“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Məğlub olan Türkiyə millisinin baş məşqçisi: “Əgər qol vura bilsəydik...“

Tarix 14.06.26, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella komandasının 2026-cı il dünya çempionatının D qrupunun I turunda Avstraliya yığmasına 0:2 hesabı ilə məğlub olduğu oyunu şərh edib.

Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Matç taktiki baxımdan gözləntilərimizdən kənar keçmədi. Bilirdik ki, rəqib müdafiəyə çəkilərək fürsət gözləyəcək. Onlar əks-hücumlardan da səmərəli istifadə etdilər. İki qol buraxdıq və buna görə çox məyusuq.

Meydanda komanda ruhunu nümayiş etdirdik, ürəyimizi ortaya qoyduq. Bu cür oynamağa davam etsək, istədiyimiz nəticələri əldə etməyə başlayacağıq. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik. Qol vurmaq üçün hər şeyi sınadıq, amma bunu bacarmadıq. Əgər qol vura bilsəydik, matç tamamilə fərqli məcrada inkişaf edə bilərdi", - deyə Montella bildirib.

Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin II turunda iyunun 20-də Paraqvay, III turunda isə iyunun 26-da ABŞ yığması ilə qarşılaşacaq.



Xəbərin oxunma sayı : 589




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap