Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Almaniya klubu azərbaycanlı futbolçuya rəsmi təklif göndərdi - Detallar məlum oldu

Tarix 12.05.26, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisinin və "Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov Avropadan növbəti transfer təklifini alıb. Futbolçuya bu dəfə Almaniyadan dəvət gəlib.

AzFakt.com sportinfo.az-a istinadən xəbər verir ki, Hüseynovla təmas quran klub II Bundesliqada mübarizə aparan "Darmştadt"dır. Almaniya təmsilçisi həmyerlimizlə "2+1" illik müqavilə imzalamaq niyyətindədir.

Dörd ildir "Turan Tovuz"un formasını geyinən Ayxan yeni qiymətini də müəyyənləşdirib. O, xidmətində maraqlı olan klublardan aylıq təxminən 30 min manat civarında əməkhaqqı tələb edir.

Məhz bu maliyyə şərtlərinə görə, 32 ildən sonra avrokuboklara qayıdan "Turan Tovuz" futbolçunun xidmətindən yararlana bilməyəcək. Ayxan Abbasovun vaxtilə milliyə ilk dəfə dəvət etdiyi yarımmüdafiəçi ilə klub arasında aparılan danışıqlar uğursuz yekunlaşıb. Ayxan Hüseynovun karyerasını böyük ehtimalla Almaniyada davam etdirəcəyi gözlənilir.



Xəbərin oxunma sayı : 691




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap