Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Sabahdan balıq ovuna qadağa tətbiq ediləcək - VİDEO

Tarix 30.04.26, 21:18

Font ölçüsü : - / +
bitmap-img6


Sabahdan balıq ovuna mövsümi qadağa tətbiq ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib ki, "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, mayın 1-dən balıq ovuna mövsümi qadağa tətbiq edilir.

Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirir ki, mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır. Buna səbəb isə su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunmasıdır.

İllərdir həvəskar balıq ovu ilə məşğul olan Cəmil Əzimlinin sözlərinə görə, qadağa müddəti onlar üçün çətin olsa da, balıqların artımı baxımından vacibdir. Xüsusən bu aylarda kürülü balıqların ovlanması məqsədəuyğun hesab olunmur. 

Qeyd edək ki, aprelin 1-dən daxili su hövzələrində sənaye balıq ovu qadağan edilib. Sabahdan tətbiq olunan isə ümumi mövsümi qadağadır.



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap