Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakı sakini işdən qanunsuz çıxarıldığını iddia edir - VİDEO

Tarix 03.05.26, 11:41

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Xəzər rayonu, Rirşağı qəsəbə sakini Səbahət Hüseynova işdən qanunsuz çıxarıldığını iddia edir.

Şikayətçi bildirir ki, 2 il 3 ay işlədiyi "Şayn" MMC adlı qənnadı sexindən elə işdə ola-ola səhvən Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən çıxarılıb.

Dediyinə görə, ona nə məzuniyyət pulu verilib, nə də işlədiyi ayın maaşı.

"Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Səbahət Hüseynova iddia edir ki, "Şayn" MMC-nin rəhbərliyi onu qanunsuz şəkildə işdən azad edib. Şirkətin rəhbəri Ceyhun Namazovdan işdən maddə ilə çıxarılmasının səbəbini soruşduqda isə ona doğru-düzgünn cavab verilməyib.

Səbahət Hüseynova iddia edir ki, tərəflər Mediasiya Şurası vasitəsi ilə barışıb. Barışığa əsasən müəssisə ona çalışdığı illərin kompensasiyasını ödəməliymiş. Amma nə kompensassiya ödənilib, nə də "Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi geri götürülüb.

Bundan sonra Səbahət Hüseynnova aiddiyyəti qurumlara müraciət etsə də, nəticə olmayıb. Buna səbəb kimi iş qrafininin uzanmasına etiraz etməsi göstərilib.

Səbahət Hüseynovanın iddialarına aydınlıq gətirən "Şayn"MMC-nin rəhbəri Ceyhun Namazov bildirib ki, iddiaçının "Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən çıxarıldığı gün özü müəssisədə olmayıb və bu, yanlışlıqla baş verib.

"Şayn"MMC-nin digər rəsmisi Əli Məmmədovla da telefon əlaqəsi saxladıq. O isə Səbahət Hüseynovaya yenidən onlarla əməkdaşlıq etmələri üçün müraciət olunduğunu, lakin qarşı tərəfin yenidən şirkətə qayıtmadığını deyib.//Xəzər TV




Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap