Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Yeni Ailə” MTK məhkəmə qərarını icra etmir - Vətəndaş çarəsiz qalıb

Tarix 01.05.26, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhər sakini Qafur Məmmədovun mülkiyyət hüquqları pozulur.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb “Yeni Ailə” MTK-nın vətəndaşın xeyrinə olan məhkəmə qərarını icra etməməsidir.

Nəsimi Rayon Məhkəməsinin 5 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə Q.Məmmədovun “Yeni Ailə” MTK-ya qarşı iddiası təmin edilib. Qərarda yazılıb ki, MTK vətəndaşa məxsus 73,7 kv.m qeyri-yaşayış sahəsini təhvil verməli və 274 600 manat icarə haqqı ödəməlidir.

Lakin üstündən 6 ay keçsə də, qərar icra edilmir. Bu günə qədər nə əmlak qaytarılıb, nə də ödəniş həyata keçirilib. Vətəndaş isə məhkəmə qapılarından sonra indi də icra şöbələrində qalıb.

Məhkəmənin qərarına hörmətsizlik edən MTK başqa bir qanunsuzluğa yol verərək qaytarılmalı olan əmlakı üçüncü şəxslərə icarəyə verib.

Şikayətlə bağlı sözügedən MTK ilə əlaqə saxladıq. Bildirildi ki, məhkəmə qərarını icra etmək icra şöbəsinin işidir. Buna görə də əlavə məlumat vermək istəmirlər.

Qalib gəldiyi halda əmlakını geri ala bilməyən vətəndaş hazırda icraçı orqan kimi Ədliyyə Nazirliyinə müraciət edib.

Qeyd edək ki, “Yeni Ailə” MTK qalmaqallı şirkət kimi tanınır. Müxtəlif vaxtlarda MTK-nın vətəndaşlara qarşı qanunsuz fəaliyyətləri mediada işıqlandırılıb.



Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap