoxdur. Bu hadisəyə rəy verən ekspert tam haqlıdır”.
Hüquqşünas Arzumun təqsirli olduğunu düşünsə də, prokurorun onun həbsini tələb etməsini ədalətli saymır. Əli Hüseynovun fikrincə, məhkəmə yekunda təqsirləndirilən şəxsin dörd uşaq anası olmasını, ilk dəfə cinayət törətməsini, eləcə də mərhumun hadisənin baş verməsində daha çox təqsirli olduğunu nəzərə almalıdır. Bu vəziyyətdə xanıma veriləcək cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi daha məqsədəuyğun olar.
(Red: Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum demək ki, azadlıqda qalır, lakin müəyyən məhdudiyyətlərə əməl etmək və ölkəni tərk etməmək öhdəliyi daşıyır. Məsələn, dostunun ölümü ilə nəticələnən yol qəzasına görə məhkum edilən “Nikosayağı” ləqəbli tiktoker də cəzasını məhz bu tip müəssisədə çəkmişdi)
Bu günlərdə isə Arzum videomüraciət yayaraq dörd uşaq anası olduğunu, övladlarından birinin autizm xəstəliyindən əziyyət çəkdiyini bildirib. Tiktoker məhkəmə prosesinin ali səviyyədə nəzarətə götürülməsini, iş üzrə ədalətli hökm çıxarılmasını xahiş edib.
Son məhkəmə isə sabahdır. Həlledici prosesdə vəkillər müdafiə nitqi ilə çıxış edəcək, Arzum isə son sözünü deyəcək. Ardınca hakim hökmü oxuyacaq.
Xəbərin oxunma sayı : 421
Hadisə
Xəbərlər
-
“Pulsuz” təhsil dünyanın heç yerində yoxdur” - Nazir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Zevs”in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi
-
Sumqayıt məktəbində bazar qaydaları: Direktor gedən ayaqda...
-
Bakıda 9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
-
“İran demək olar ki, hər şeyə razı olmağa hazır idi” - Tramp
-
Azərbaycanda 5,3 milyonluq restoran müsadirə olundu - FOTOLAR
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
4 ayda İrandan Azərbaycana 148 min litr alkoqolsuz pivə gətirilib - Litri 90 qəpiyə
-
Prezident TBMM sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi - FOTO
-
“Moskva bu söhbətlərin qiymətini bilir“ - Segey Lavrov
-
Dünyanın ən varlıları bu şəhərlərdə yaşayır - SİYAHI
-
Məktəb direktorlarının işə qəbulu... - Elektron qeydiyyat başlayır
-
“Ermənistan və onun rəhbərliyi yol ayrıcındadır“ - Peskov
-
Taxta materialları bahalaşdı - Yeni qiymətlər
-
Xüsusi karantin rejiminin müddəti uzadıldı - Baş nazir qərar verdi
-
“Pambıqçılığın inkişafına mane olan problemlər var“ - Məcnun Məmmədov
-
Hamı bu qəzadan danışır - Arzum günahkardır, ya yox?
-
Aygün Bayramovadan etiraz: “Bu nə qədər olar?“
-
Cahangir Əsgərovun “Premium Bank“dan qazancı məlum oldu – DETALLAR
-
NATO üzvü olan Avropa ölkələri müdafiə xərclərini rekord həddə çatdırıb - Siyahı
-
Ronaldo tarixi uğura imza atdı - Messi ilə bağlı suala belə cavab verdi
-
Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? - Ali Məhkəmədən izah
-
Xaçmazda evlərdən 50 minlik oğurluq edənlər saxlanıldı - FOTOLAR
-
“Azərsu” ilanlara qarşı dərmanlar alır - 16 min xərclənəcək
-
Qaraj alanda aldanmamaq üçün - Bu yazını oxuyun!
-
“TikTok”da izləyicilərinə söyüş söyən şəxs həbs edildi - FOTO
-
Azərbaycanda ən çox böyrək köçürülməsinə ehtiyac var - Son rəqəmlər
-
Qeydiyyatsız evlərin sənədləşməsində YENİLİK
-
İngiltərə heç-heçə etdi, Xorvatiya ilk qələbəsini qazandı - VİDEO
-
Poliklinikalarda növbə problemləri davam edir - VİDEO
-
Qalibaf Azərbaycana işgüzar səfərə gəlib - FOTO
-
Sabunçuda yaşı əsri keçmiş bina TƏHLÜKƏDƏ - VİDEO
-
Azərbaycan-Türkmənistan dostluğu daha da genişlənməkdədir
-
Bakı və Aşqabad arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Peyman Sadıqov AID GROUP-dakı vəzifəsindən ayrıldı
-
Dövlət sərəncamı ilə ayrılan kompensasiyanı ala bilmirlər - ŞİKAYƏT
-
Tək yaşayan qadınlar daha tez pensiyaya çıxa bilər - VİDEO
-
Prezidentin həmkarı ilə tarixi görüşündən paylaşım - VİDEOÇARX
-
Bu il keçid ballarının yüksəlməsi gözlənilirmi? - Məleykə Abbaszadə açıqladı
-
İmzalanmış sənədlər paketi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm institusional təməl yaradır
-
Sumqayıtda insanların həyatına təhlükə yaradan 196 sürücü saxlanıldı - VİDEO
-
Paytaxtın bu ərazilərində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Xameneinin cənazəsi İraqa aparılacaq - Dəfn proqramı məlum oldu
-
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycandadır - FOTO
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - PA rəsmilərinin qəbul günləri açıqlandı
-
Konqoda Ebola virusu tüğyan edir - Yoluxanların sayı 1000-i keçdi
-
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
-
Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı
-
Rusiyada “Lukoyl” məntəqələrində məhdudiyyət - Maksimum 30 litr benzin almaq olur
-
Su yoxa çıxır: Yer kürəsində sürətlə səhraya çevrilən 9 yer
-
“Kapital Bank”da kimlərə vəzifə verildi? - Təyinatlar
-
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır
-
“Biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır“ - Orxan Məmmədov
-
Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
“Mən Messinin nə etdiyinə baxmıram“ - Kilian Mbappe
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sabah Azərbaycanın dörd rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Pilgrim Education” şirkətinin dələduzluğuna niyə dur deyən yoxdu? - Onlarla vətəndaşın pulunu mənimsəyiblər
-
Bakıda 5 ayda 79 motosiklet və moped saxlanılıb - Tədbirlər davam edir
-
Nazirlik saxta arayış verən “General Hospital“ın lisenziyasını ləğv etdi -Nöqsanlara görə
-
İstanbulda Anar Əlizadənin uşaq bağçasında şiddət - Uşaqları çubuqla döyürlər...
-
“Bura kənd deyil, gedək sənəklə bulaqdan su gətirək” - VİDEO
-
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı - FOTO
-
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi - FOTOLAR
-
Bakıda yağış, rayonlara dolu yağacaq - Sabahın havası
-
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb?
-
Prezident və həmkarı Şuşa məscidindəki tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
“Nüvə potensialını daha sürətlə inkişaf etdirməyi planlaşdırırıq” - Kim Çen In
-
“Qarabağ“dan Avropaya növbəti böyük transfer: 2,2 milyon avro
-
“İlham baba, necəsiniz?“ - Prezidentin uşaqlarla səmimi anları + VİDEO/FOTO
-
Maştağada küçələr və evlər hələ də su altındadır - VİDEO
-
Arif Hacılının ölkədən çıxışına “stop“ qoyulub: “Səbəb izah edilmədi...“
-
Prezidentdən yüksək vəzifəyə təyinat - Hüseyn Əliyev kimdir?
-
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
-
“İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib“ - Natiq Əmirov
-
Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti yük göndərildi - Fotolar
-
“Rolls-Royce“, “Bentley“, “Maserati“... - Azərbaycanda neçə lüks avtomobil var?
-
“Nüvə silahı iqtisadi böhrandan daha təhlükəlidir“ - Donald Tramp
-
Prezidentlər Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO
-
Ərini öldürəndən sonra arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
-
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı - Fotolar
-
Beyləqanda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olundu - Fotolar
-
Mərdəkanda dənizdə batan 4 gəncin - Görüntüləri
-
Azərbaycanda neçə “Tesla“ var? - Rəsmi statistika
-
Sənədlərə imza atdılar, 100 min manat vergi borcu yarandı - VİDEO
-
Repetitorluq qadağan oluna bilərmi? - Nazirdən açıqlama
-
Vensdən mühüm açıqlama: Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub
-
Mbappe və Holan hərəyə iki qol vurub komandalarına qələbə qazandırdılar - VİDEO
-
Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında qanunsuz tikinti aparılır - ŞİKAYƏT
-
Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib - ADLAR
-
Azərbaycanda QHT layihələri “bir pəncərə“ prinsipi ilə maliyyələşdiriləcək - QƏRAR
-
“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir
-
600 yaşı olan “Səngəçal Karvansarayına“ müdaxilə edənlər kimlərdir? - VİDEO
-
ABŞ İrana qarşı hərbi əməliyyata 40 milyard xərc çəkib - CNN
-
“Bakıdakı tələbə sayı azaldılacaq...“ - Nazir bunun yolunu açıqladı
-
Sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub - 5 il 6 ay
-
“Teymuroğlu Construction“ şirkətinin inşa etdiyi binada bədbaxt hadisə: Ölən var
-
Büdcə siyasətində yeni dövr: Nazirlər Kabinetindən mühüm qərar
-
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
-
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi - FOTO
-
Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı - Etiraz
-
Müəllimlərin maaşları artacaq - Emin Əmrullayev
-
Otlaqlar daralır, arpa tapılmır: Ət bahalaşacaq?
-
“Texniki danışıqlar qarşıdakı günlərdə bərpa olunacaq” - Vens
-
Xaricə satdığımız fındıq ləpəsi kəskin bahalaşıb - Ölkələr üzrə siyahı
-
Bakıda su qrafiklə veriləcək - Rayonlar üzrə saatlar açıqlandı
-
Həmin vəzifəli şəxsə töhmət verildi - Şəhid ailələri şikayət etmişdi
-
Türkmənistanın neytrallıq siyasətini dəstəkləməyə davam edəcəyik - Prezident
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Medinskinin işgəncəsi - Ukraynalı əsirləri buna məcbur edirlər
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
“STP-Btech” MMC AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb - 2 il əvvəl yaranıb
-
“Babat“da əyləndi, babat da cəza aldı - 15 günlük həbs
-
Mərdəkanda 4 nəfər dənizdə batıb - İkisinin meyiti tapılıb
-
Konqoda Ebola virusuna yoluxanların sayı mini keçdi - Ölənlərin sayı artdı
-
“Zeytun Pharma”nın anbar işçiləri etiraza qalxdı - Şikayət
TOP 10
ARXİV






