Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

ABŞ Kubada hərbi əməliyyatlar variantını nəzərdən keçirir - “Politico“

Tarix 03.05.26, 9:30

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Administrasiyası Kubada hakimiyyətin dəyişdirilməsi məqsədilə hərbi əməliyyatlar variantını nəzərdən keçirir.

Bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton hələlik diplomatik vasitələrə üstünlük verir və rəsmi Havananı iqtisadi islahatlara təşviq etməyə çalışır. Bu islahatlara dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların artırılması və internetə çıxışın genişləndirilməsi daxildir.

Bundan əlavə, Vaşinqton Kubadan ABŞ-nin enerji resurslarının alınmasını da tələb edir. Eyni zamanda, Vaşinqton hakimiyyətin tam dəyişməsini təxirə sala biləcəyini, lakin bəzi rəsmilərin istefasını istədiyini qarşı tərəfə çatdırıb.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, İranla bağlı hərbi əməliyyatlardan sonra Vaşinqton Kubaya dair siyasətini müəyyən edəcək.

Qeyd edək ki, Kuba Prezidenti Migel Dias-Kanel tərəflər arasında fikir ayrılıqlarının dialoq yolu ilə həlli üçün danışıqlar aparıldığını açıqlayıb.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap