Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Abşeronun Qobu qəsəbəsində su problemi yaşanır - VİDEO

Tarix 11.05.26, 11:45

Font ölçüsü : - / +
bitmap-img6


Qobu qəsəbəsinin sakinləri 1 aya yaxındır ki, susuz qalıblar.

Sakinlər bu şikayətlə “Xəzər Xəbər”ə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, qəsəbə sakinləri bildirirlər ki, Sona Salamova küçəsində yaşayan yüzlərlə ailə günlərdir içməli su tapa bilmirlər. Onların iddialarına görə, anbardan suyun verilməsinə nəzarət edən şəxs təzyiqi azaldaraq suyun evlərə verilməsinin qarşısını alır.

Sakinlər bildirirlər ki, qəsəbəyə maşınla su verilsə də, orada yaşayan sakinlərin gündəlik tələbatını qarşılqamır. Onlar problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara da müraciət ediblər.

İddialarda adı çəkilən İntiqam adlı şəxslə əlaqə saxladıq. O bildirdi ki, ərazidə yerləşən diametri 50 metr olan magistral boru xətləri 2016-cı ildə tikilən 20 ev üçün nəzərdə tutulub. Hazırda isə qəsəbədə yaşayış evlərinin sayı artıb və buna görə də su fasilələrlə verilir. Suyun satılması məsələsinə gəlincə isə, bildirildi ki, idarənin tabeliyindəki 3 su maşını həftə ərzində suyu sakinlərə paylayır. “Kənd sakinlərinə digər şəxslərin suyu pulla satması məsələsi isə bizə aid deyil”,- deyə bildirildi.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə “Xəzər Xəbər”ə deyildi ki, Abşeron rayonu, Qobu-Hökməli yolu adlanan əraziyə, o cümələdən Sona Salamova küçəsinə suyun verilməsi növbəlilik əsasında həyata keçirilir. Buna səbəb primitiv üsullarnan çəkilmiş xətlərdir ki, bu da suyun normal ötürülməsində ciddi çətinliklər yaradır. Buna baxmayaraq, hazırda yeni magistral boru xəttinin çəkilməsi istiqamətində layihə-smeta sənədləri hazırlanıb və yaxın günlərdə işlərin icrasına başlanacaq.



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap